Qütb şəfəqinin füsunkar təsvirləri

Fotoqraf Olivier Grunewald kamerasının obyektini səmaya yönəldib.
By Evan David

Bu, planetdə ən mistik hisslərdən biridir. Günəş küləyi yüksək atmosferdə maqnit zərrəcikləri ilə birləşdikdə, gecə səmasında rəng çalarlarının qovuşduğu göy qovşağı yaranır.

Kifayət qədər qızmar iqlimə malik ölkələri səyahət edən fotoqraf Olivier Grunewald illər boyu şimal şəfəqini kamerasının yaddaşına köçürmüş nadir şəxslərdən biridir. O sevimli şəkillərindən bəzilərini bizə göndərib. Baxın və həzz alın.

Pro tip: use your keyboard to jump between photos
Milad köpükləri
Milad köpükləri Bu şəklin dekabr ayında çəkilib-çəkilmədiyini dəqiq söyləyə bilmərik, lakin gecə səmasında Santanı bu rəng çalarlarında görməyimiz bizim üçün o qədər də təəccüblü olmadı. © Olivier Grunewald
Parlaq köpüklər
Parlaq köpüklər Kjell Henriksen rəsədxanası Norveçin Svalbard arxipelaqında yerləşir. Bu, şimal şəfəqini tədqiq edən dünyada ən məşhur rəsədxanalardan biridir. © Olivier Grunewald
Boşqab mənzərəsi
Boşqab mənzərəsi Bu nəhəng boşqaba bənzər peyk ionosfer və maqnitosferdə qarışıqlıq yaradan bir görünüşdür. © Olivier Grunewald
Yaşıl üzük
Yaşıl üzük Qütblər ətrafında üzüyə bənzər qütb şəfəqləri daima günəşdən çıxan və yer maqnetosferinə qovuşan zərrəciklərin yaratdıqları maqnit qasırğaların nəticəsidir. Bura Tromso, Norveçdir. © Olivier Grunewald
Yaşıl səhnə
Yaşıl səhnə Bu, 2012-ci ilin yanvar ayında Tromso səmasında baş vermiş geo-maqnitdir. 11 ildən bir baş verən günəş aktivliyi 2012-ci və 2013-cü illərdə pik nöqtəsinə çatdı. © Olivier Grunewald
Göl üzərindəki işıq
Göl üzərindəki işıq İslandiyada Jökulsárlón üzərində şimal şəfəqi. Jökulsárlón sözünün hərfi mənası “çaydan ayrılmış göldür”. © Olivier Grunewald
Səmada alov
Səmada alov 2010-cu ildə İslandiyada Eyjafjôll vulkanı şimal şəfəqi altında yenidən püskürməyə başlamış və bu möhtəşəm səhnəni yaratmışdır. © Olivier Grunewald
Möhtəşəm Qeyzer
Möhtəşəm Qeyzer Cənubi İslandiyada Möhtəşəm Qeyzer üzərindəki işıqlar. Hər 10 dəqiqədən bir, qeyzer vurur. © Olivier Grunewald
Bir soyuq qazan
Bir soyuq qazan Böyük Qeyzerin köpüyü, hər dəfə vurmazdan qabaq baş verən bir hal. Bir şəkil, iki misli olmayan fenomen. © Olivier Grunewald
Soyuq, yaşıl və kristal
Soyuq, yaşıl və kristal 2012-ci və 2013-cü illərdə, intensiv, tez-tez baş verən qütb şəfəqi geniş en dairəsinə yayılaraq dünyaya təbii rəng çalarları bəxş edir. © Olivier Grunewald
Mavi səma gözəlliyi
Mavi səma gözəlliyi Grunewald qütb şəfəqini ilk dəfə 1997-ci ildə lentə alıb. Bu təsviri lentə almaq üçün 20 saniyədən bir dəqiqəyədək vaxt tələb olunur. Rəqəmsal kameranın köməkliyi ilə şəfəqin yayılma tezliyindən asılı olaraq təsviri 10 saniyədə kameranın yaddaşına köçürmək mümkün oldu. © Olivier Grunewald
Səmadan keçən xətt
Səmadan keçən xətt Kosmik meteorologiya sabah havanın necə olacağı barədə qabaqcadan məlumat verməyə imkan verən bir təbiət hadisəsidir. © Olivier Grunewald
Təbii laboratoriya
Təbii laboratoriya Tromsö, Norveçdəki EISCAT elmi tədqiqat stansiyası qütb şəfəqi üzərində eksperiment və tədqiqat aparır. © Olivier Grunewald
İnsan və onun işi
İnsan və onun işi Bu şəkilləri əldə etmək üçün Olivier Grunewald dəfələrlə gecələri soyuq havada keçirməyə mövcud olub. Bu qədər əziyyətə dəyərmi? Biz belə deyirik: əlbəttə ki. dəyər. © Olivier Grunewald
read more about
Next Story