Bəli, bu 10 yer həqiqətən də mövcuddur

Təyyarə qəbirstanlığından qədim monastırlara qədər dünyanın möcüzələri üçün gözlərinizi geniş açın.
By Marc Schwarz

Nəzərə alsaq ki, onların hamısı elə də asanlıqla əlçatan deyhil, biz nəzərimizə çarpan bəzi yerərin şəkillərini sizə təqdim etməyə qərara gəldik. Bu yerləRdən bəziləri təbii, bəziləri insan tərəfindən yaradəlmışdır, lakin onlarım hamısı möhtəşəmdir.

Lakin ilk öncə bizim – səyahət kompasınızın oxunu müəyyən etməli olduğunuz 12 inanılmaz yer adlı ilk kolleksiyamızla tanış olun. Lakin bunu təyyarə qəbirstanlığı, dünyanın ən hündür arası kəsilməyən şəlalə və təxmini 40 ilə yaxın alovu sönməyə cəhənnəmə qapını əks etdirə şəkillərə baxdıqdan sonra edin.

Təyyarə qəbirstanlığı, Arizona, ABŞ

Təyyarə qəbirstanlığı, Arizona © Getty Images

Təyyarələrin öləcəyi yer haradır? Burada. İstismardan çıxarılmış Boeing B-52 bombardmançılar ABŞ-ın cənub-qərbində yerləşən Arizonada qanadlarını yanlara açmışlar. Qəbirstanlıqdan 5,000-dən artıq təyyarə var.

Nə üçün məhz Arizona? Quru səhra havası təyyarələrin dağılmasını ləngidir – amma nədənsə düşünürük ki, bu quşların heç biri havaya daha qalxmayacaq.

Şiprok, Yeni Mexiko

Şiproka gəmi ilə getmək, Yeni Mexiko © Getty Images/Universal Images Group

Yeni Mexiko səhrasından 500 m yuxarıda dayanan Şiprok “Navajo” yerli amerikan icmasının mədəni mərkəzi elementi idi (və hələ də Navajo milləti tərəfindən idarə edilir). Səhrada üzən gəmiyə bənzəsə də “Şiprok” həmçinin təxmini 17 km uzaqlıqda yerləşən ən yaxın şəhərin adıdır.

Bu dağ bir neçə filmdə və novellalarda yer almışdır və qayaya dırmaşanlar və təbii ki, fotoqraflar üçün maraq mövzusu olaraq qalır.

Pələngin “Yuva” məbədi, Butan

Pələn yuvasının Butan məbədi © Getty Images

Butada yerləşən 400 yaşı və 3,000m hündürlüyü olan Taktsang məbədi kompleksi Budizm dini üçün müqəddəs sayılan bir sıra təbii mağaralardan ibarətdir.

Əsl adı “Paro Taktsang” olan bu monastr səkkizinci əsrdə quru Padmasambhava-nın (Butan əhalisini buddizm dinini tanıdan) üç il, üç ay, üş həftə, üç gün və üç saat meditasiya etdi yerdə yerləşir.

Cəhənnəmə qapı, Türkmənistan

Cəhənnəmə qapı, Türkmənistan © Getty Images/Flickr RF

Cəhənnəmə qapı, belə demək olarsa, insan tərəfindən yaradılmış oddur. Türkmənistanda təbii qaz ehtiyatı yeri olan bu məkan 70-ci illərdə Rus mühəndisləri tərəfindən artqı qazın yandırılması üçün yandırılmışdır.

Ən çox bir neçə həftə yanması nəzərdə tutulan bu yer təxminən 40 il yanır. Dəliyin eni 70 m-dir və mərkəzdə qaynayan palçıq və odlar görmək mümkündür. Sizcə bu yol cəhənnəmə aparır? Biz əmin deyilik, lakin bu yerə çox yaxın dayansaz bu suala cavab tapma bilərsiniz.

Şampan Hovuzu, Vaiotapu, Yeni Zelandiya

Vaiotapunun qeotermal müqəddəs suları © Getty Images/Flickr RF

Bu yerə məhz Maori cəngavərləri öz əzələ və ruhlarında olan ağrılardan azad olmağa gəldiyi yerdir. Yeni Zdelandiyada yerləşən Vaiotapunun məşhur “Şampan Hovuzu” müqəddəs sayılan bir sıra bulağın bir hissəsidir. O, 900 il bundan əvvəl hidrotermal püskürmə zamanı formalaşdırılmışdır (geoloji terminlərlə desək bu sanki dünən idi).

