Uçma dözümlüyünü maksimum həddə çatdırmış 7 rekord

Mühərrik, günəş və ya külək enerjisi üzərində həyata keçirilmiş uçuş qələbələri.
By Alison Mann

8-9 may 2015-ci il tarixində Avstriyanın möhtəşəm məkanı olan Hangar-7-də keçirilmiş Red Bull Paper Wings Dünya Finalı kağızdan düzəldilmiş təyyarələr sahəsində bütün dünyadan qadın və kişiləri öz bacarıq və dözümlüyünü sınamaq üçün bir araya gətirmişdir … bu pilotlar hər bir atma ilə məsafə və uçuş vaxtında dünya rekordunu qırmağa çalışırdılar. Yarış haqqında daha ətraflı məlumatı RedBullPaperWings.com saytında əldə edə bilərsiniz.

Lakin, sizcə aşağıdakı şəxslərin dünya rekordunu qırmaq cəhdlərini bunlarla müqayisə etmək olarmı? Aşağıda möhtəşəm dünyada uçuş dözümlüyü rekordlarınının bəzilərini diqqətinizə çatdırırıq -yer kürəsinin orbitində vaxt keçirməkdən tutmuş vulkan qayaların üzərindən uçmağa qədər.

Ətraflı: Öz vaxtını gülməli sürətlərə həsr etmiş 7 şəxslə tanış olun

1. Hava şarında dünyanı səyahət etmək

Breitling Orbiter 3 dövr-aləm səyahətində © Nicolas Le Corre/Getty Images

Nə: Hava şarında ində qədər qət edilmiş məsafə
Təfsilatlar: 1 – 21 mart 1999-cı il, 477saat 47m, 40,814km
Harada: İsveçrədən başlanılmış dövr-aləm səyahəti
Pilotun bacarığı: 8

1999-ci ildə Bertrand Pikkard və Brayan Consun dünyanı hava şarında qət etmək cəhdi yüksək bir ambisiya idi. “Breitling Orbiter 3”-də uçan cütlük hava şarında məsafə və vaxt baxımından ən uzun uçuşu həyata keçirtmişdilər. Həmçinin, uçuş ilk dayanmadan olan dövr-aləm səyahəti idi.

2. Möhtəşəm kosmik orbit

Valeriy Polyakov uçuş zamanı © NASA/Getty Images

Nə: Ən uzun insan tərəfindən həyata keçirilmiş kosmik uçuş
Təfsilatlar: 8 yanvar 1994-cü il – 22 mart 1995-ci il, 437 gün, 17saat 58dəqiqə 17saniyə
Harada: Kainatdan kənar
Pilotun bacarığı: 6

Dözümlük yadınıza düşəndə 437 gündən artıq orbital kosmosu sınaqdan keçirin. Rusiyalı astronavt Valeri Polyakov insan tərəfindən həyata keçirilmiş ən uzun kosmos uçuşunu həyata keçirmişdir. O, yer kürəsini ətrafında 7,075 dəfə dövr edib və yerə enməzdən əvvəl 300,765,472km səyahətə edib. Bəhsə girək ki, uçuşun sonunda onun artıq dondurulmuş yeməkdən ürəyi bulanırdı.

3. Hang-gliding dünya rekordu

Qayalaırn üzərində © Thomas Weissenberger

Nə: Hang-gliding dünya rekordu
Təfsilatlar: 3 noyabr 2013-cü il, 353km
Harada: Çili
Pilotun bacarığı: 8

Səkkiz saatda 353 km qət etmiş Tom Vaysenberger hang-gliding üzrə dünya rekordunu qırdı. 2013-cü ilin noyabr ayında o, Çilinin Kordilyer sahilindəki gözə oxşayan dağ silsiləsinin üzərindən uçub qayıtmışdır. Missiyaya dörd il hazırlaşıblar və həddindən artıq riskli idi, çünki həmin vulkan qayası üzərindən əvvəllər heç kim uçuşu həyata keçirməmişdir.

4. Doqquz günə dünyanın ətrafında

 

Voyager dünyanı səyahətə edir © Apic/Getty Images

Nə: Təkrar yanacaq doldurmadan, insan tərəfindən həyata keçirilmiş təyyarədə dünya rekordu
Təfsilatlar: 14 – 23 dekabr 1986-cı il, 216saat 3m 44saniyə
Harada: ABŞ, Kaliforniyada başlamış dəvr-aləm səyahəti
Pilotun bacarığı: 7

Belə möhtəşəm adla Voyager dünyanı dayanmadan və yanacaq doldurmadan uçmaq məqsədinə çatmaya bilməzdi. Təyyarə Kaliforniyada yerləşən Edvards bazasından uçuşa başlamışdır və doqquz gün sonra təkrar yerə enmişdir. Təyyarə Dik Rutan və Jeana Yiger tərəfindən idarə edilirdi.

5. Kağız qanadlar yeni yüksəklikləri əldə edir

 

Nə: Kağız təyarədə məsafədə dünya rekordu
Təfsilatlar: 26 fevral 2012-ci il, 69.14m
Harada: Kaliforniya, ABŞ
Pilotun bacarığı: 9

Heç ağlınıza öz əlinizlə düzəldilmiş təyyarə ilə uçuş rekordunu qırmaq ağlınıza gəlmişdirmi? Co Ayoob kağız təyyarəsi ilə məsafə rekordunu qırmışdır. Keçmiş Kaliforniyalı bir rüb əvvəl Con Kollins tərəfindən hazırlanmış layihədən istifadə etmişdir.

8-9 may Avstriyada keçiriləcək Red Bull Paper Wings finalında Con hakim olacaq və Co qonaq olacaq.

6. Rekord qırmış gələcəyin təyyarəsi

Gələcəyin təyyarəsi Airbus Zephyr © Airbus Defence and Space

Nə: İnsan tərəfindən idarə edilməyən dünya dözümlülük rekordu
Təfsilatlar: 9 – 23 iyul 2010-cu il, 336saat 22dəqiqə 8saniyə
Harada: Arizona, ABŞ
Pilotun bacarığı: 0

Airbus Zephyr zərif və heç də kişçik komplektasiyalı olmayan bir təyyarədir və 14 ərzində yenidən yanacaq doldurmadan ən uzun uçuş rekordunu qırdı. Rekord 2010-cu ilin iyul ayında Arızona ştatında elan edildi. Bu təyyarə günəş enerjisi ilə işləyir. Bu güclü maşın həm də ən böyük yüksəkliyə - 21,561.5m -çatmağına görə də rekord qırmışdır.

7. Məsafəyə paraqlaydinq

 

Hulett paraqlaydinq üzrəə dünya rekordunu qırır © Bruce Goldsmith

Nə: Paraqlaydinq üzrə dünya məsafə rekordu
Təfsilatlar: 14 dekabr 2008-ci il, 507km
Harada: Cənubi Afrika
Pilotun bacarığı: 9

Cənubi Afrika Nevil Hulett-in, demək olar ki, inanılmaz 507 km uçuşuna ev sahibliyi etdi, hazırda bu dünyada paraqlaydinq üzrə ən uzun məsafə sayılır. Uçuşu başa çatdırmaq üçün ağılasığmaz dərəcədə bacarıq tələb edilmişdir və bu rekord bir çox pilotun arzusunda olandır!

read more about
Next Story