2 kayakçı İslandiyada böyük şəlalələrlə üzüb keçir

Ben Braun və Anton İmmlerin kayaklarla İslandiya şəlalələrinə tur etməsini siz də hiss edin.
By Josh Sampiero

Siz “hardcore” kayakçısınızsa İslandiya sizin nəzərinizdən qaça bilməz. Hər halda, burada digər yerlərlə müqayisədə daha çox şəlalələr var. Bu şəlalələrin sayı təxmini bir neçə mindir və bəzilərini hələ də kəşf etmək lazımdır. Yeni Zelandiya və ya Şimali Amerikadan fərqli olaraq bu şəlalələrin əksəriyyəti dərin kanyonlar və dərələrdə yerləşmir. Onlar açıqlıqdadır və hər bir kəs burada üzə və onlardan zövq ala bilər. Buna görə də Ben Braun və Anton İmmler məhz bura səyahət etməyə qərara gəldilər. Aşağıda səyahət haqqında videonu izləyə bilərsiniz.

Video: İslandiyanın şəlalələrində kayak ilə üzmə

İslandiyada şəlalələrin bu qədər sayına baxmayaraq bu cütlük haradasa on iki şəlalədə oldu, lakin Braun deyir ki, onlar bu şəlalələnin hər birində 20 dəfəyə qədər kayak sürdülər.“Bu kayakinq üçün dünyada ən yaxşı yerdir”, deyə Braun söyləyir. “Siz bir şəlalədə istədiyiniz qədər üzürsüz, sonra isə yük maşınına atlayıb növbəti şəlaləyə gedirsiniz.

Enəcəyiniz yeri müəyyən edin

Anton soyuq suya düşür © Ben Brown

Bəs buzlu temperaturlar necə? Əvvəl axır, bu İslandiyadır. “Siz buna öyrəşməlisiniz,” deyə Braun söyləyir. “Suyun temperaturu donmağa başlamazdan əvvəl belə aşağı səviyyəyə düşə bilər!” Bizim üçün bu çox soyuq səslənir, lakin bu Braun və İmmler-in Aldeyjarfoss, Thjofafoss və Godafoss kimi şəlalələri, Vatnajökull buzlağın ətəyində yerləşən Jökulsárlón gölü kimi inanılmaz yerləri kəşf etməkdən çəkindirə bilmədi.

Buz mağarasında kayakla üzmə

Mağarada kayak sürmək – möhtəşəmdir! © Ben Brown

Ən möhtəşəmi? Əlbəttə ki, qayıqçılar arasında dünyada ən yüksək şəlalə kimi tanınan Aldeyjarfoss-un 20 metrlik enişi var. Və ən təhlükəli? Thjofafoss bir neçə il bundan əvvəl qayıqçı Şaun Beykerin ölümünə səbəb olduğu üçün “Drowning Drop” kimi tanınır.

Bir neçə də kəlmə söyləyək?

Ben tullanmaya hazırdı © Ben Brown

Lakin, İslandiyanın şəlalə mənzərəsinin mirvarisi inanılmaz Godafoss-dur. Günün istənilən vaxtı burada turistlərə rast gəlmək olar. “Siz şəlalənin üzərindən sürüşürsüz və insanlar sizə baxır”, deyə Braun söyləyir. Bu şəlalənin adını necə əldə etməsini göstərmək daha yaxşı olardı. Elə ehtimal var ki, qədim vaxtlarda xristianlar büdpərəst ikonları suya atırmışlar. Burada deməliyik ki: kayakçılara baxmaq daha maraqlıdır.

Quş uçuşu məsafəsi

Çox damcılar arasında bir damcı © Ben Brown

Əlbəttə ki, Ben Braun hələ İslandiyada hər şeyi etməyib – o, deyir ki, tapılası hələ çox şəlalə var; kayakın “əli” dəyməyən şəlalələr. Geri qayıdacaqlar? Əlbəttə.

read more about
Next Story