Bu hovuza bu cür ünukal rəngi nə verir? Hovuzu əhatə edən qayada metal qırıntıları. Lakin, adı ona arası kəsilməyən karbon dioksid qazının (CO” – sanki bir şərab badəsində olduğu kimi) buraxılması sayəsində əmələ gələn köpüklərə görə verilib.

Böyük Mavi Dəlik, Belize

Böyük Mavi Dəlik, Belize © Getty Images

SCUBA dalğıclararı çoxlu “mavi dəlikləri” sadalaya bilsə də bu ən möhtəşəmlərdən biridir. “Böyük mavi dəliyin” dərinliyi 124 metrdir və o, məşhur “Lighthouse Reef” rifin bir hissəsini təşkil edir və Belize-nin əsas ərazisindən 70 km uzaqlıqda yerləşir.

O nə üçün məşhurdur? SCUBA-nın atası Jak Kosteau bu dəliyi “dünyada 10 ən dalmalı yerlərdən” biri adlandırır və hazrıda bu yer UNESKO-nin Dünya İrsi Siyahısına daxildir. Lakin, bu dəlik ən dərin dəlik deyil. Bunun üçün Bahamada Deanın mavi dəliyinə getməlisiniz. Lakin, bu dəliyin dərinliyini qiymətləndirə bilməyiniz şübhə altındadır, çünki burada ən ekstremal dalğıclardan başqa yalnız 200metrə qədər dala biləcəksiniz.

Yeddi nəhəng, Sibir, Rusiya

Stefan Glowacz Yeddi Nəhənglərdən birinin üzərində © Klaus Fengler/Red Bull Content Pool

“Yeddi nəhəng” Sibirin dərinliyində yerləşən Ural dağlarının şimal səhralardan birinə çıxır. Əfsanəyə görə onlar Mansi xalqını məhv etmək missiyasının həyata keçirən qiqantları təqdib edən əsgərlər idi.

Çox uzaq məsafədə yerləşdiyindən (adi insane ora getmək üçün motoxizək və ya vertolyot lazımdır) bu nəhənglər Ruslar arasında “Rusiyanın möcüzələri” kimi tanınır. 30-40 metrlik zirvələri əlçatan deyildilər. Bu fikrin yanlışlığını Stefan Glowacz  layihələrdən birində zirvəyə qalxmaqla sübut etdi.

Mələklərin şəlalələri (Angel Falls), Venesuela

Aşağıya gedən uzun yol © Airpano.com

Venesuelada yerləşən “Mələklərin şəlalələləri” dünyada arası kəsilməyən ən hündür şəlalədir və Kanaima Milli Parkında Auyantepui dağından təxminən 1,000 metr hündürlükdən kaskad şəklində düşür. Bu şəlaləni məhz Pixar kinokompaniyasının “UP” filmindən tanıya bilərsiniz, baxmayaraq ki, orada bu şəlalələr "Cənnət şəlalələri” adlandırılıb.

Bu şəlalələr nə üçün məhz “Mələklər şəlaləsi” adlandırılır? Bu yerin üzərində ilk uçan pilot Amerikalı təyyarəçisi Jimmi Angel olub. O, hətta öz təyyarəsini bu yerdə endirib. Bunun nəticəsində təyyarənin təkərləri bataqlıq torpaqda ilişərək burada 30 il qalmışdır.

Buzludzha abidəsi, Bolqariya

Bolqariyada tərk edilmiş sovet abidəsi © rebeccalitchfield.com

Xeyir, bu qiyamçıların hücumundan sonra Dart Vaderin kosmik gəmisinin qalıqları deyil. Bu Buzludzha-dır, 1981-ci ildə açılmış və Bolqariyada tərk edilmiş və dağılmış Sovet abidəsidir.

Sovet və Bolqariya tarixinin naxışları divarları bəzəyir, lakin qiymətli poladdan hazırlanmış damlar aradan götürülərək binanın daxilini soyuq qışlara məruz qoymuşdur. Yuxarıdakı şəkildə iri mərkəzi auditoriya göstərilib.

İkiyə bölünmüş almaya bənzər qaya, Yeni Zelandiya

Yeni Zelandiyada Split Apple Rock © Chris Gin

Yeni Zelandiyanın düz sahilində həddindən artıq maraq doğuran qeoloji cəfəngiyyat yerləşir - İkiyə bölünmüş almaya bənzər qaya. O, Tasman körfəzin dayaz hissəsində yerləşir və bu yeri popular turist məkana çevrilməsin

Bəlkə bu kosmosdan bir meteoritdir? Və ya allahların boulinq topu? Onunnə üçün bu formada olmasını heç kəs bilmir.

Məqaləni bəyəndiz? O zaman bizi Facebook.com/redbulladventure-də bəyənin.

Next Story