Bu fotoşəkillərə baxanda bir də baxım deyəcəksiniz

Diqqəti cəlb edən detallarla doludur bu şəkillər.
Ayaq barmaqlarınızın islanmasını istəməzsiniz... © Darrell Staggs
By Josh Sampiero and Lukas Pilz

Görüntü aldadıcı ola bilər. Xüsusilə də düzgün parametr və anamız təbiətin cüzi yardımıyla gərçək sürreal təsvirin əldə edildiyi fotoqrafiyada. Bu fotolarda heç də hər şey göründüyü kimi deyil.

Qayaya diqqət yetirin

Yuta ştatının Povell gölü yaxınlığında çəkilmiş yuxarıdakı şəkli daha yaxından incələmək ehtiyacı hiss edə bilərsiniz.

"Bu kanyonda yerləşən və küləklərdən mühafizə olunan su hovuzu kanyon divarları üçün gündüz işığı ilə işıqlandırılan güzgü rolunu oynayır," fotoqraf Darrel Staggs izah edib. "Bu mənzərə kanyon qayalarının kənarında hərəkət edən insan təxəyyülü yaradır."

Göy üzündəki qəsrlər... © krewenka.com

Göy üzündəki qəsr

Festung Hohensalzburg və ya Hohensalzburg Qəsri Avstriyanın mənzərəli Zalsburq şəhərinin üstündə yerləşir. Lakin doğru günündə baxdıqda,14-cü əsrə aid qəsr dumana bürünmüş şəhərin üzərində buludların içindən çıxmış kimi bir görüntü verir. Avropanın orta əsrlərə aid ən böyük qəsrlərindən birini görmək və buludların üzərində gəzmək istəyirsinizsə, 90 metrədək uzanan pillələri çıxmağınız kifayətdir.

Velosipedçilərin kölgələri... © Sebastien Boue

Kölgəli velosipedçilər

Fransada keçirilmiş şosse velosiped yarışlarında yuxarıdan çəkilmiş bu Red Bull Illume Image Quest fotoşəklində velosipedçilərin kölgələri onların velosipedlərindən daha çox ön plana çıxır. Günəş batdıqca isə sanki kölgələr velosipedçilərdən daha sürətli hərəkət edir.

Yaxından baxın... sonra daha da yaxından baxın © Dan Vojtech

Kamera hardadır?

Kaska üzərinə GoPro kamerası yapışdırmaq əla variant olsa da,
bəzən yaradıcı olmaq lazımdır.

Fotoqraf Dan Vojtech izah edir: "Amerika səyahətimiz zamanı çəkilmiş bu şəkildəki motosikl idmançısı Libor Podmoldur. Mən Nikon D3 kameramı sıxac və skotçla Liborun sükanına yapışdırdım və distansion idarəetmə ilə işə saldım. Biz bir neçə şəkil çəkdik, lakin onları yoxlaya və ya kameranın parametrlərini dəyişə bilmədik, çünki kamera qalın skotç qatının altında qalmışdı. Növbəti gün fotoşəkli çap etdik, kameranı Liborun kaskasına yapışdırdıq və hər şeyi yenidən etməli olduq."

İçəridə suya dalma © Karl Johaentges / Getty Images

Şəhərdə üzmə

Berlinə səyahət etdikdə çox güman ki, fikrinizdəki ilk şey dəniz olmur. İşdir, üzəyinizdən dəniz keçərsə, Karl-Liebknecht-Strasse küçəsindəki məşhur Radisson Blu otelinə gedin. Oteldə 25 m hündürlüyündəki nəhəng akvarium qonaqları heyran edir. 1135 m3 su tutumlu akvariumda 110 müxtəlif dəniz canlısı - 1500-dən çox balıq və digər canlılar yaşayır. Bu kütləvi çənin günlük təmizliyi 900 m3/saat filtrasiya sistemi ilə tənzimlənir. Akvariuma yaxından baxdıqda orada akvalangistləri görə bilərsiniz.

Simon Strickerin səkillərdə skeyt macərası © Jaanus Ree/Red Bull Content Pool

Cazibə qüvvəsinin dəf edilməsi

Bu otaq 90 dərəcə döndərilib, yoxsa Simon Stricker özünün çılğın skeyt bacarıqlarını nümayiş etdirir? Şərhlərdə nə düşündüyünüzü bizimlə paylaşın.

Pavel Petkuns bütün limitləri aşır © Jaanus Ree/Red Bull Content Pool

Rahatlıq

Pavel "Paşa" Petkuns İstanbul küçələrinin üzərində gəzib tozur. Olduqca rahat göründüyü zamanlarda belə, əslində yüksək enerji tələb edən sərbəst qaçış və ya parkur idmanı ilə məşğul olur. Bu idman növündə idmançılar yaradıcı, qeyri-adi yollarla ətraf yerlərdə hərəkət edirlər. Petkunsun Volvo Ocean Race yarışlarının bir neçə qayığı üzərində qaçışını buradan izləyin.

Bu fotoşəkil tam internetlikdir. Səbəbi? Pişiklər © Jaanus Ree/Red Bull Content Pool

Bu şəkil tam internetlikdir

Sirr deyil ki, internetdə pişiklər çox rəğbət görür. Bu səbəbdən də pişiyin gözlərində Erik Orgonun BMX velosipedi ilə çəkilmiş bu fotoşəkli çox sevirik. Tək bir sual meydana çıxır: Pişiyin bu cür rahat poza verməsi üçün görəsən neçə kadr çəkib?

Suda gəzinti... © Predrag Vuckovic

Su üzərində gəzinti

Bu növbəti fotoşəkil mükəmməl zamanlama örnəyidir. Kaytbordçu Maciek Kozierski çarpələngi açdıqdan sonra Təbəriyyə gölü üzərində İsa Peyğəmbər bənzətməsi edir (bəli, bu şəkil Təbəriyyə gölündə çəkilib).

Baxın... sonra bir də baxın © Michael Friedel

Sualtı şəlalə

Doğru səmtdən Mavrikiy adalarına uçarsanız, okeanın dərinliklərinə tökülən sualtı şəlalə görəcəksiniz.

Bu təxəyyül laqunun daxilindəki qumun okeana doğru sovrulması nəticəsində yaranır. Böyük yüksəklikdən görünən bu mənzərəni anlaya bilmək üçün bir az vaxt lazım olur.

Bu nə əhvalatdır, necə gözəl səhərdir? © Mark Watson / Red Bull Content Pool

Səmada sörf

Doğru bir gündə gedərsəniz, Avstraliya sahillərində bu inanılmaz bulud yığımını görə bilərsiniz. 100 km uzunluğundakı bu boruşəkilli buludlar gözəl havada formalaşır. Və daha sonra saatda 60 km sürətlə Karpinteriya Körfəzinin üzərində hərəkət edir. Johnny Durantın bu videosunu izləyərək daha ətraflı məlumat əldə edin.

Bu fotoşəkillər qədər fantastik olan 10 yerə nəzər yetirin.

Daha ətraflı məlumat üçün Facebookdakı Red Bull Adventure səhifəsini bəyənin və ən maraqlı əhvalatları birbaşa poçtunuzda oxumaq üçün xəbər bülletenimizə abunə olun.

read more about
Next Story