İnsanı heyrətə gətirən 6 yerə eniş anı

Bu çılğın kliplər həqiqətən də müəyyən tərz və incəliklə yerə enilə biləcəyini göstərir.
Miles tullanarkən A. Lewis BASE təchizatını dartır © Clark Fyans/Red Bull Content Pool
By Josh Sampiero

Ekstremal idman növlərində eniş bir həyat tərzidir. Bəzi idman növlərində eniş səhv nəticəsində baş verir və çətin bir fəndi alt-üst edir. Digər idmanlarda isə əsl həyəcan məhz enişlə başlayır. Əgər yerə enəcəksinizsə, bunu elə etməlisiniz ki, kənardan gözəl görünsün. Bu altı videoçarx indiyədək gördüyümüz ən uğurlu eniş anlarını nümayiş etdirir - onları izləyərkən ağzınız açıq qalacaq.

Kris Şarma nəhəng ağaca dırmaşır

Havalı tərəfi: Bütün hüdudları aşır.
Zədə alıbmı? Əlbəttə ki, yox.
Yıxılmaqdan ən çox peşəkar alpinistlər qorxur, çünki daim başlarına gəlir. Kris Şarma sonuncu mühafizə vasitəsindən bir metr yuxarıya hərəkət edərək növbəti tutacağa yaxınlaşır və bu zaman əli boşa çıxır. Xoşbəxtlikdən, onlarla metr aşağıda olan köməkçisi onu ehmalca tuta bilir.

Kris Şarmanın nəhəng ağaca sərbəst dırmaşma videosunu izləyin

Dünya rekordlarını qıran Flugtag uçuşu

Fərqli cəhəti: Flugtag üçün rekord məsafədir və toyuq kostyumu geyiniblər.
Bu rekord qırıla bilərmi: Flugtag Portland yarışlarında görəcəyik.
Red Bull Flugtaga hər kəs böyük maraq göstərir. Çılğın geyimlərdə absurd ixtiraları ilə suyun üzərinə atlayan insanlar - bu yarışların xoşlanılacaq çox tərəfi var. Adətən uçuşlar təmtərəqalı şəkildə suya atlamaqdan başqa bir şey olmasa da, Lonq Biçdə keçirilmiş Flugtag-da çıxış edən Chicken Whisperers komandasının uçuşu olduqca nadir hadisələrdən biridir. Onların qanadları 110000 nəfərlik izdihamın gözü önündə 76 metr məsafəni dəf etdikdən sonra suya düşüb.

Təkrarolunmaz arxaya BASE atlayışı

Maraqlı tərəfi: Qanad kostyumları, arxaya salto və fesunkar məkan.
Təhlükəli faktor: Olduqca böyük yüksəklik.
"BASE atlayışının heç bir asan tərəfi yoxdur," tullanma üzrə idmançı Miles Daisher bildirib. Hələ atlayışa alçaq yüksəklikdən arxaya salto da daxildirsə, bu fakt özünü daha da doğruldur. Xoşbəxtlikdən, Daisher-in çoxillik təcrübəsi tullanarkən ona cəsarət verir.

Onun nəfəskəsici tullanışlarını buradan görə bilərsiniz.

Rafa Ortizin Nəhəng Banan bombası

Nəhəng Banan şəlaləsinin hündürlüyü: 39 metr.
Ortizin cəsarətinin ölçüsü: hüdudsuz.
Dağ çaylarında kayak idmanı hər gün daha çılğın xarakter alır. Və daha böyük hündürlüklərdən atlayışları və təhlükələri bərabərində gətirir. Rafa Ortiz ilk dəfə 2013-cü ildə Nəhəng Banan Şəlaləsində yarışdığı zaman daha öncə bunu kimsə etməmişdi və həm özü, həm də dostları onun şəlalədən sağ çıxacağından əmin deyildilər. Gərgin anlara və bir qədər qanaxmaya baxmayaraq, Ortiz bu tapşırığın öhdəsindən gələ bildi.

Nəfəsləri kəsən hava rəqsi

Məşqə sərf olunan vaxt: Hesablana bilməyəcək qədər çox.
Əl sıxma: Bir dəfə
Jokke Sommer, Petter Jonsson və Alex Aimard ilə birlikdə bir gün İsveçrə səmalarında paraşutla tullanmaq qərarına gəliblər. Və bu zaman indiyədək görmüş olduğumuz ən maraqlı skaydayvinq videolarından birinə imza atıblar. Onların inanılmaz dərəcədə yüksək sürət və yüksəklikdə nümayiş etdirdikləri mükəmməl sinxron hərəkət bu sərbəst atlayışı həqiqətən yaddaşlara həkk edib.

Yüksək xallara layiq görülən Red Bull Cliff Dive tullanışı

Maksimal '10' xal: Beş hakimdən dördü.
Qazanma şansı: Sıfır.
Artyom Silçenkonun 2013-cü ildə Kopenhagendə keçirilmiş Red Bull Cliff Diving yarışlarındakı tullanışı bu silsilədən tarixdə ən yüksək xal verilmiş tullanışdır və tədbirin beş hakimindən dördü tərəfindən maksimal 10 xala layiq görülüb. Bütün zamanların ən gözəl atlayışıdır.

Daha çox sərbəst tullanış görmək istəyirsiniz? Bu çılğın kayak yarışına baxın.

Xəbər bülletenimizə abunə olun və ən maraqlı əhvalatlar birbaşa poçtunuza göndərilsin.

Next Story