Sakit okeanı keçəcək şəxslə sizdə tanış olun

Sakit okeanı yalnız öz gücü hesabına üzüb keçməklə Lekomte dünyanın dəyişməsinə öz töhfəsini verir.
By Romuald Clariond

1998-ci ildə Ben Lecomte Atlantik Okeanı nəzarətçi gəmi olmadan üzüb keçən ilk şəxs olmuşdur. 2015-ci ildə Fransada dünyaya gələn uzun məsafələrə üzgüçü növbəti səviyyəyə çatmaq istəyir. Ben iyul ayından dekabr ayına qədər gündə səkkiz saat olmaqla Tokiyodan San Fransisko arasındakı 8000 km - qət etmək niyyətindədir. Onun bu ağılsız planı ilə burada tanış ola bilərsiniz...

Ətraflı: Bu şəxs Amerikanı Forrest Gump kimi keçir

Onun möhtəşəm üzməyi haqqında reklamla tanış olun

© Ben Garrett

Belə ki, o, Tokiyodan San Francisko-ya qədər üzmək istəyir?
Bəli, bu onun planıdır! Bunu etmək üçün beş ay tələb olunacaq. Bütün üzmə boyunca onunla olacaq. Mən hər gün səkkiz saat üzəcəm və digər vaxtlarda gəmidə yeyib yatacam. Biz Tokiyodan San Fransiskoya məhz Kuroshio və sonra Şimali sakit okean axınlara görə üzəcəyik və bu axınlar ABŞ tərəfə istiqamətlənir. Həmçinin, kontinentdə marşrutu müəyyən edən komanda olacaq ki, peykdən axınları izləyərək bizə axının dəqiq yerini, havanı və s. haqqında məlumat verəcək. Belə görünür ki, burada təkcə üzən adam deyil, bütün komanda iştirak edəcək.

Həmçinin sizing gəminiz bir qədər xüsusi olacaq...
Bəli, bu 1940-cı ildə tikilmiş 24m-lik gəmidir. Bu gəmi tamamilə taxtadan hazırlanıb, və ilk öncə balıq tutmaq üçün nəzərdə tutulmuşdur, sonradan isə müxtəlif növ istifadə üçün içində dəyişikliklər edilmişdir. Onun tarixi məhz bizim məqsədimizlə üst-üstə düşür.

Nə üçün özünüzü bu cür çətinliyə qoyursunuz?
Gənc yaşlarımdan çay və göllərdə üzmüşəm. İlk dəfə xərçəngin tədqiqi üçün vəsaitləri toplamaq üçün üzmüşdüm, çünki atam da xərçəngdən dünyasını dəyişmişdir. Atam bu xəstəlikdən əziyyət çəkəndə başa düşdüm ki, arzularımı reallaşdırmasam daim peşman olacam. Necə oldu bilmirəm, amma atamın əziyyətlərini gördükdən sonra məhz çərçivələrdən çıxaraq arzularımı gerçəkləşdim.

Bəs saatlarla necə üzə bilirsiniz?
Mən həmişə üzmüşəm. Üzməyi də sevirəm. Daim formada olmaq üçün mən həm də çoxlu qaçıram və velosiped sürürəm ki, dözümlüyümü artırım. Lakin, hovuzda üzənlərdən fərqli olaraq mən sürətlə üzmürəm. Mənim kostümüm, üzgəclərim və tənəffüs borum var, buna görə də nəfəs almaq üçün başımı döndərməyə ehtiyac yoxdur. Gəmini görmək üçün başımı çıxarmağıma ehtiyac yoxdur, çünki o suyun altında xətt qoyur və suyun rəngini dəyişir, bu mənə gəmidən geri və ya qabaqda olmağıma kömək edir. Gördüyünüz ki, başımı çıxarmalı olmuram. Bu hərəkətin özü özlüyündə çoxlu enerji tələb edir. Üzgəclərlə üzmək insan ayaqlarında yerləşən ən güclü əzələsinin gücünü iki dəfə artırır. Lakin onlarsız üzdükdə bütün güc çiyin və əllərə düşür.

Həftəlik təlim nədən ibarətdir?
Mən gün ərzində üç –beş saat məşq edirəm. Adətən məşq edəcəyim saatlar mənim səyahətə hazırlaşıb-hazırlaşmadığımdan, cədvəlimdən asılıdır, lakin dediyim kimi, gündə bu üç-beş saatdır.

Lakin, bu kimi hallarda fiziki hazırlıqdan daha çox əqli hazırlıq önəmlidir. Üzdüyüm zaman sürətimə nəzərə alsaq məni qaçan ilə yox yeriyənlə müqayisə etmək olar. Lakin, çətinlik bunu saatlarla, günlərlə və aylarla etməkdən ibarətdir. Dünyada uzun məsafə ilə bağlı bir çox rekordları təxmini 40 və ya hətta 50 yaşlı insanlar edirlər. Çünki yaşlaşdıqca siz gücünüzü, sürətinizi itirirsiz, lakin dözümlüyünüz qalır. Və fiziki və əqli tərəfdən baxsaq siz daha da yaxşılaşırsız. Gəlin Pat Farmer-ə baxaq o, Şimali qütbdən cənubi qütbə qədər 11 aya qaçıb. Bu hər günü iki marafona bərabərdir və onun 49 yaşı var idi. Burada tamamilə əqli güc tələb edilir.

Elmin sərgüzəştlə toqquşduğu an

Bu çətinliyi qət etdikdə məqsədiniz nədir?
Hazırda mən atayam. İki uşağım var və onların gələcəyi mənim üçün önəmlidir. Buna görə də, ətraf mühiti və planetimizi qorumaq üçün gündəlik vərdişlərin dəyişməsinin nə qədər vacib olduğunu insanlara çatdırmağa çalışıram.

Deməli, siz yer kürəsini qorumaq üçün üzürsüz?
Üzmək özü-özlüyündə məqsəd deyil. Tokiyo-dan San Fransiskoya üzən şəxsin özü də məqsəd deyil. Mənim məqsədim insanların okeanlara göstərdiyi mənfi təsiri daha çox insanlar tərəfindən başa düşülməsidir.

 

Biz sizi necə izləyə bilərik?
Çəkilişlər canlı aparılacaq və biz gəmidə olanlarla müzakirələr aparıb onlarla danışacayıq. Söhbətlərə təkcə gəmidə olanlar deyil, həm də bir neçə kontinentdən eskpertlər də qoşulacaq.

Beni dəstəkləyin www.thelongestswim.com

read more about
Next Story