Möhtəşəm yay “freediving” şəkilləri ilə tanış olun

Bir cüt freediver bir ay ərzində Hindistan Okeanının möcüzələrini kəşf etdilər.
Tıspağadan salamlama © Alex Voyer
By Alison Mann

Aleks Voyer və Aleks Raubaud Hindistan Okeanında qozbel balinalarını müşahidə etmək arzusunu həyata keçirdilər.

Təəssüflər olsun ki, balinalar gözlənilən yerə gəlmədilər, lakin freediver-lər yenə də okeanın bütöv gözəlliyini seyr edib şəkillər çəkə bilmişlər.

Fisheye” adı altında işləyən bu cütlük bir aylarını Mauritius, Mayotte və Mohéli-də keçirdilər.

Daha ətraflı: Okeanın ən möhətşəm yırtıcıları ilə freediving

Kaşalota yaxın

Freediver kaşalot ilə oynayır © Alex Voyer

Məlumdur ki, balinalar körpələrini dünyaya gətirmək və cütləşmək üçün iyun ayından okyabr ayına qədər miqrasiya edirlər. Bunun nəzərə alaraq freediver-lər balinaları mütləq görəcəyini düşünürdülər.

Hindistan Okeanından zövq almaq

Kaşalot üçlüyü © Alex Voyer

Lakin, onlar heç harda görünmürdülər. Səbəb? Aleks əmin deyil, o, deyir ki, “Bu haqda heç kəs heç nə bilmir və bu vəhşi təbiətin xüsusiyyətidir. Heyvanlar öz sirrlərini saxlayır, onları nə almaq, nə də onlara sahib olmaq olmaz və əlbəttə ki, bu elə belə də olmalıdır!”

Heyvanlar öz sirrlərini saxlayır, onları nə almaq, nə də ona sahib olmaq olmaz

Kaşalota yaxınlaşma © Alexandre Roubaud

Balinaları görə bilməsələr də səyahət heç də darıxdırıcı deyildi, çünki okean onlara heyrətə gətirəcək vəhşi həyatının qapısını açdı.

Hindistan Okeanı bizi gözlədiyimizdən də körladı…

Manta skatı ilə oynama © Alex Voyer

Onlar 20 kaşalotdan ibarət qrupun yanında üzmdülər, Aleks öz təcrübəsi ilə bölüşür: “ 15 metr dərinliyində böyük körpə bizi freedrive boyunca müşahidə etdi. Bir saat əyləndikdən sonra adama elə gəlirdi ki, bizim ovucumuzu inanılmaz yumşaqlıq və incəliklə tutmaq istəyirdi, onun tərəfindən bircə belə olsun aqresiya əlamətini və ya sərt davranışını hiss etmədik. Lakin, o, əl çəkmirdi və bizim onunla 600 metr dərinliyinə getməyimizi istəməyənə qədər sudan çıxmağa qərar aldıq.

Yalançı orkanın nadir görüntüsü

Yalançı orka © Alex Voyer

İki Aleksin bəxti onda gətirdi ki, onlar 20 yalançı orkanı gördülər və bu da çox nadir bir haldır. Yaşıl tısbağalar da onlara qoşulmuşdur. “Yaşıl tısbağalar Mohéli və Mayotte adalarının simvolik növləridir. Hər gecə minimum 20 tısbağa hazırda dəniz rezervi sayılan İtsmanunun sahillərində yumurta qoyur.”

Daha çox şəkillər üçün buraya daxil olun:

Həmçinin, onlar manta skatına da rast gəldilər və Moheli adasında olarkən hər günün sonunda onlarla üzməkdən zövq alırdırlar.

Aleks əlavə edir: “Hindistan Okeanı gözlədiyimizdən bizi çox körladı, onun suları həyatla doludur, lakin əksər yerli balıqçılar resursların sürətlə azaldığını söyləyirlər.”

Next Story