Tətil rezervasiya etməyinizə səbəb olacaq 10 şəkil

Sizi həqiqətən heyərətə gətirəcək 10 möhtəşəm məkanı diqqətinizə təqdim edirik.
By Alison Mann

Qar adamlarından nəhəng aysberqlərə dünyanın sizə təqdim edəcəyi daha çox möcüzəli yerlər var. Planetimiz bizə bir-birindən gözəl gözoxşayan yerlər bəxş etməkdədir, bəs biz buna necə yox deyə bilərik?

Qaya üzərində ucaldılmış mistik məbəd, günümüzdə də elm adamlarını çaş-baş salan qum üzərində cizgilər və dünyanın ən nəhəng Buddası kimi nəfəskəsici yerlərin fotoşəkillərini sizin üçün bir yerə topladıq. Bu şəkilləri bəyəndinizsə, deməli bizim əvvəlki səyahət kompasınızı istiqamətləndirəcəyiniz 12 ağlasığmaz yer və həqiqətən mövcud olan 10 yer kolleksiyalarımızı da bəyənəcəksiniz.

İnanılmaz qar adamlarına baxın 

Dünyanın ən çox qar yağan yeri © Getty Images/The Asahi Shimbun

Yamaqata, Yaponiya

Film səhnəsinə bənzəyən bu yer qarda sürünə-sürünə dağa dırmaşan ağ rəngli nəhəng qar adamlarını xatırladır. Bu cür heyrətamiz səhnə ancaq Yaponiyada görülə bilər.

Vulkanik Zao dağında yerləşən Zao Onsen qış turizm kompleksi Yaponiyada "qar adamları" adlandırılan donmuş ağacların görüldüyü tək-tük yerlərdən biridir.

Okean ortasında bir məbəd

Tanah Lot məbədi © Getty Images/Axiom RM

Tanah Lot Məbədi

Gözəl mənzərəli körfəzdə, yamyaşıl bir adada ucaldılmış Tanah Lot Məbədi möhtəşəm görüntüyə malikdir. Tanah Lot sözünün mistik mənasına dair fikirlərə buradaca son qoyula bilər, çünki bu söz əslində "dənizdə üzən kiçik ada" mənasını verir.

Bu mənzərə sizə səhnə dekorasiyasını xatırladırsa, demək ki həqəqətə bir az yaxınlaşmısınız - qaya dağılmağa başladığı üçün onun üçdə bir hissəsi süni şəkildə bərpa edilib. Turistlər tərəfindən böyük rəğbət görən bu məbəd yerli sakinlər üçün böyük əhəmiyyət kəsb edir.

Masaüstü "tepui"ni ziyarət edin

Məşhur Roraima dağı © Getty Images/Collection Mix: Subjects RM

Roraima dağı, Quyana

İtmiş dünya axtarışındasınızsa, Roraima dağı tam sizə görədir. Möhtəşəm şəlalələr, labirinti xatırladan yüksək qayalıqlar, kristal örtüklü vadilər və tamamilə yabanı bitki örtüyü ziyarətçiləri valeh edir.

Havadan baxdıqda hamar bir masanı xatırladan tepui yerli dildə "tanrıların evi" mənasını verir.

Dağın yüksəkliklərinə çıxmağı dini inanclarına görə uğursuz hesab edən, allahların və buludların üstündə yaşadıqlarına inandıqları fövqaltəbii məxluqların qisasından qorxan yerli Pemon xalqı sayəsində Roraima dağına daha dərin mistik məna yüklənmişdir.

Roraima dağı ilə bağlı daha çox fotoşəkil görmək istəyirsinizsə, alpinist Stefan Glowacz-ın ekspedisiyasını əhatə edən fotoqalereyaya baxın.

Türkiyədə biraz islanaq

 

Pamukkaledə Travertin hovuzları © Getty Images/Flickr RF

Travertin hovuzları, Pamukkale

Pambıq və ya buzdan düzəldilmiş kimi görünən bu yer əsl cənnətməkandır. Kaskad formalı ağ terraslar tamamilə bir təbiət möcüzəsidir. Bölgənin zəngin isti bulaq sularının tərkibindəki kalsium karbonatın zamanla çökməsi nəticəsində əmələ gəlmişdir.

Hovuzların 35,6 dərəcə temperatura malik suyu bütün mövsümlэrdə turistləri bura cəlb edir .

