Bu şəxs yeni qayadan tullanma rekordunu qırdı

Kanyon mütəxəssisi və yüksəklikdən dalğıc Laso İsveçrə Maggiada 58.8 metrlik dünya rekordunu qırır.
By Josh Sampiero

Aşağıdan 58.8 metrlik yüksəklikdən dalma üçün platforma çox asan görünür. Bəs yuxarıdan? Yuxarıdan baxdıqda nəbziniz daha sürətlə döyünür və nəfəsinizi həyəcandan tutub saxlayıb buradan ümumiyyətlə necə tullanmaq olar fikiri keçir – hətta bu havalandırılan 8 metr dərinliyi olan hovuz olsa da belə. Bunlar Laso Şallerin bu tullanmanı başa çatdırdıqda beynindən keçən fikirlər idi. Və o, bunu etdi və yeni dünya rekordunu qırdı. Aşağıda izləyin.

Şəlalələrdən dünya rekordu tullanmanı izləyin

SRF Swiss Televison ilə partnyorluqda çəkilmiş Laso-nun dünya rekordu tullanması avqust ayının ən geniş yarılmış yeni əhvalatlarından birinə çevrildi.

Brazliyada anadan olmuş, İsveçrədə böyüyüb başa çatmış 27 yaşlı Laso kanyon üzrə ekspertdir və çox az nəfərin keçə bildiyi tərzdə çayları kəndir və digər avadanlıq vasitəsilə istifadə edir. Onun adına bir neçə enmələr var. Əlbəttə ki, “canyoning”də çoxlu sayda kəndir, lövbərlər və ya sığorta cihazlarını daxil etməyən başqa bir yol var: siz sadəcə tullanırsız. Şaller qorxusu olmayan birisi kimi nefuz qazanmışdır. O, adətən 25 m, 30 m və ya hətta 35 metrlik qayalardan müntəzəm olaraq tullanır.

Bəs indiyə qədər ondan başqa 60 metr hündürlükdən kim tullanıb? Bunun etmək üçün bir qədər düşünmək lazımdır.

Hündür və (hədindən artıq təsirli) Kaskata del Salto

Kascada del Salto, Maggia, İsveçrə © Lukas Pilz

İsveçrənin İtalyan dilli Ticino ərazisində 150-dən artıq eniş üçün yararlı olan kanyonlar və saysız-hesabsız şəlalələr var. Lakin, Cascata del Salto hamısından üstündür. Maggia şəhərindən yuxarısında, Luganodan şimala doğru 1,5 saatlıq məsafədə yerləşən şəlalələr yay yağışları ilə həyat açır. Su isə kaskad şəklində dərin hovuza tökülür və möhtəşəm təbii amfiteatr yaradır.

Sonsuz təkrar atlama ...

Laso 24 kadrda yüksəklikdən aşağıya düşür © Lukas Pilz

Bu tullanmanın hündürlüyünü nəzərə alsaq sizin adi şəlalədən tullanmadan fərqli olaraq daha çox hazırlıq tələb etmişdir. Günəşli göy altında Şaller komandası ilə birgə ilk öncə tullanma platform tikti, sonra qayanın divarını təmizlədi. İkincisi, onlar ərazini akvalanq aparatı ilə araşdırdılar. Sonda, onlar qayadan bir neçə dəfə qaya parçaları atıblar və enmə vaxtını ölçməklə yekun xətti müəyyən etdilər. Lakin, Laso üçün bu tullanma digər tullanmalar kimidir. “25 metrdən yuxarı qalxdıqda hər bir şey eyni görünür və hisslər də eynidir”, deyə o, söyləyir. “Yeganə fərq vaxtdır”.

Əlavə şəkillər üçün qalereyaya daxil olun

Braziliyadan olduğu üçün isveçrəlidən daha sürfer görünən Şaller çox rahatdır. Onu əsasən hazırlıq maraqlıdır. O, necə enəcəyini bilir - birinci ayaqla platformanı hiss etmək, yavaş-yavaş irəliyə əyilmək, bədəni gərgin saxlamaq, əllər isə üzünü hava və sürətin təsirindən qorunmaq üçün omba səviyyəsində bükülü vəziyyətdədir. O, suya bir neçə metr qaldıqda 120 k/s sürəti sıfıra endirməli olduğunu bilir.

Cəmi 8 metr dərinliyi? Təəccüblüdür ki, daha yüksəklikdən tullananda böyük sürət daha tez zəifləyir. 10 metr hündürlükdən tullananda təhlükəsiz enmə üçün 3m dərinliyində su tələb edilir. 50 metr hündürlükdən tullandıqda isə came 4 metr lazımdır. O, hər şeyi elmə buraxdı. “Qızışma hərəkətlərini etmək mənim üçün daha yaxşıdır,” deyə Laso söyləyir. “Bədənim həddindən artıq boşalanda enəndə bədənimi yaxşı toplaya bilmirəm.”

Əllər nəzarətsizdir

Tullantıdan sonra milli saniyələr © Josh Sampiero

Təcrübəyə gəldikdə isə Şallerin çox təcrübəsi var. Onun anası qimnast idi və o, idman zalında və hovuzda böyüyüb. Məhz bu iki amil onun kanyon bələdçisi və atlet kimi hazırkı karyerası üçün əla inqredientdir. O, müntəzəm olaraq yüksəklikdən dalma şoularında iştirak edir. Və hər gün 20-25 metr hündürlükdən tullanır.

Təxmini onlarla kameranın müşayiəti altında tullantı 4 avqust, çərşənbə axşamı günorta vaxtı üçün planlaşdırılmışdır. Bir yarım gün günəşli və təmiz səmalı gündən sonra günorta vaxtı tufan başladı və havaya qaranlıq gətirərək iyirmi tamaşaçıda tullanmanın olmayacağı fikri yaratdı. Arxa fonda ildırım çaxdı. Buludlar günəşin qabağını bağladı. İzdiham artıq getməyə hazırlaşırdı və film komandaları 10 sentlik sellofanda bir neçə minlik kamera aparatının üstünü bağladı.

Sonra Laso təpəyə qalxır və çıxıntının üzərindən tullanır.

Yaxından baxın və onu görəcəksiniz...

Yaxından baxın və Laso-nun necə düşdüyünə baxın... © Lukas Pilz

Səs-küy qulağı batırırdı – tüfəng səsinə bənzəyirdi. O, havalandırılan suya tullandı və hovuzun mərkəzində daha bərk suya endi. Onun kanyon üzrə yoldaşı Jörg kəndirlə aşağı düşdü və digərləri isə artıq ona tərəf üzdülər. Su altında cəmi bir neçə dəqiqə olduqdan sonra o, üzə çıxdı və sonra tibbi baxışdan keçmək üçün sahilə tərəf üzdü. Hər şeyi doğru etməsinə baxmayaraq onun sağ ayağı yerindən çıxmışdı. Ola bilsin ki, onun sağ ombası cəmi bir-iki saniyəlik yerini dəyişib. Lakin, xərəkin üzərinə uzanıb həkimin müayinəsindən sonra onun üzündə təbəssüm peyda oldu və hamı başa düşdü ki, hər şey qaydasındadır. Və beləliklə o, heç kəsin heç vaxt etmədiyini etdi.

Next Story