Bu dəli kayter yelkən gəmidən tullanaraq uçur

Nik kaytborderdır. O, da həmçinin ağılsız dəlidir. Səbəblərini bu möhtəşəm videoda görə bilərsiniz.
By Josh Sampiero

Volvo Ocean Race komandasının gəmisinin dirəyi suyun üzündən 33 metr yuxarıda yerləşir. Komandalar müntəzəm olaraq dirəyə oradan uçmaq üçün deyil onu tənzimləmək və ya irəlidə daha da yaxşı mənzərəni əldə etmək üçün qalxırlar. Onlardan fərqli olaraq, peşəkar kaytbordçu Nik Yakobsen bunu etmək üçün gəmiyə mindi. Demək olar ki, o, yeganə 21m-lik yelkən gəminin dirəyinin zirvəsindən tullanaraq uçan insandır.

Nikin aşağıdakı video-da dirəkdən ustalıqla aralanmasını izləyin.

Yakobsenın ən böyük narahatlığı nədi? "Dirəyin üzərində olduğum müddətdə onun nə qədər hərəkət edəcəyini bilmirdim," deyə o, söylədi. "Gəmidə olmaq gözəl və sabit oa bilər, 33 metr hündürlükdə olmaq isə tam başqa əhvalatdır."

Yakobsen təhlükəsizlik kəməri vasitəsilə çərpələngi havaya uçurtdu. Lövhəsini gətirmiş dostunun köməyi ilə o, lövhənin üzərinə çıxdı, çərpələngi yuxarı göyə uçurtdu və sonra o, hazrılandı, tullandı və uçdu.

Daha çox şəkillər üçün qalereyanın üzərinə basın.

Başının üstündə olan çərpələngini idarə etməklə Yakobsen bir qədər vaxt qazanaraq suyun üzərinə gəmidən cəmi bir neçə addım uzadqa endi.

Çərpələngin havada daha çox vaxt qalmasını izləyin

Video-ya görə Orillo Productions-a təşəkkürlər.

İndi isə sual – Nik indi nəyin üzərindən atlanacaq? Gəlin bunu Facebook şərhlərindən öyrənək!

read more about
Next Story