Dünyanın ikinci ən iri balina ilə üzməyə getmə

Nəhəng balinalar okeanlarda 2-ci ən iri balıqdır və onların sahib olduğu cəhəngləri bunun sübutudur.
By Will Gray

8 m uzunluğu olan, beş ton olan bir avtomobil boyda ağzını açmış balınadan bir neçə düymdə yerləşən kornuelli dalğıc Çarlz Hudu qorxuda bilməz. O, 100-dən artıq nəhəng balinalarla üzmüş və onun yenə də danışmaq üçün əhvalatı var…

Nəhəng balinalar nədir?
Kit balinasından sonra dünyada ikinci ən iri balinadır. Əksər balinalardan fərqli olaraq onların nəhəng dişləri yoxdur – onların çox iri ağızları var və ağzını açaraq planktonları filtrləryir və qəlsəmələri ilə saxlayaraq nəhayət onları udur.

Nəhəng balinaya salam deyin © Charles Hood

Ən yaxın nə qədər yaxınlaşmısınız?
Bu bir neçə düym idi. Quyruğu yan keçəndən sonra suyun təzyiqinin gücünü hiss edə bilərəm. Sirr tam olaraq hərəkətsiz qalmaqdan ibarətdir və onlar faktiki olaraq çox yaxın gəlirlər.

Nəhəng balinanın ağzına baxmaq nə deməkdir?
Bu möhtəşəmdir – lakin, bunu mükəmməl etmək üçün xüsusi texnika var. Üzdüyümüz sularda balinalar təxminən 15 m uzaqda görünürlər. Onu gördükdə onun düz qarşısında dururam və sonra bacardığım qədər sakit olmağa çalışıram. Mən sinirlərimi toplamalıyam, lakin onun mənə toqquşmayacağını bilirəm. Onlar mənim mövcudluğumu su təzyiqindən aşkar edə bilirlər.

Nəhəng balinanın ağzı nə qədər böyükdür? Bu qədər © Neue Geist

Və onlar nə dərəcədə iridir?
Suda görməyənə qədər onların nə dərəcədə iri olduğunu başa düşmək olmur. Yalnız 8 m uzunluğu və 1.5 enlikdə ağızı olan bir şeydən dörd metr uzaqlıqda olduqda onu obyektiv qiymətləndirmək olur.

Nəhəng balinanın 8 m-ə qədər uzunluğu var © Charles Hood

Heç birinə toqquşmusunuzmu?
Xeyr. Birdən qarşımdakı balina kor olar düşündüyüm an o, yanımdan keçir. Bunu əvvəl dəfələrlə etmişəm və hər şey düzgün getdikdə bu an mənim üçün hələ də heyrət doğurucu andır.

Ağızın yaxın çəkilmiş şəkili. Plankton üçün fəza! © Charles Hood

Bunların hansını sa udmuşdurmu?
Onların nəhəng ağızları var, lakin onlar iri obyektləri udmur və faktiki olaraq, onlar xarici obyektlərə qarşı çox həssasdır və onlardan yan keçir. Onlar adətən ləng hərəkətlidir, lakin lazım gəldikdə isə onlar çox da sürətli ola bilərlər və suyun arasından neçə çıxdığını görmək olur.

Onlarla üzdüyünüz zaman ən qorxulu məqam hansıdır?
Heç vaxt qorxu hiss etməmişəm – onlar mülayim nəhənglərdir, lakin ən həyəcanverici məqam 2008-ci ildə dənizdə 400 balinanın əhatə etdiyi an olmuşdur. Hər istiqamətdə qara üzgəcləri görmək olur.

Nəhəng balinalarla üzən Çarls Hudla tanış olun © Charles Hood

Onlarla hər hansı təbii əlaqə qurmusunuzmu?
Xeyr. Onlar balıqdır, məməlilər deyil, buna görə də onların çox az ağılı var. Bir neçə balinanı tanıyıram, lakin əminəm ki, onlar məni tanımır.

Necə oldu ki, bununla məşğul olmağa başladınız?
80-ci illərdə suya baş vuranda onları gəmidən gördüm. Birinin şəkilini çəkmək istədim və riski başa düşərək üzməyə başladım. Mən bilirdim ki, onlar plantkonla qidalanır, buna görə də düşündüm ki, hər şey normal olacaq.

Su qəlsəmələrdən keçir © Charles Hood

İndi isə sizin nə maraqınız var?
Bir çox fotoqraflar və TV proqramlar onların şəkilini çəkmək istəyir, buna görə də son 10 il ərzində onlar haqqında film və şəkil çəkirəm.

Nəhəng balinalar nə vaxtsa hücum etmişlərmi?
Bildiyim qədər yox. Lakin, bir neçə ölüm hadisəsi qeydə alınmışdır. Birində iri balina kiçik qayığın üzərinə çıxmışdır. Digəri 50-ci illərdə hərbi-dəniz qüvvələrinin birini partlatmağa çalışanda oldu. Həmin balinaya partlayıcı bərkitmişdir. Problem həmin balinanın geri üzüb onların gəmilərinin altına girdikdə həmin partlayıcının işə düşməsində yarandı.

Onları harada və nə zaman görmək olar?
Kornvol. Onlar adətən mayın ortalarından yavaş-yavaş gəlməyə başlayır və iyunun ortasında qrup şəkilində üzür. Sonra, onlara Man adasından, Şimali İrlandiyada və yayın sonunda Şotlandiyada rast gəlmək olar. Lakin, onları ən yaxşı nisbətən kiçik sahədə yığışdıqları Konrvolda görmək olar.

Nəhəng balinalarla üzmə haqqında daha ətraflı məlumatı internet səhifədə tanış ola bilərsiniz.
 

 

read more about
Next Story