Yuxarı qalxmaq üçün 7 möhtəşəm divar

Qorxunc və möhtəşəm – dünyanın ən iri divarlarını və onlara çıxan macəra axtaranları seyr edin.
Mount Asgard, Baffin adası
Mount Asgard, Baffin adası © Alastair Lee/posingproductions.com
By Tarquin Cooper

Böyük divarları dəf edən alpinistlər kimi dünyada bu qədər həyəcan verici başqa heç nə yoxdur. Bu yüksəkliklər o qədər hündürdür ki, bunu etmək üçün günlər, bəzən həftələr tələb olunur. Asılı vəziyyətdə qayalıqlarda yatma, alət və ərzaqlarla dolu kisələrin daşınma, minimal yemək və su ilə keçinmə, böyük qayalara dırmaşma inanılmaz dözümlülük, dırmaşma bacarıqları və trosla peşəkar işləmə bacarığı və daha nələri tələb edir. Biz aşağıda dünyanın ən möhtəşəm böyük divarlarının bəzilərini diqqətinizə çatdırırıq və həmin divarları dəf etməyə riskə gedən alpinistləri salamlayırıq.

Yosemite, ABŞ

Hündürlük: 1,000m
Uzaqlıq: 5
Çətinlik: 9
Estetik gözəllik: 7

Siz böyük divar dırmanma ilə Yosemite-i bir cümlədə qeyd etməyə bilməzsiniz. Bunun hamısı məhz Mecca-da başladı və bu yer hər gənc heysiyyətli alpinistin qət etmək istədiyi bir zirvədir. El Capitan və ya qısacası El Cap ən hörmətlə qeyd edilən dağdır. Onun 1,000 m-lik yamacı 1950-ci illərdən indiyə kimi ən əfsanəvi dırmanmalara ev sahibliyi edib.

Yazını yazdığım vaxtda Tommi Kaldvel və Kevin Jorgeson Dawn Wall-un üç sərbəst yoxuşu tamamlamaqla (yəni alətlərsiz istifadə etmədən dırmanma) tarix yaratmağa cəhd edirdilər. Onlar yamacda bir həftə keçirtdilər və son aldığım məlumatlara görə onlar barmaqların ucundakı dərinin bitməsini gözləyirdilər.

Mt Asgard, Baffin Adası, Kanada

Hündürlük: 1,200m
Uzaqlıq: 9
Çətinlik: 7
Estetik gözəllik: 7

Leo Houlding böyük divarda əylənməsi
Leo Houlding böyük divarda əylənməsi © Alastair Lee/posingproductions.com

Bond filmi və BASE xizək növünün azarkeşləri arasında Mt Asgard xüsusi yer tutur. Məhz böyük əfsanə Ril Silvester dağda xizəklə sürüşüb sonra üzərində Böyük Britaniyanın bayrağı olan paraşütü açmışdır. Bu idmanın hələ ixtira olmadığı 1976-cı ildə baş tutmuşdur.

2009-cu ildə britaniyalı alpinist Leo Houlding şimal yamacın ilk sərbəst yoxuşu qət etmək cəhdində alpinistlər komandası ilə birləşmişdir. Mükafat qazanmış Alastair Lee-nin filmi bu haqda bəhs edir. Sonradan Houlding bu tarixin şərəfinə zirvədə BASE üslubunda tullanmanı həyat keçirdi.

Tsaranoro Massif, Madaqaskar

Hündürlük: 400m
Uzaqlıq: 7
Çətinlik: 6
Estetik gözəllik: 7

Afrikanın Yosemit-i Tsaranoro massivi
Afrikanın Yosemit-i Tsaranoro massivi © Getty Images/Lonely Planet Images

Madaqaskar sözünü eşitdikdə ağlınıza mahnılar, rəqslər, animasiya olunmuş zoopark heyvanları gələrsə sizi bağışlamaq olar. Lakin, alpinistlər arasında Madaqaskar-ın Tsaranoro Massivi Afrikanın Yosemit-i sayılır.

90-cı illərin sonlarında nəhəng qranit divarlar məşhur dırmaşma təyinat yeri olmuşdur. Qayalar elə də uzun deyil - əksəriyyəti təxminən 400 metrdir və bir gün ərzində qət oluna bilər, lakin onun ən məşhur xətlərindən biri Tough Enough-dır və dünyanın ən mürəkkəb uzun marşrutlardan biri sayılır.

