Alaskadan ürək dayandıran yeni speedriding filmi

‘The Unrideables’ adlı yeni filmdə əvvəl mümkün olmayan xizək xətlərini qoyan pionerləri izləyin.
By Scott Hart

Speedriding ən yeni, ən mükəmməl ekstremal idman növüdür və onunla məşğul olmaq üçün ən böyük, ən mükəmməl yer Alaskadır. Böyük dağ xizək sürməsi üçün dünyanın ən çox istənilən zonalar arasında Alaska uçmaq və eyni zamanda xizək sürmək istəyənlər üçün imkanlarla dolu əzəmətli zirvələrini təklif edir.

Ətraflı: Mont Blank zirvəsindən sürətli enməni izləyin

Asiyadan kənar dünyanın ən yüksək dağları və And dağları şişirtmədən daha çox maneələr təklif edir. Speedridinglə məşğul olduğunuz zaman tanımadığınız ərazidə hərəkət sürətiniz elə böyükdür ki, qabaqda sizi nələrin gözlədiyi həmişə naməlumdur.

Yuxarıdakı video “The Unrideables” adlı gələcək speedriding filmindən əvvəl buraxılmadığı yeni hissələri nümayiş etdirir. İnsanın iştirakı ilə uçuş üzrə mütəxəssis və Red Bull Hava Qüvvəsinin kapitanı Jon DeVore-un rəhbərliyi altında üç idmançı paraşütün köməyi ilə əvvəl sürülməyən xizək xətlərində trass salmaq məqsədilə speedriding-dən istifadə edir.

“Buzlaqlar onların öz heyvanlarıdır,” deyə DeVore söylədi. “Və onlar sizləri qeyri-adi xizək şərtləri ilə üzləşdirir. Yumşaq qara döndüydünüzü fikirləşdiyiniz zaman gözləmədən qarşınıza göy buz çıxır."

Mən sağ qalmaq istəyirəm . . . Bunun üçün tez öyrənmək məcburundasınız.

– Filippo Fabbi

Ərazidə çatlaqların olması hava ilə doldurulmuş və uçmağa imkan verən kiçik, lakin çox effektiv speedriding paraşütünü düzgün vəziyyətdə saxlamaq üçün lazım olam minimum 25 m/s-da səyahət etmək üçün xətlərin aydın görülməsini çətinləşdirir.

“Mən sağ qalma istəyirəm,” Alaskanın ən iri, vahimə doğuran zirvələrində yeni idmanda ixtisaslaşan Filippo 'Ippo' Fabbi söylədi. ”Bunun üçün tez öyrənmək məcburundasınız”.

Böyük dağ speedriding üçün bu böyük öyrənmə prosesi idi.

“Bu optik illuziya verir.” DeVore-un sözlərinə görə bu çatlaqlar, qayalar və maneələrin buzlu, subarktik mühitdə müəyyən edilməsini çox çətinləşdiri. “Böyük dağ speedriding üçün bu böyük öyrənmə prosesi idi.”

The Unrideables: Alaska Range eksklüziv olaraq yanvarın 21-31-də RBTV kanalında yayımlanacaq.

"The Unrideables" filmindən daha çox eksklüziv videoları Alaska Range-ın rəsmi film səhifəsində izləyin.

read more about
Next Story