Misirin piramidaları üzərindən vinqsyut uçuşu

Onlar qum fırtınaları və qədim vəba xəstəliyi, indi Dumont-un sayəsində skydive-ın şahidi oldular.
Qizadakı piramidaların üzərindən uçuş © Noah Bahnson
By Tarquin Cooper

Onlar Hollywood-un əbədiləşdirdiyi qədim möcüzə olan dünyada ən çox ziyarət edilən cazibələrdən biridir. Bu yaxınlarda onların yeni ziyarətçisi oldu. Bu Böyük Piramidaların pilləkənlərinə enən möhtəşəm abidənin üzərindən ilk dəfə olaraq vinqsyut uçuşunu həyata keçirmiş Cédric Dumont idi.

Piramidalar üzərindən uçuşu izləyin

Məmnuniyyətlə söyləyə bilərik ki, fironların qədim lənətləri ilə tanınan bu yerdə Cédric-in tarixi vinqsyut uçuşunu problemsiz keçdi. 43 yaşlı idmançı endikdən sonra sevincini gizlədə bilmədi.

“Piramidaların unikal görünüşünə görə həyatımın ən unikal uçuşlarından biri idi,”deyə o, söylədi. “ Bu layihəni reallaşdırmaq neçə illərdir ki, arzulayırdım və icazələri almaq üçün uzun müddət tələb oldu. Piramidaların üzərindən hərbi hava fəzası yerləşir və heç kəs ondan yuxarı uça bilməz.”

Bu onun Misirə ilk səfəri deyil. 2012-ci ildə o, Qahirə Qülləsindən tullanmaq istəyirdi, lakin təhlükəli küləyə görə onun bu cəhdi ləğv olundu. Bu uçuş Misirin Mühafizə, Gənclər və İdman Nazirlikləri, habelə Qədim Abidələr və Ümumi Katibliyi ilə əməkdaşlıq nəticəsində mümkün oldu.

İndi isə, o, özünü göstərir © Noah Bahnson
Qədim və müasir dünyaların toqquşduğu məkan © Noah Bahnson

Dumont-un digər məharətlərinə 2009-cu ildə Litvanın ən hündür binası olan, 170 metr hündürlüyü olan Vilnius TV qülləsindən ilk dəfə tullanma; Monteneqroda dünyanın ən hündür dəmir yolu körpüsü (201m); Kanon şəhərində (Kolorado) yerləşən, dünyanın ən hündür asma körpüsü olan “Royal Gorge Bridge” körpüsü (384m) və Şanxayda 431 metr hündürlüyü olan Jin-Mao qülləsindən tullanmalar daxildir.

Cédric-in digər inanılmaz vinqsyut uçuşları ilə burada tanış ola bilərsiniz

Dünyadan ən hündür tullanmalardan başqa, Cédric Dumont həm də dünyanın ən aşağı hündürlükdən tullanmalarla da rekord qırıb. Belə ki, o, cəmi 35 metrdən tullanıb.

Artıq Dumont bütün hədəflərə çatıb © Noah Bahnson

Dumont artıq dünyanın digər inanılmaz yerləri üzərindən növbəti uçuş layihələri haqqında xəyal edir. Və biz baş verdiyimi kimi sizləri bu layihələrlə tanış edəcəyik.

Daha çox inanılmaz uçuşlar haqqında məlumat almaq istəyirsiz? O zaman daha möhtəşəm əhvalat və şəkillər üçün Facebook səhifəmizə daxil olun.

Next Story