 

Trango Towers, Pakistan

Hündürlük: 1,300m
Uzaqlıq: 9
Çətinlik: 10
Estetik gözəllik: 9

Trango Tower, Pakistan
Trango Tower, Pakistan © Getty Images/Minden Pictures RM

Dünyada bir neçə dağın adı alpinistlərdə qorxu və pərəstiş hisslərini oyadır. Trango Towers onlardan biridir. Valehedici yüksələn daş kolonlar qrupu dünyada dırmaşma baxımından ən mürəkkəb iri divarların bəzilərinin vətənidir və dünyanı ən aparıcı alpinistlərinin bəzilərini cəlb edir. Və burada biz təkcə dırmaşma haqda danışmırıq.

Sadəcə zirvəyə qalxmağın özü bir ekspedisiyadır. Dırmaşma 6,000 m-dən yuxarıda baş tutur (bir pilləkənı çox yorucu edə biləcək qədər). Bu yaxınlarda bir nömrəli polşa idmançıları Marek Raganowicz və Marcin Tomaszewski yeni 46 kəndir marşrutunu tamamladı: bunu etmək üçün onlara 20 gün vaxt tələb olundu.

Ultevanna, Queen Maud Land, Antarktika

Hündürlük: 1,750m
Uzaqlıq: 10
Çətinlik: 8
Estetik gözəllik: 10

Sean 'Stanley' Leary hərəkətdə ikən
Sean 'Stanley' Leary hərəkətdə ikən © Alastair Lee/posingproductions.com

Alpinistlərin Antarktikanın Ultevannasını gördükdə nə üçün valeh olduqlarını görməmək çətindir. Ultevanna möcüzəli gəminin burunu kimi ağ səhra kimidir və dırmanmanı qeyd etmədən ziyarət etmək üçün cəsarətli olanlara valehedici mənzərəni təqdim edir.

Bəs Antarktikada qayaya dırmanma necə? Bu zəiflər üçün deyil. Açıq əllərlə bunu etmək daha yaxşı olardı, lakin -25º C temperaturda bu diskomfort yarada bilər. 2013-cü ildə Leo Houlding komandası ilə birlikdə əvvəl qət edilməmiş şimal-şərq sıra dağlarına çıxmışlar. Kinorejissor Alastair Lee ilə müsahibəmizi və inanılmaz hadisə üçün fotoqalereyamızı yoxlayın.

Le Petit Dru, Fransa

Hündürlük: 850m
Uzaqlıq: 4
Çətinlik: 8
Estetik gözəllik: 7

Petit Dru heç də kiçik deyil
Petit Dru heç də kiçik deyil © Getty Images

Nasos stansiyasından bir neçə saat yürüş etmək olar, lakin Dru ciddi və riskli təşəbbüsdür. Dağda klassik xətlərdən biri 10 il bundan əvvəl nəhəng uçqun nəticəsində tam olaraq uçmuş Bonatti Pillar-dır. Həmin vaxtdan bəri başqa uçqunlar da baş vermişdir.

Zirvədə tarazlama alətlərini tələb edən köməkçi yoxuşlardan tutmuş adi alpinistlər üçün mümkün olan yoxuşlaradək marşrutlar var. Chamonix dərəsində xoşa gəlməyən amillərdən biridə odur ki, sivilizasiyaya yaxın olduğu üçün insanda yanlış təhlükəsizlik hissini oyadır, lakin artıq yola düşdükdə siz özünüz özünüzlə qalırsınız.

Naranjo de Bulnes, İspaniya

Hündürlük: 500m
Uzaqlıq: 5
Çətinlik: 9
Estetik gözəllik: 8

Pou qardaşları Naranjo de Bulnes-də
Pou qardaşları Naranjo de Bulnes-də © Tim Kemple/Red Bull Content Pool

Naranjo de Bulnes İspaniyanın şimal-şərqində yerləşən əhəngdaşlı zirvədir. 2009-cu ilin avqust ayında ispaniyalı qardaşlar EnekoIker Pou həddindən artıq mürəkkəb 13 kəndirli Orbayu marşrutunu ilk dəfə olaraq sərbəst qalxmaqla ən əhəmiyyətli yoxuşunu həyata keçirdilər.

Marşrut dünyada ən mürəkkəb çox kəmərli yoxuşlardan biri kimi qiymətləndirilir və bu video klip-dən gördüyünüz kimi qardaşlar üçün heç də asan olmayan bir ekskursiya olmuşdur.

Red Bull sərgüzəştləri haqda daim məlumatlı olmaq istəyirsiniz? O zaman bizi Facebook-da tapın.

read more about