Təbiətin sehrbaz olduğunu təsdiqləyən 10 dağ

Dünyanın ən qəribə və ən qeyri-adi dağ zirvələrinin bəzilərini siz də kəşf edin.
By Josh Gale

Dağlara gəldikdə hündürlük hər şey demək deyil. Onlar bütün növ forma və ölçülərdə olur və əksər hallarda ən qəribəliləri daha çox cəlb edici və maraqlı olur. Pataqoniyada buzla örtülmüş zirvələrdən Filipinlərin şokoladlı günbəz şəkilli təpələrə qədər dünyanın ən qəribə şəkilli dağlarını nəzərinizə çatdırırıq.

Ətraflı: Sənət əsəri kimi görünən 10 aysberq

1. Zhangjiajie Pillars, Çin

Sirli Zhangjiajie sütunları, Çin © William Yu Photography/Getty Images

Çinin Zhangjiajie Milli Meşə Parkında bu əsrarəngiz kvars və qum daşından olan sütunların tanış gəlməsi əbəs yerə deyil. Belə ki, parkda olan 3000 sütundan ən hündürü əvvəllər Cənubi Səma Sütunu adlanırdı, lakin sonra bu sütuna rəsmi olaraq Avatar filminin şərəfinə “Avatar Aleluya Dağı” adı verilmişdir. Bu dağ Ceyms Kameronu üzən zirvələri filminə daxil etməyə ilhamlandırmışdır.

2. Mouaroa dağı, Moorea

Fransa Plineziyasında Mouaroa dağı © Richard Goerg/Getty Images

Fransa Polineziyasında Moorea Sakit Okeanında ən gözəl adalardan biri hesab edilir. 761 m hündürlükdə olan Mouatoa vulkan adasında ən hündür zirvə deyil, lakin ən çox təəsir bağışlayandır. Zirvəyə qalxmaq istəyənlərə uğurlar!

3. Rainbow Mountains (Göy Qurşağı Dağları), Çin

Çində dağ zolaqları © Melinda Chan/Getty Images

Çinin rəngarəng “Rainbow Mountains” dağları incəsənət əsərinə bənzəyir. Zhangye Danxia Landform Geoloji Parkında yerləşən zirvələrin bir neçə yüz metr hündürlüyü vr. Qeyri-adi rənglər 24 milyon il bundan əvvəl qum daşı və mineralların preslənməsi nəticəsidir.

4. Şeytan Qulləsi, Amerika Birləşmiş Ştatları

Heyranedici Şeytan Qulləsi, Vyominq © Kennan Harvey/Aurora Photos

Bear Lodge Dağları, Vyominq-də yerləşən Şeytan Qulləsi cəmi 386 metrdir və ilk Birləşmiş Ştatların Milli Monumenti elan edilmişdir. Stiven Spilberqin klassik “Üçüncü dərəcəli yaxın əlaqələri” (Close Encounters of the Third Kind) filmində hadisələrin baş verdiyi məkan kimi tanınır. Həmin vaxtdan bu qüllə turistlərin ziyarət etdiyi yerlərdəndir.

5. Fairy Chimneys, Türkiyə

Kappadokiyada unikal sütunlar, Türkiyə © Julien Garcia/Getty Images

Bunların zirvələrinə qeyri-adi dırmanma haqda nə düşünürsünüz? Bizim düşündüklərimizi düşünürsünüzsə, o zaman yəqin ki, bunu etməyə düşünmürsünüz. Türkiyənin Kappadokiya regionunda yerləşən bu borular vulkan püskürmələrindən lavanın axını nəticəsidir. Bir neçə əsr əvvəl rahiblər onların bəzilərini oyaraq onları evlərinə çevirmişdir. Hətta, bir rahib bu dağların birinin təpəsində yaşamışdır.

6. Kinabalu dağı, Malayziya

Kinabalu dağında müqəddəs Conun Zirvəsi, Borneo © Nora Carol Photography/Getty Images

Kinabalu dağın zirvəsi (4,092 m) ilə onu əhatə edən ən aşağı kontur arasında vertikal məsafə bu dağa dünyanın 20-ci ən görkəmli dağ adını qazandırmışdır. Malaziyanın Borneo adasının Kinabalu Milli Parkında yerləşən dağ və ətrafları oranqutanqların evidir və dünyada bioloji olaraq ən müxtəlif yerlərdən biridir.

7. Bungle Bungle silsilə dağları, Avstraliya

Bungle Bungle dağ silsiləsi, Avstraliya © Cultura RM/Art Wolfe Stock/Getty Images

İri bal pətəyi görünüşlü bu günbəz şəkilli qüllələri olan Avstraliyanın Bungle Bungle silsilə dağları zərifdir və onlara dırmanmaq qəti qadağandır! Onlar Purnululu Milli Parkında yerləşir və 20,000 ildən çoxdur ki, aborigenlərin evidir.

8. Cerro Torre, Pataqoniya

Cerro Torre-nin qərb qılıcı, Pataqoniya © Rolando Garibotti/Aurora Photos

3,128 m-lik Cerro Torre-nin sıldırımlığı və uzaq məsafədə yerləşməsi onu yalnız, misal üçün, David Lama kimi dünyanın ən aparıcı alpinistlər üçün əlçatan edir. Bu yüksək dağa və buza dırmaşma bacarığı tələb edir, lakin tortun üzərindəki şirə tam mənası ilə ən son məqama kimi qalır – zirvə Pataqoniyanın məşhur güclü küləkləri ilə yaradılan qırov ilə nəhəng göbələkdir və bu da Cerro Torr-ni daha da əlçatmaz edir.

9. Otemanu dağı, Bora Bora

Otemanu dağının qayalı zirvələri, Bora Bora © Garry Black/Getty Images

727 m-lik Otemanu dağının tam zirvəsi Bora Bora adasını əhatə edən laqun və mərcan kayalıklara möhtəşəm mənzərəni təklif edir. Lakin, pis xəbər ondan ibarətdir ki, zirvəyə dırmanma hazırda mümkün deyil, çünki dağın kövrək vulkanik qayası həddindən artıq zərif və təhlükəlidir. Lakin, dağın çıyinlərindən möhtəşəm mənzərə açılır. Otemanu və onun ətrafında yerləşən Pahia dağı bir vaxtlar adanın mərkəzində mövcud olan sönmüş vulkanın qalıqlarıdır.

10. Şokolad təpəcikləri, Filipin

Bohol adasının Şokolad Təpəcikləri, Filippin © Per-Andre Hoffmann/Aurora Photos

Filipinin Bohol əyalətində 50 kvadrat kilometr ərazisi boyunca 1260-dan artıq səpələnmiş şokolad təpəcikləri var. Onlar bu adı quru mövsümdə yaşıl otun şokolad qəhvəyi rənginə çevrilərək yüzlərlə şokolad kömbələrinə oxşadığına görə almışdır. Ən hündür təpəcik cəmi 120 metrdir.

read more about
Next Story