Nəhəng Buddanın yanında dua edin

71m - dünyanın ən nəhəng Budda heykəli © Getty Images/age fotostock RM

Nəhəng Leşan Budda heykəli, Çin

Əsrarəngiz məkanlara gəldikdə nəhəng Budda heykəlini səhv salmaq mümkün deyil, Leşan Budda heykəli də bu baxımdan istisna təşkil etmir. Bu böyük heykəl Min, Qinqyi və Dadu çaylarının kəsişməsində qaya üzərində yerləşir.

İnşaasına 713-cü ildə başlanmış heykəl 803-cü ildə tamamlanmışdır. 90 illik əmək boşuna getməyib - heykəl günümüzdə də düyada ən böyük Budda hesab edilir. Hündürlüyü 71 metr olan Buddanın bir barmağı 3 metr uzunluğundadır.

Qarla örtülü möcüzələr diyarında hava şarı ilə uçun

Qış vaxtı Kapadokya üzrərində uçan hava şarları © Anadolu Agency

Qış mövsümündə Kapadokya, Türkiyə

İnsanı nağıllar aləminə aparan qəribə landşaftı coğrafi proseslərin məhsuludur. Mürəkkəb təbiət möcüzələri nəticəsində formalaşmış bal pətəyini xatırladan strukturlar bütövlükdə Anadolu yaylasına səpələnib.

Bu hündür daş strukturlar qədim zamanlardan yerli əhalinin məskəninə çevrilib. Kapadokyada yerin altı da üstü kimi möcüzəlidir, burada saysız-hesabsız tunellər və otaqlar yerləşir.

Yaponiyada özünüzü Ceyms Bond kimi hiss edin

Pis şöhrətə malik Savaş Gəmisi adası © Getty Images/The Asahi Shimbun

Haşima adası, Naqasaki, Yaponiya

Bu adanı Bond silsiləsindən "Skyfall" filmindən xatırlayırsınız. Naqasakidən 15 km məsafədə yerləşən insan yaşamayan ada əvvəllər sualtı kömür mədənlərində çalışan işçilərin məskəni olmuşdur. 1974-cü ildə bu sənayenin yox olması ilə birlikdə ada əhalisi də buranı tərk etmişdir. 2009-cu ildən isə ada turistlərin ziyarətinə açılmışdır.

Özünüzü Ceym Bond kimi hiss etmək istəyirsinizsə, günlük turlara qoşularaq bu əsrarəngiz adanı gəzə bilərsiniz.

Dünyanın yaranmasını öz gözünüzlə görün

Dünyanın köhnə üsulla təkamülü © Getty Images/The Asahi Shimbun

Oqasavarada vulkanik ada, Yaponiya

Fotoşəklin sağ tərəfində gördüyünüz qəhvəyi ləkə əslində Nişinoşima adasının qalığıdır. 2013-cü ilin noyabrında başlayan lava püskürmələri adanı yavaş-yavaş cənginə almaqdadır. Yeni formalaşmış yer kütləsinin sahəsi 1,58 kv kilometr təşkil edir və adanın əvvəlki sahəsindən səkkiz dəfə böyükdür.

Daş meşəsində gəzinti

Madaqaskarda daş meşəsi © Olivier Grunewald

Tsinqi de Bemaraha, Madaqaskar

Fotoqraf Olivier Grunewald unikal yerlərə səyahət etməyi çox sevir və məhz bu səbədən üç dəfə Madaqaskara gedib. Bu dəfəki səyahət məqsədi isə çoxlarının Daş Meşəsi kimi tanıdığı Tsinqi de Bemarahanın fotoşəkillərini çəkmək olub. Daş Meşəsi adlandırılan bu yer yalçın qayalardan, bir-birinə keçən kanyon və çatlardan ibarət labirintdir.

Qarşıdan gələn dörd təkərli Madaqaskar məcərasını izləmək üçün Redbull.com Skate Channel kanalına bağlanın.

Tibet məbədəni ziyarət edin

Tibetdə Key monastırı © Getty Images/Moment RF

Key Qompa, Spiti, Tibet

Tibet buddist monastırı Spiti çayı yaxınlığında dəniz səviyyəsindən 4,200 metr yüksəklikdə yerləşir. 11-ci əsrdə əsası qoyulmuş bu məbəd ilk gündən rahiblərin məskəni olub və 2000-ci ildə Dalay Lama buranı ziyarət edib. Hal-hazırda da fəaliyyət göstərən monastırın qapıları Manalidən Kaliyə 210 km məsafə qət etmək istəyən ziyarətçilərin üzünə hər zaman açıqdır.

read more about