Öhdəsindən gələ biləcək 7 yüksək qaya parçaları

Bu alpinistlər çox hündür qaya parçalarına dırmanmalıdır.
By Thomas Wernhart

Yer səthindən hündürlüyə dırmanmak böyük cəsarət və dəqiqlik tələb edir.

Lakin, bu alpinistlərdə bu keyfiyyətlər kifayət dərəcədədir. Onları gözləyən növbəti yarış Avstriyada Silvapark, Qaltürdə keçiriləcək “Red Bull 5 Blocks”dur. Bu yarış çərçivəsində onlar beş bu cür hədəfi dəf etməli olacaqlar.

Onların ən möhtəşəm qaya parçalarına necə dırmandıqlarını aşağıda izləyin.

Rustam Gelmanov Krasnoyarskda dırmanır

Rusiya, Stolby, Krasnoyarsk-da dırmanma © Denis Klero/Red Bull Content Pool

Kim: Rustam Gelmanov
Harada: Krasnoyarsk, Sibir
Bu nə üçün əladır: Rustam deyir: “Mənim üçün Krasnoyarsk, Sibirdə qayalar incəsənət əsəri kimi gözəl və unikaldır.”

Aleks Megos “Lucid Dreaming” üzərində çox çalışır

Aleks Megos “Lucid Dreaming”də © Ken Etzel/Red Bull Content Pool

Kim: Aleks Megos
Harada: Lucid Dreaming, Buttermilks, Kaliforniya
Bu nə üçün əladır: Aleks deyir: "Lucid Dreaming" mənim üçün xüsusi yer tutur, qayaların hündür olmasına görə deyil, məhz 11 gün vaxtımı alan üç hərəkətə görə - bu şəxsi bir şey idi!”

Ned Feehally “Careless Torque” üzərinə dırmanır

Ned Feehally “Careless Torque”da © Nick Brown

Kim: Ned Feehally
Harada: Careless Torque, Peak District, Böyük Britaniya
Bu nə üçün əladır: “Careless Torque İngiltərədə ən sevdiyim yerlərdəndir – xətt, hərəkətlər, hündürlük, yerləşdiyi yer və tarix həll etdiyim ən yaxşı problemdir,” deyə Ned söylədi.

Niccolò Ceria “Rocklands”da

Niccolo Ceria “Rocklands”a dırmanır © Nils Favre

Kim: Niccolò "Niky" Ceria
Harada: Shosholoza, Rocklands, Cənubi Afrika
Bu nə üçün əladır: “Düşünürəm, qaya ilə bağlı problemləri sadəcə həll etmək lazımdır. Gözəllik, tarix və əlbəttə ki, çətinlik. Mənim üçün, Afrikada, Roklands-da yerləşəm Şoşoloza bunun hamısına sahibdir.

Sachi Amma “Center Direct”in üzərində

Sachi Amma “Center Direct”in üstündə © Sachi Amma

Kim: Sachi Amma
Harada: Center Direct, Buttermilks, Kaliforniya
Bu nə üçün əladır: "Center Direct V14 hündürlüyə görə kifayət qədər qorxuludur və bu cür güclü qaya parçasına heç vaxt dırmanmamışam. Adi halda özümü rahat hiss etməyimdən fərqli olaraq gərginlik böyük idi,” deyir Sachi.

Bernd Zangerl “29 Dots”da

“29 Dots” ilk dırmanma © Bernd Zangerl

Kim: Bernd Zangerl
Harada: 29 Dots, Val Noasca, İtaliya
Bu nə üçün əladır: Bernd deyir: “Çox fikirləşdikdən sonra, bu qaya parçasına dırmanmaq qərarını aldım – İki alət götürdüm, dərindən nəfəs aldım və qısa zamanda artıq “29 Dots”un ilk hissəsini qalxdım. Bu qürur duyduğum karyeramın ən çətin dövrüdür.

“Kingda Ka”nın ilk hissəsinin dəf edilməsi

Guiliano Cameroni “Kingda Ka”da © Giuliano Cameroni

Kim: Giuliano Cameroni
Harada: Kingda Ka, Gotthardpass, İsveçrə
Bu nə üçün əladır: Giuliano deyir: “Gotthard Pass-da mənim üçün əhəmiyyətli olan 'Kingda Ka' 8A+ – hətta ən kiçik hissələrin də özünə görə qəribəlikləri var."

read more about
Next Story