Avstriyanın ən yüksək zirvəsində veykbordinq

Dominik Hernler veykbordu ilə çətin fəndlər icra etmək üçün Avstriyada bəzi unikal yerlər tapıb.
Grossglockner-də veykbordinq © Sam Strauss/Red Bull Content Pool
By Alison Mann

Dominik Hernler vinçlə Avstriyanı turlayarkən veykbourdinq üçün bəzi füsunkar və mənzərəli yerər tapıb.

O, Winchelroute marşrutunun bir hissəsi qismində bir həftə ərzində müxtəlif yerlərdə olub və səyahətini Avstriyanın ən hündür zirvəsi Grossglockner dağında yekunlaşdırıb.

Daha ətraflı: Video: Pataqoniyada veykbordinq

Bir həftə davam edən veykbordinq macərasının ən maraqlı məqamlarını buradan izləyin.

Grossglockner zirvəsinə səyahəti zamanı Hernler dəniz səviyyəsindən 2500 m hündürlükdə təkrarolunmaz veykbordinq təcrübəsi yaşayıb.

O, layihə haqqında bildirib: "Səyahətə Karintiyadan başladıq və hər gün müxtəlif yerlərə yollandıq, vinçin köməyi ilə veykbordinqi daha əvvəl kimsənin ağlına gəlməyən yerlərə apardıq.

“Winchelroute turunun son günlərində geniş təcrübə qazana və ölkəmi daha yaxından tanıya bildim - Grossglockner zirvəsindəki 6-cı dayanacağımız ən yüksək nöqtə oldu!”

Bu heyrətamiz fəndlərin fotoqalereyasına buradan baxın

Buz kimi soyuq suya məhəl qoymadan o, mükəmməl fəndlər icra edib. Həftə boyu taxta tramplindən istifadə edərək səyahəti tantrum to blind fəndi ilə başa vura bilib.

Bu səyahətin digər yaddaqalan məqamı Purgstall an der Erlauf qəsəbəsində bənd üzərində 6 m hündürlükdən veykbordinq olub. O, atlayış zamanı mükəmməl rotasiya etsə də, təsiri ilə üzləşməli olub.

Ümumilikdə isə Hernler layihədən çox məmnun qalıb və artıq səyahətinin ikinci mərhələsi üçün yerlər axtarmağa başlayıb: "Həftəni maksimal şəkildə istifadə etdikdən sonra özümü təkrar fiziki baxımdan ekstremal həddə çatdırdım və artıq çox xoşbəxtəm. Növbəti ilki ikinci mərhələ üçün hələ də kifayət qədər yer qalıb. Daha sonra isə daha bir neçə idmançı ilə bir araya gəlib hüdudları zorlamaq istəyirəm.”

read more about
Next Story