Dünyanın kanatla sürüşmə 6 ən yaxşı məkanları

Dünyanın təklif edə biləcək ən əyləncəli kanatla sürüşmə yerlərinə baxın
By Alison Mann

Yüksəkliyindən, uzunluğundan və sıldırımlığından asılı olmayaraq bu yer kürəsində tapa biləcəyiniz ən yaxşı kanatla sürüşmək üçün yerlərdir. Biz sadəcə onları sınaqdan keçirməliyik! Supermen kimi uçmaq istədiyiniz və ya ağacların yanında ötüb keçməyinizdən asılı olmayaraq bu çox sürətli, çox yüksək kanatla sürüşməni izlədikcə hava axınını hiss etməyə hazır olun.

Kanadada ən uzun kanat yolu

Nə: Ziptrek-də The Sasquatch
Hara: Vistler, Kanada
Nə üçün möhtəşəmdir: Bu Kanada və ABŞ-da ən uzun sürüşmədir və 2 km-dən artıq uzunluğu var. Buradakı sürət 130 km/s-dır.

Bu 2 km uzunluğu olan xətt Vistler üzərindən keçərək gözəl mənzərəni açır. Burada sürüşmənin surəti 130 km/s-dan çoxdur. Rayderlər yer səthindən 600 fut hündürlüyündə səyahət edir. Bu xətt hazırkı ilin iyul ayında açılmışdır!

2 km ərzində uçuş

Nə: Zip2000
Hara: Sun City, Cənubi Afrika
Nə üçün möhtəşəmdir: Uzunluğu 2 km-dir və 160 km/s qədər sürəti əldə etməyə imkan verir

Red Bull Motocross atleti Kerim Fitzgerald “Zip2000”-ni sınaqdan keçirir. 2 km uzunluğu olan bu kanat dünyada ən uzundur. Burada qeyd edilmiş ən yüksək sürət 185 k/s-dır.

Ən sərt xətt

Nə: Zipflyer
Hara: Pokhara, Nepal
Nə üçün möhtəşəmdir: 56 dərəcə enişi onu sərt və sürətli edir

“Zipflyer”in uzunluğu 1.8km-dir və şaquli enişi 600 metrdir. Surət isə 120 km/s-ə qədər artır. Bu kanat Himalay dağlarının mənzərəli yerləri ilə çəkilib, xüsusilə də “High Ground Adventures”dən.

Ən sürətli sürüşmə

Nə: Zip World Velocity
Hara: Uels
Nə üçün möhtəşəmdir: 100 m hündürlüyündə supermen kimi uça bilərsiniz

Avropanın ən uzun kanatı haqqında düşünəndə Uels ilk ağıla gələn məkan olmaya bilər. Lakin, ölkə 191.5 km/s olaraq dünyada ən yüksək sürətli kanatı təqdim edir. “Zip World” həm də yeraltı kanatla sürüşməni və Avropada ən uzun (8 km) bir neçə xətt təklif edir.

Supermen kimi uç!

Nə: Flying Fox
Hara: Yeni Zelandiya
Nə üçün möhtəşəmdir: 100 m/s sürətdə daxili quşunuzu üzə çıxarın

1 km-dən çox uzunluğu olan kanat "Flying Fox"-da iştirakçıları gözləyir və çay üzərində 175 metr hündürlüyündə çəkilmişdir. Rayderlər vadinin üzərində 160 km/s sürəti ilə uçub geri qayıdırlar!

Ağaclar arasında xətt

Nə: 7 xətt vasitəsilə ağacların üzərindən kanat turu
Hara: Piholo Ranch, Havai
Nə üçün möhtəşəmdir: Ağaclar arasından uçub getmək

Kahakapao vadisində ağacların üzərindən bir neçə ayrı-ayrı kanat keçir. Burada müxtəlif istiqamətlərdə kanat turları var və rayderə birinci 433 metr Piholo dağı üzərindən, sonra isə yarım mil inanılmaz ada mənzərəsi üzərindən səyahət etməyə imkan verir.

read more about
Next Story