“Vulkan adam”ın super qaynar şəkilləri

Bred Lyuis isə əksinə ən yaxşı şəkilləri çəkmək üçün vulkana yaxınlaşır.
By Will Gray

Bred Lyuis “Vulkan adam” kimi tanınır. Onun şəkilləri inanılmazdır, lakin onun bu şəkilləri necə çəkməsi şəkillərin özündən də təsirlidir.

Aşağıda, o, bizimlə çox yüksək “Kilauea” vulkanı olan Havainin böyük adasında çəkilmiş ən möhtəşəm şəkillərin bəzilərinin arxasında duran əhvalatları danışır. Bu vulkan haqqında şəkillərə baxın və Bredin onları necə çəkdiyini öyrənin.

Ətraflı: Böyük, qorxulu heyvanlarla necə şəkil çəkdirdiyini öyrənin

Bu şəkili çəkmək üçün lavadan necə canını qurtardı

Pu'u O'o vent-də sonuncu şəkil © G. Brad Lewis

Biz helikopterlə keçdiyimiz zaman lava gölü püskürmək həddində idi. Ən böyük çətinlik tüstünü yan keçmək və artıq püskürdükdən sonra sürətlə hərəkət edən lavadan qaçamaq idi.

Pu'u O'o vent-də sonuncu şəkil © G. Brad Lewis

Həmçinin, o, zəhərli tüstüdən canını qutarmalı idi

Kosmik eraya aid yekun şəkil © G. Brad Lewis

Biz vulkanın aktiv hissəsindən xeyli uzaqda idik, lakin bəzən vulkanlara gəldikdə bəzən görmədiyiniz şeylər gördüyünüz şeylər kimi təhlükəli ola bilər və belə də oldu, zəhərli vulkan tüstüsü burada həddindən artıq çox idi.

Vulkanın fəaliyyətinin uzaqdan müşahidəsi © G. Brad Lewis

Bu şəkilin çəkilməsi lavanın üstünə çıxmağı tələb etdi

Bu şəkili çəkmək üçün yaxınlaşmanı tələb edir © G. Brad Lewis

Bizə lazım olan yerə qalxmaq üçün biz lavanın üstündən getməli olduq və bu hədiddindən artıq çox təhlükəli idi. Okean suyunun lavanın boru sisteminə girməsi nəticəsində partlayışlar indiyə kimi təcrübəmdə olan ən böyük partlayış idi.

Kalapana çatmaq üçün təhlükəli yürüş © G. Brad Lewis

Uçan lava bu şəkili korlaya bilərdi

Lavanın çəkilməsi © G. Brad Lewis

Biz bir saat bundan əvvəl sıçrayan lavanın üzərindən keçirdik ki, gözlənilmədən partlayış oldu və qaynar lava yenidən havaya sıçradı.

Partlayışlar vulkanın çəkilişini təhlükəli etdi © G. Brad Lewis

Bu şəkil qayanın kənarında dayanmağı tələb etdi

Qayanın kənarından çəkilmiş şəkil © G. Brad Lewis

Bu inanılmaz yerdən ərimiş lavanın qayanın kənarı ilə axıb dənizə düşməsini görmək olar. Bu elə də təhlükəli deyildi, lakin ayaq altı çox isti idi və ona görə də diqqətli olmaq lazımdır.

Qayanın kənarından şəkil çəkmə © G. Brad Lewis

Bu şəkilin çəkilməsi yaradıcı olmağı tələb edir

Sualtı vulkan © G. Brad Lewis

Biz uzaqda yerləşən qayadan kayak ilə yaxınlaşdıq və bu həqiqətən çox təhlükəli idi. Böyük dalğalar bizi qaynar lavaya doğru atmaq istəyirdi və biz dənizin qaynar isti olduğunu nəzərə alaraq lavaya düşməməyə çalışdıq.

Kayakla aktiv vulkana doğru yaxınlaşma © G. Brad Lewis
read more about
Next Story