Bu şəxs Kilimancaroya vanna ilə dırmandı

Robbie Doulinq Amazon uşaqları üçün vəsait toplamaq üçün hər şeyini satıb.
By Phillippa Stewart

İrlandiyalı Robbi Doulinq 5,685 metrlik Kilimanjaronun 48 kilometrini piyada qalxdı. Bunlardan 40 kilometri o, belində vanna ilə qalxdı. 

Kilimanjaro dağının zirvəsində © Robbie Dowling

Lakin, bu mehribancasına “Sheila” çağrılan 57 yaşlı Robbi-nin belində vanna ilə ilk səyahəti deyil. Heç sonuncu da deyil. 2007-ci ildə o, vannası ilə Amazon çayının üzərində üzüb, oktyabr ayında isə Boliviyanın duzları ilə getdməyi planlaşdırır. Nəhayət, Robbi vannanı uçan maşına çevirmək istəyir və Amazon çayından Braziliyaya qədər olan dörd min mili uçaraq keçməyi planlaşdırır. Sizin etdiyiniz kimi. Lakin, bunun arxasında xoş niyyətli səbəb durur – o, Amazon uşaqları üçün vəsait toplayır. Xeyriyyəçi Robbi bölgədə uşaqlar üçün səhiyyə obyektlərini yaxşılaşdırmaq fikrindədir.

Biz Robbi ilə görüşdük və onun bu qeyri-adi çətinlikləri keçməyə nə həvəsləndirdiyini öyrəndik…

Kilimanjaroda yüksəklikdə və soyuq temperaturda © Robbie Dowling

İlk öncə, siz nə üçün getdiyiniz hər yerə vannanı daşıyırsınız? Nə üçün, soyuducu, əl üz yuyan və ya digər məişət əşyası yox?
Bir neçə il bundan əvvəl dostlarım məndən soruşdu: “ Ölməzdən əvvəl nə etmək istəyərdiniz? Mən gözlərimi yumdum və özümü Amazon çayında vannada gördüm.

Həmçinin, həyatımda bir dövr var idi ki, mən ən yaxın insanlarımı itirdim, o cümlədən sevimli oğlum Markı da. Məni bu vanna və Amazonun cəngavərlərinin dərinliyində rastlaşdığım gənc qız Jamsinə verdiyim söz yaşadır. O, 12 yaşında idi və xəstə idi. Məhz belə də bu “Amazon uşaqları” layihəsi ərsəyə gəldi və buna görə də çayın qırağında tibb mərkəzi tiktirmək istəyirəm. Vanna isə mənim üçün bir ikonadır, insanların fikirlərinə baxmadan ürəyinin səsinin dinləməsi simvoludur.

Xeyriyyə işinə ilhamlandıram Jazmin ilə © Robbie Dowling

Vannanı nə üçün “Şeila” adlandırırlar?
Mən beş il təkiydim və məni prinsiplərimə qovuşduracaq, həddindən artıq gözəl, mən yaşımda və cəngavər həyatını sevən bir qadını gözləyirdim (çətin bir məsələ). Mən ona vannamı tapdıqdan bir ay sonra rastladım. Vannamın içində onun şəklini çəkdirmişəm ki, məni daim ilhamlandırsın.

Kommunal vanna © Robbie Dowling

Faktiki olaraq, bu qədər yolu vannanı necə özünüzlə daşıyırsınız? Vanna necə sə dəyişidrilöə bilirmi?
Mən onu necə daşıyıram? Allahım, mən bunu özüm istəyirəm! Yol boyu vannanı kürəyimdə daşıyıram. Vannanın kənar qırağında hörmə və kürək üçün xüsusi qurğu var. Bu sadə texnika çəkinin çiyinlərimiz üzərinə düşməsinə və məni geri dartmamasına (bəzən belə də olmasına baxmayaraq) yol verir. Dostum mühəndiszidr və bu onun dizaynıdır.

Vannanın çəkisi nə qədərdir?
Şeilanın çəkisi 40 kiloqramdan azdır. Bu çəki hamballara icazə verilən çəkidən iki qat artıqdır. Mrnə deyiblər ki, gədim zamanlarda hamballar hətta daha az çəki ilə dünyasını dəyişirdilər.

