Yad planetdəki kimi sizi hiss etdirəcək 10 məkan

Burada göllər narınc, torpaq isə sarı rəngdədir – bura yer kürəsidir.
By Alison Mann

Yer kürəsi gözəldir, bunu heç kəs inkar edə bilməz. Lakin, sizi sanki başqa planetdə olmuş kimi hiss etdirdikdə yer kürəsi başqa səviyyəyə qalxır. Daxili kristallı mağaradan duzlu qırmızı çaya qədər bu yerlər sizə yer kürəsinin atmosferini … və ya bütün Günəş sistemini tərk etmiş kimi hiss etdirəcək.

Kristal nəhəngləri arasında gəzmə

Naika Mine kristallarla doludur © Carsten Peter/Speleoresearch & F/Getty Images

Harada: Kristallaq mağarası, Mexiko

Digər planetin mərkəzi məhz Mexikodakı qeyri-adi mağara kimi ola bilərmi? Parıltılı Cueva de los Cristales və ya Kristallar Mağarası işlərin keçirildiyi Naika mədənində yer səthindən təxmini 1000 fut aşağıda qazılmışdır.

Kosmos təki qədim dağlar

Başqa planet, Lastarriya vulkanı, Atakama səhrası © Gerhard Hüdepohl/atacamaphoto.com

Harada: Lastarria Vulkanı, Atakama Səhrası, Cənubi Amerika

Atakama Səhrasında Lastarria vulkanı bu sarı, kükürd fumarollarına inkişaf etməyə imkan verdi. Cənubi Afrikada olmasaydı buxarlanan təpəciklər qonaqpərvər olmayan yad bir planet olduğunu təsəvvür yaradardı.

Kosmos gölü

“Emerald” gölü başqa dünyanın rəngindədir © Dave Bouskill/theplanetd.com

Harada: Emerald Gölləri, Yeni Zelandiya

“Curiosity Rover” Marsa səyahəti zamanı belə parlaq strukturlu suya rast gələ bilməzdi. Lakin, biz xəyal edə bilərik ki, bu neon mavi göl hansısa uzaq bir planetdə yerləşir, elə deyilmi? Əlbəttə ki, bu göl yer kürəsində yerləşir. Harada? Möcüzə kimi görünən “Emerald Gölləri”ni Yeni Zelandiyada tapıla bilər.

Digər planetdə ola biləcək ölkə

Kerlingarfjoll, İslandiya başqa planet ola bilər © Aaron Huang

Harada: Kerlingafjoll, İslandiya

İslandiya. Bu ölkədə hələ də aktiv vulkanların sayı çoxdur. Buna görə də, bütün ölkədə olan mənzərələr onu digər planetə aid edilə bilməsinə şərait yaradır. Bu püskürülmüş kükürdlə örtülmüş dağlara Kerlingarfjoll-da rast gəlmək olar. İslandiyada saysız-hesabsız filmlər çəkilmişdir, o cümlədən “Alien prequel Prometheus”.

Kosmosdan görüntü

“Richat Structure” Sahara səhrasında © NASA/GSFC/MITI/ERSDAC/JAROS, and U.S./Japan ASTER Science Team

Harada: Richat Structure, Mavritaniya

Böyük kosmos gəmisinə bənzəyir? Və ya hər hansı bir uzaq planetə meteoritin düşməsi nəticəsdində yaranmış kraterə? Xeyr, bu Mavritaniyada yerləşən “Richat Structure”ın kosmosdan görüntüsüdür. Astronaftlar missiyaları zamanı Sahara səhrasında dairəvi torpaq işarəsini özləri üçün orientir kimi götürürlər.

Çəhrayı çay

Müdhiş görünən Tanzaniya çayı © Michael Fay/National Geographic/Aurora Photos

Harada: “Natron” gölü, Tanzaniya

Bu təəccüb doğuran göl iyrənc məxluqlardan qaçan bəzi kosmos kəşfiyyatçılarına ev sahibliyi edə bilər. Tanzaniyada “Natroon” gölünün rəngi duz ilə sodanın qarışığından əmələ gəlib. Gölün 10.5 hidrogeni var və adət etmədiyiniz halda gölün suyu sizə iyrənc gələ bilər. Bu suyun qoruyucu təbiəti var. Bu o deməkdir ki, orada ölən heyvanlar daşa dönürlər!

Dalğanın üzərində sürmə

“The Wave”, Arizona ştatı © Phillip Colla/oceanlight.com

Harada: The Wave, Arizona, ABŞ

“Star Wars” səhnəsi burada çəkilə bilər. Bu quma daşlarından formasiyanın adı “The Wave”dir və ABŞ-da, Arizona-Uta sərhədinin yaxınlığında, Coyote Buttes-ın döşündə yerləşir.

Vulkanlı mənzərə

Qırmızı, sarı, yaşıl rənglər... © Olivier Grunewald

Harada: Danakil Depression, Efiopiya

Elmi-fantastik perfeksiyadır, lakin faktiki olaraq bu yer Efiopiyada Danakil Depression-da yerləşir. Burada aktiv şəkildə hidrotermal fəaliyyət həyata keçirilir və su əsl mənada yerin altından qaynayır. Bu prosesləri həyata gətirən Dallol vulkanı və möhtəşəm mənzərələrdir.

Alovlanan göl

Martain gölü? Waiotapu, Yeni Zelandiya © Dave Bouskill/theplanetd.com

Harada: Wai-O-Tapu, Yeni Zelandiya

Wai-O-Tapu öz açıq narıncı suyu ilə sanki başqa planetdə yerləşir. Yeni Zelandiyada yerləşən bu su qeotermal fəaliyyət nəticəsində yaranmışdır. Bu ərazidə sanki kosmik eraya aid çoxsaylı maraqlı qeyri-anormallıqları var.

Duzlu tavalar

Namibiya səhrasının duzlu tavaları © Mariusz Kluzniak/Getty Images

Harada: Duzlu tavalar, Namibiya

Namibiya səhrasında duzlu tavalar digər planetdə yerləşə bilər. Bura müəyyən naməlum ərazi ilə hərəkət edən kosmos səyahətçilərimiz gələ bilər! Bu tavalar Etoşa Milli Parkında yerləşə bilər.

read more about
Next Story