Brian Grabb-ın wakeskate icebergs

Brian Grabb-ın Bostonda həyatda bir dəfə baş verən şounu göstərir.
By Kevin McAvoy

Floridada yaşayan wakeskater Brian Grabb idmanını bütün dünyada tanıtdı: müxtəlif tədbirlərdə iştiraklardan tutmuş idman üçün uyğun olmayan yerlərdə gözləmədiyiniz unikal layihələrdə film çəkilişlərinə qədər.

Bu yaxınlarda Bosniyada keçirilmiş qarlı layihədən sonra Grabb anomal küləyin “Cape Cod National Seashore” dəniz kənarından Massaçusets sahilinə böyük buz dağlarını gətirməsindən istifadə edib Bostona uçuşunu saatlar ərzində sifariş etmişdir.

Videonu aşağıdakı pleyerdə izləyin və burulğan səyahətini başa çatdırmaq üçün hava limanına yola düşmüş Grabb-dan aldığımız müsahibəni oxuyun:

Bu layihə necə ərsəyə gəldi?
Adama elə gəlirdi ki, orada sürmək üçün həmişə bir potensial var idi, belə ki, biz bunu ləngitmədən etməyi qərara aldıq və bir neçə saat sonra uçuş üçün bilet sifariş etdik. Bu çox qısa bildiriş idi, lakin biz hər şey əriyib yox olana qədər ora getmək istəyirdik.

Nə üçün siz bunu “wakeskater” kimi gördünüz?
Düşünürəm, bu birdən birə alındı, lakin burada Bosniyada qarın üzərində sürüşdüyümüz layihədən əldə etdiyimiz bacarıqları ustalıqla istifadə etdik.

Video: Brian Grabb buz dağlarının üzərindən necə “wakeskate” etdiyiniz izləyin

© Brian Nevins/Red Bull Content Pool

Çətinliklər nədən ibarət olmuşdur?
Axınlara görə buz çox ora-bura sürüşürdü. Dəniz tərəfə həgigi güclü külək əsirdi, belə ki, biz elementlərlə məşğul idik, lakin bütün günü çox yaxşı işıq var idi. Hava aydın idi və çıxmış günəşin sayəsində heç də soyuq deyildi. Bu səhər ilk dəfə olaraq ora getdikdə aşağı axın var idi və buzların əksəriyyəti sahilin yanında idi, belə ki, biz axının buz dağların ətrafını almasını gözlədik. Bu bizə bir neçə yeri yoxlamağa və axın gəldikdə bizim harada olmaq istədiyimiz üzrə oyuna planını hazırladıq.

Siz bilirdiniz ki, ora çatmazdan əvvəl bunu bacaracaqsız, yoxsa sadəcə risk etdiniz?
Mən tamamilə riskə getdim; Mən həyatımda heç zaman buzun və ya orada olan mühitdə sürüşməmişəm. Bu Bosniya-da olduğu kimi idi, tam fərqli və gözlənilməz idi, belə ki, biz özümüzü bu mühitdə sınamaq istədik. Şərait çox sərt, lakin eyni zamanda əla idi, çünki su gəlməyə başlayanda biz buz parçalarını yolumuzdan götürürdük ki, sürmək üçün yer olsun və müəyyən məqsədlərə nail ola bilək deyə.

Layihənizdə nəyi axtarırsınız?
Düşünürəm, ən birinci məsələ heç kəsin əvvəllər görmədiyi və ya hətta ağlına belə gətirmədiyi işləri görməkdir. Filipinlərdə gördüyüm layihə dəli mühitinə görə həqiqi əla idi. Bundan sonra biz sadəcə ilk baxışdan “wakeskating” üçün həqiqətən uyğun olan yerlərin axtarışına başladıq, lakin bir qədər səy göstərildikdə bu əyləncəli və vizual olaraq cəlb edici ola bilər.

Bu qış etdiklərinizi nə vaxtsa etmisinizmi?
Bosniyada bunu ilk dəfə etmişdim, lakin bu əyləncəli idi və həmin layihə üzrə həqiqətən də yaxşı reaksiya almışdıq. Belə ki, mən Cape Cod-u yoxlamaq üçün zəng edəndə bu belə oldu: “Hə, gəlin bunu edək”. Bu fərqlidir; Bosniyada biz qarın üstündə bunu etdik və şəraitlər xeyli rəhm edici idi. Bura [Cape Cod-da] okeanın içində yerləşir və bizim küləyimiz və axınımız var idi.

Siyahınızda arzu etdiyiniz yerlər/kombinasiyalar varmı?
Bosniyada olanda bizim ağlımıza bir neçə ideya gəldi. Siyahımızda bir neçə ideya var ki, onları növbəti və ya iki ildən sonra etməyi planlaşdırırıq (ümid edirik), lakin biz həmişə sürmək üçün yeni və fərqli bir yerləri axtarırıq.

Göldə sessiyalar ilə müqayisədə bu kimi layihələrə dair fikriniz nədir?
Belə deyə bilərəm ki, indiyə kimi bütün layihələr üzrə aldığımız reaksiya həqiqətən də yaxşı və motivasiya edici idi. Mən hələ də tur hazırlıqlarını edir bütün bu işləri yay vaxtında edirəm, lakin bu layihələri həyata keçirməkdən böyük zövq alıram. Mən sadəcə daha çox insanın “wakeskating”i görməsini istəyirəm. Qar və ya buz üstündə sürüşməklə sevdiyim idmanı təbliğ edirəm. Bu yerlərdə sürüşməm üçün Red Bull böyük şərait hazırlayıb və bu mənim gözlərimi açdı və mən daha ətraflara baxdım. Dünya çox böyükdür və üzərində sürmə imkanı olan o qədər sular var ki.

Wakecation video seriyalarında Grabb-ın Panamada Nitro şəhərində vəhşi təbiətin qoynunda həmkarları Parks Bonifay və Steel Lafferty ilə necə keçirtdiyini izləyin.

Siz wakeskating etməyəndə nə ilə məşğul olursunuz?
Bir çox xobbilərim var; mən skydiving ilə məşğul oluram və çoxlu bungee jumping edirəm. Çoxlu qolf oynayıram. Floridada hava həmişə yaxşıdır və buna görə də evdə olanda dənizdə dalğalar olarkən ora getməyə çalışıram. Mən düz gölün sahilində yaşayıram, belə ki, mən həmişə wakesurfing və ya wakeskating ilə məşğulam. Sadəcə daim məşğul olub əylənməyə çalışıram.

Bəs sonrakı planlarınız? Sizin üçün 2015-ci ildə daha nələr baş verir?
Biz yarış mövsümü üçün hazırlaşmağa başlamışıq; Floridada havalar qızmağa başlayır. Belə ki, biz hidrokostümümuzu çıxarıb çoxlu sürməyə başlayırıq. Mənim bir neçə planlaşdırdığım səyahəltərim var və bu il mən yenə də “Pro Wakeboard Tour”da hakimi olacam.

Mən həqiqi çox şadam ki, Red Bull hazırda belə imkanlar yaradır. Wakecation-ın keçirildiyinə görə şadam və düşünürəm, bunu bu il təkrarlaya bilərik. Hər ir Red Bull layihəsində biz əla vaxt keçiririk. Məhz bu həyatımızın mənasıdır.

Grabb-ın sərgüzəştlərini Instagram-da izləyin və Red Bull-un sərgüzəştləri haqqında daha çox məlumatı Facebook-da və email məktubları vasitəsilə əldə edin.

read more about