Vanna ilə “selfie” © Robbie Dowling

Sizin ən çətin məqamlarınız hansılar idi?
İlk gün günəş çox güclü idi və buludlar yox idi. Şeilanın daxilində istilik daha da yüksək idi. Vanna qara rəngdə idi və daxilində havalanma yox idi. Həmçinin, 45 dərəcəli və düz cığırları olmamayan yoxuşa dırmanmadan fiziki şok yaşadım. Bir mildən sonra bədənimdə olan çəki mənə soyuq gəldi. Layihənin davam etməsi üçün mən cəsarətli üz ifadəsi ilə davam edib bu çətinlik üzərində güıməli idim, baxmayaraq ki, içimdə hiss etdiklərim məni öldürürdü.

Son hissə 90 dərəcəli bərk olmayan torpaq idi. Mən yatmadan gecə saat 3-də başladım və bütün günü dözdükdən sonra bu yüksəklikdə boğazımdan bir tikə də belə getmədi. Mən bu yamacda beş saat idim və hər bir addım möcüzə kimi gəlirdi. Sol gözüm artıq görmürdü və ciyərlərimə oksigen çatmırdı. Su içmək üçün hər 5 dəqiqədən bir dayanırdım.

Barmaq yuxarı © Robbie Dowling

İnsanlar size vanna ilə görəndə necə reaksiya verirdilər?
Reaksiya həddindən artıq böyük idi! Hamballar mənə ağızları açıq baxardırlar. Onlar Şeilanın ətrafına toplaşıb bütün diqqəti ona yönəldərdilər, onun çəkisini hiss etmək üçün onu qaldırardı və sonra mənə sanki iblisəm kimi baxardılar. “Ağ dərili oğlan bu çəkini nə üçün daşıyır?” Dağlarda mənə “Şir” adı verdilər və bu adla da qürur duyuram. Mənim yaşımda gənc kişilər isə məndən yan keçərdilər, çünki mən onların ildırımını oğurlamışam.

Qara vannada istilik dözülməz idi © Robbie Dowling

Nə vaxtsa utanmısınızmı?
Mən və utanmaq? Xeyr! Düşünürəm ki, daxilimdə şoumenəm və auditoriyanı sevirəm.

Vannanı daşımaqdan nələr öyrənmisiniz?
Hər hansı vəziyyətdən çıxmaq bacarığı ağıl, bədən və ruhun kombinasiyasından asılıdır. Bircə element yoxdur və siz iflasa uğradınız. Ehtiras və sevgi məni irəliyə aparır və bu iki hiss məndə kifayət qədərdir. Və ola bilsin ki, bir qədər “dəli irlandiyalı” kömək edir!

Siz vannada çimə bilirsiz?
Çimmək? Bu Şeylaya qarşı hörmətsizlik olardı!

Onu daşıyın, lakin onda çimməyin © Robbie Dowling

Sərgüzəştlərin sonunda Şeylaya nə olacaq – onun istefaya çıxma planı nədir? Bəlkə “Red Bull Soapbox Race” yarışı?
Şeyla və mən dünyada səyahət etməklə söhbətlər və seminarlar apara bilərik. Bu mənim tibb mərkəzim üçün pul axını olardı. Bu mərkəzi tikmək üçün hər şeyimi satdım. Burda gördüyünüz hər bir şeyi öz vəsaitim hesabına etmişəm və nəhayət ümid edirəm ki, kitab və sənədli filmi satmaq üçün üçün nəşriyyat tapacam.

Dünyada vanna/əl-üz yuyan və ya digər məişət əşyasını daşımaq istəyən şəxslərə hansı tövsiyələriniz olardı?
Bütün səviyyələr üçün hazırlaşın: Ağıl, bədən və ruh. Avadanlığı yoxlayın və ehtiyat planını hazırlayın. Məşq edin və limitləri bilin. Sonra isə deyin “hər şey cəhənnəm olsun” və başlayın! Özünə inam çox önəmlidir. Məqsədin tamamlanmasını başlamazadan əvvəl görün!

Ağlınızda sərgüzəşt ilə bağlı ideyanız var? O zaman başlamazdan əvvəl əsl sərgüzəştçiyə çevrilməyin 8 tövsiyəsi ilə tanış olun!

Fillip Stuart bizim Sərgüzəşt məqalələri üzrə redaktorumuzdur. Onu Twitter @PStewart_ -də izləyin.

 

Next Story