Vəhşi təbiətdə 8 möhtəşəm üzmə məkanı

Çökmüş mağaralardan buzlu hövzələrə qədər vəhşi təbiətdə ən yaxşı üzmə məkanları bunlardır.
By Alison Mann

İsti gündə soyuq gölə tullanmaqdan başqa daha yaxşı nə ola bilər. Bu göl cəngəllikdə, mağarada və ya hətta gəmiçilik kanalında yerləşərsə o zaman bu daha da maraqlı olar! İnsanların vəhşi təbiətdə üzməyin saysız-hesabsız səbəbi var. Bizim həm növbəti tullanma üçün məkan axtaran peşəkar üzgüçü, həm də yeni həvəsinə başlamaq üçün ilk gölünüzü axtaran naşı üzgüçüyhə cavabımız var. “Outdoor Swimming Society”nin direktoru Keyt Ryu üzmək üçün inanılmaz məkanların reytinqini hazırlayıb. Üzmə kostümunu götürün …

Daha ətraflı: Kaşalotlarla freedrivingin inanılmaz şəkilləri

Gəmiçilik kanalı

Üzənlər Bosfor yarışı zamanı © Anadolu Agency/Getty Images

Məkan: Bosfor, Türkiyə
Önəmli amil: 8

İldə bir dəfə bu gəmiçilik kanalı bağlanır ki, təxminən 1000 üzgüçü “Bosphorus Cross Continental Swim” yarışının bir hissəsi kimi Asiyadan Avropaya qədər üzməkdən zövq ala bilsinlər, lakin bu yarış çox sürətli və qızğın ola bilər. Keyt məsləhət verir: “Əsas axın olur – digər üzgüçülərdən adanın ətrafında qıraqlardan yan keçmək haqqında və finiş xəttinə çata-çatda axının sizi kənarlaşdırmaması üçün tövsiyələri qəbul edin!

Vəhşi təbiətdə burulğan

Üzənlər burulğan başlamayana qədər keçməlidir © Victoria Hillman

Məkan: Korrivrekan, Şotlandiya
Önəmli amil: 10

Bu dünyanın ən iri burulğanlardan biridir və vəhşi təbiədə üzməyi sevənlərin siyahısında yüksək yerlərdədir. Burulğan fəal olanda ətrafdakı hərəkət sürətli olmalıdır, çünki burada həddindən artıq təhlükəlidir. Burada 1 km-dən artıq üzmək olmaz.

Geometrik sevinc

İslandiyada “Seljavallalaug” hovuzu © Garðar Ólafs Photography

Məkan: Selcavallalauq, İslandiya
Önəmli amil: 6

“Seljavallalaug hovuzu” gizli bir incidir və İslandiyanın dağları arasında yerləşir. Bu hovuz ölkədə insan əli toxunmamış ən qədim göllərdən biridir. Ora gedib çıxmaq üçün İslandiyanın əzəmətli dağlarının arası ilə getmək lazımdır və bu da şübhəsiz ki, mükafatlandırıcıdır. Keyt deyir: “Su ilıqdır və sizdə dəriniz qırışmayana qədər orada qalmaq niyyəti yarana bilər.

Yeni İlin gəlməsi

Buzlu başvurma © Vincent Jannink/Getty Images

Məkan: Şeveninqen, Niderland
Önəmli amil: 8

Keytın sözlərinə görə və onun tamamlamaq istədiyi siyahıda növbəti bir dünyanın ən soyuq festivallarından biridir. Tədbirdə iştirakçılar çimərlik geyimində Şeveningendə yerləşən sərin Şimal Dənizə qaçırlar. Təxmini 10,000-dən artıq insan öz yeni ilini bu cür başlayır!

Nəfəs kəsən Senotlar

İnanılmaz Meksikan senotlar © LRCImagery/Getty Images

Məkan: Senotlar, Mexiko
Önəmli amil: 7

Üzənlər bu gizli sualtı dünyaya baş vura bilər. Burada sanki insan özünü zamanda itirib, çünki cəngəllik ağacının budaqları və tənəklər yerlə sürünür. Hovuzlar məsaməli əhəngdaşı düşdüyü zaman yarandı və mağara senotlarına giriş yaratdı. Bu yer 2014 “Red Bull Cliff Diving “ Dünya Seriyalarına ev sahibliyi etdi.

Sürətli üzmə

“Bantham Swoosh” sahəsi © Charles Bowman/Getty Images

Məkan: Devon, Böyük Britaniya
Önəmli amil: 6

Keytın fikrincə 6 km üzmə sahəsi olan Devonun kristal kimi şəffaf estuari boyunca uzun məsafələrə üzmək istəyi olmayanlar üçündür. Həmçinin, suyun axını üzgüçüləri bir qədər kənara aparan. Hər il OSS “The Bantham Swoosh” təşkil edir. “Siz bunu ilin yaz ayında özünüz də edə bilərsiniz və adi sürətinizi dörd dəfə aşa bilərsiniz.

Avstraliya gölləri

Bu göl üzənləri fanata çevirir © Philip Hart/Stocktrek Images/Getty Images

Məkan: Qippsland Gölləri, Avstraliya
Önəmli amil: 7

Bu göllərin məhz mütləq ziyarət edilməli yerlərin siyahısına daxil edilir. Meşə yanğınları və daşqınla əlaqədar burada bioluminescent dinoflagellatlar (plankton) mövcuddur və üzənlərə sanki sayrışan işıqlar arasında üzmək hissi verir.

Yaşıl göl

Samoa-da vəhşi təbiətdə üzmə © Michael Runkel/Getty Images

Məkan: Samoa, Cənubi Sakit Okean
Önəmli amil: 8

“Tosua Ocean Trench” yam-yaşıl ağaclarla əhatə edilir və üzənlərə gözəl təmiz sudan zövq almağa imkan verir. Hovuzun dərinliyi 30 metridr və kiçik Upolo adasında dənizə yaxın yerləşir.

read more about
Next Story