Bu son toxunulmaz dağlardan biridir

Con Qriffit və Endi Hausmen heç kəsin getmədiyi yerə gedir – Pakistanda “Link Sar West” zirvəsi.
Texniki qalxmada sıldırım, qarlı eniş © Jon Griffith
By Josh Sampiero

Dünyada insan ayağı dəyməyən neçə zirvənin qaldığını demək çətindir, lakin bir neçə belə dağın olduğunu deyə bilərik.

Dörd il sınaqdan sonra Çamoniks-də yaşayan Britaniyalı alpinist Con Qrifit, Endi Hausmen ilə birgə, Pakistanda “Link Sar West” zirvəsinə qalxmışdır.

Ən qarlı, ən davamsız düşərgə © Jon Griffith

Bu insan ayağı dəyməyən texniki 7,000 metrlik zirvədir, bu isə nadir tapıntıdır,” deyə Qrifit söylədi. “Bu cür dağlar çox az qalıb və onların əksəriyyəti Karakoramda, xaricilərdən kənar yerləşir.”

“Texniki” dedikdə nə nəzərdə tutulur? Bu zirvə deməkdir– Everestdən 1,000 metr alçaqdır- burada bütün vaxtlarda alpinistlər kəndirə bağlı olmalı və mühafizə vasitələrindən istifadə etməli və yuxarı qalxdıqca dağın üzərində mühafizə vasitələrini bərkitməlidir.

“Bu buz, qar və dağın qarışığıdır,“ deyə Qrifit izah edir. “Bu ətəkdən zirvəyə qədər kəndirlə bağlanma deməkdir. Düzgün dırmanma. Şimal tərəfdə çadırı qurmaq üçün rifi yonursun. Siz mühafizə kəmərlərində yatırsız.

Missiya asan deyildi və uğur qazanmaq üçün Qrifitə dörd cəhd tələb oldu. Dörd il ardıcıl olaraq o, məşhur Çarakusa vadisinə səyahət etmişdi və 10 kilometrlərlə kürəyində dırmanma alətlərini daşımış və heç zaman insan ayağı dəyməyən zirvəyə doğru addımlamağa başlamışdır. Üç il dalbadal o, hava şəraiti, keçilə bilməyən ərazi və materialların bitməsi səbəbindən geri dönmüşdür.

Lakin, bu cəhdi parka gəzinti ilə müqayisə etmək olmaz. “Birdən hava pisləşdi,” deyə Qrifit söylədi. “Himalayada da yeddi gün hava düzəlmirdi ki, düzəlmirdi. Belə olan halda, yaxşı havanı gözləmək lazım gəldi.” Zirvəyə çatmamış Qrifit xəstələndi və 7,000 metrlik hündürlükdə kiçik temperatur belə böyük problemə çevrilə bilər. Lakin, buna baxmayaraq onlar zirvəyə qalxmağa nail oldular və sonra dağın arxa tərəfinə keçdilər.

Qrifit üçün bu ilk toxunulmaz bir dağdır. “Zirvəyə yaxınlaşdıqca mən sanki arxaya gedirdim,” deyə o, söylədi. “Bu dağı başa düşmək çox çətindir, çünki siz onu kəş edə bilmirsiz. Xətləri başa düşmək üçün bu təcrübəyə sahib olmaq lazımdır. Hər bir halda dağı birbaşa başa düşmək olmur. Bu əsl tapmacadır.”

 

Link Sar ilə konkidə sürüşmə © Jon Griffith

Naməlumluq həmişə cəlbedicidir və daha böyük işlərə sövq edir. Siyahıda başqa nə var? Qrifit deyir ki, onun dırmaşmaq istədiyi zirvələr siyahısı təkcə özü üçündür, lakin o, dünyanın insan ayağının tamamilə dəyməyən dağ zirvə və xətlərin bəziləri ilə bizimlə paylaşdı.

3 insan ayağının dəymədiyi zirvə və xətlər

1. Qangkhar Puensum
Hündürlüyü: 7,570m
Yerləşdiyi yer: Butan-Çin sərhədi
Nə üçün toxunulmaz qalıb: Qanun!

Qangkhar Puensum Çin ilə Butan arasında mübahisəli sərhəddə yerləşir, lakin bu mübahisə mövzusu deyil: bu dünyada ən hündür toxunulmaz dağdır və uzun müddət belə olaraq qalacaq, olsa bilsin ki, hətta ömür boyu belə olacaq. 80-ci illərdə dörd dırmaşma cəhdi edilmişdir. Lakin, sonra Butan 6,000 metrdən hündürlüyə qalxmağa qadağan qoymuşdu və ola bilsin ki, bu elə son cəhd idi.

2. “Masherbrum 4”ün şimal tərəfi
Hündürlüyü: 7,821m
Yerləşdiyi yer: Pakistan
Nə üçün toxunulmaz qalıb: Texniki olaraq həddindən artıq çətindir

“Masherbrum” dağına ilk dəfə 1960-cı ildə qalxmışlar – asan yolla. David Lama bunu etmək istəmirdi. Avstriyalı və Nepal alpinistin siyahısında növbəti dağ “Marsherbrun”dur. Ola bilsin ki, ora dırmanmayana qədər David əl çəkən deyil. Onun marşrutu? Con Qrafitinin sözlərinə görə xüsusi dırmanma üslübü tələb edən məşhur olmayan Şimal Divar “inanılmaz dərəcədə mifikdir.

3. Mt Siple, Siple adası, Antarktika
Hündürlüyü: 3,110m
Yerləşdiyi yer: Siple adası, Antarktika
Nə üçün toxunulmaz qalıb: Heç nəyin ortasındadır, Antarktika

Həqiqəti desək, internetdə Mt Siple-ə insanın ayağı dəydiyi ən azı bir istinad var, lakin aydındır ki, dırmanma haqqında nə qeyd, nə də iddia var. Bu ada Antarktikanın sahilindən kənarında yerləşir. Soyuğu qırağa qoysaq, ora getmək belə çox çətindir. Bəs fayda? Burada vulkanlar ola bilər. Ən azından bu sizi bir qədər isidər.

read more about
Next Story