Bu inanılmaz “freeflight” video-dan zövq alın

Tom de Dorlodot, Horacio Llorens və dostlarının həyəcan dolu uçma sərgüzəştlərini yada salaq.
By Josh Sampiero

Uçmağa hazırsız? Biz buna ümid edirik – bu səyahət bir saniya belə dayanmayacaq.

Son bir neçə il ərzində”freefllight” idmançısı Tom de DorlodotHoracio LlorensPol Guschlbauer kimi dostları dünyanı qanad altında kəşf edirlər – və bu dünya həqiqətən də gözəldir.

“The Search Projects”dan yeni klip “Anthology” adlanır və Tuamotus, Pakistan, Botsvana, Zambiya və Namibiya haqqında kadrları nümayiş etdirir. Videonun altı dəqiqə davam etməsi sizi qorxutmasın – inanın bizə, bu ona dəyər.

Pereneylərdə paraplan sürmə
Pereneylərdə paraplan sürmə © SEARCH Productions

Uçuş hündürlüyündən bütün yerlər gözəl görünür, şübhəsiz ki, digər səyahətlərin arasında de Dorlodot və Llorens üçün ən yadda qalan səyahətlər Taiti və Marakes adaları arasında Sakit Okeanın cənubi hissəsində qayıqla səyahət olmuşdur. “Mən bütün dünyanı qayıqla gəzmək istəyirəm,” deyə Tim söylədi. Tam əminik ki, paraplanın o istədiklərinin böyük hissəsini həyata keçirir!

Horacio Llorens sallanıb!
Horacio Llorens sallanıb! © Camilo Rozo/Red Bull Content Pool

Dərhal adrenalin lazımdır? Bəlkəm biz sizə Aaron Durogatinin “Red Bull Peaks Trilogy” layihəsindən son kadrların bəzilərini təklif edək, lakin heyran doğurucu hava kinematoqrafiyasının bəzilərinə baxmaq üçün vaxtınız olarsa siz IMAX-ın ətraflarını da görəcəksiniz. Təklif edirik ki, yuxarıdakı “play” düyməsinə basasınız.

Bütün əyləncələri bizim Facebook səhifəmizdə tapa bilərsiniz.

read more about