Dünyanın təklif etdiyi 7 ən uzun tras

Turistik çəkmələrinizin darıxdığı marşrutlar – Himalay dağlarından keçərək Afrikaya səhayətə qədər.
By Alison Mann

Tez-tez deyilir ki, insan bədəni günlərlə gəzə bilər. Uzun məsafəni qət edən səyahətçilər söyləyirlər ki, uyğunlaşmaq üçün ayaqlara bir neçə həftə tələb edilir. Ayaqlarınızın açılması üçün ən yaxşı uzun marşrutlar hansılardı?

Daha ətraflı: Düşmək istəmədiyiniz 8 ferrat

Amerikanı keçmə

PCT-dən möhtəşəm mənəzərələr © Philip Kramer

Adı: Pacific Crest Trail
Hara: Mexikodan Kaliforniyaya, Oreqon, Vaşinqtondan Kanadaya
Məsafə: 4,265km
Seçilmə səbəbi: Hər kəs sizin nə haqda danışdığınızı biləcək

Amerika bir neçə həddindən artıq uzun məsafəli trasın evidir. “Wild” və “Continental Divide National Scenic Trail” filmlərində məşğurlaşmış PCT var. Bu traslar 8138 km məsafəsinə yayılmış “American Discovery Trail” tras ilə əlaqələndirilir. Mənzərəli PCT-ni qət edən Filip Kramer söyləyir: “Pacific Crest Trail” trası, hissələrlə və ya tam olaraq qət edilməsindən asılı olmayaraq, sərgüzəştlərlə doludur. Siz isti, tozlu, kaktuslu Sonoran və Mojave səhralarında qiymətli suyu daşıyacaqsınız, Sierra Nevadanın möhtəşəm qranit formalarına uzun-uzadı baxacaqsınız, Kaskad Silsiləsinin vulkanları ətrafında gəzəcəksiniz və bəxtiniz gətirsə vəhşi və dağlı darvazalarla Kanadaya daxil olacaqsınız. “Hava, dəyişən mənzərə, şəhərlər, insanlar və fiziki çətinliklər fonunda PCT ilə səyahət etmə müxtəlif və zəngin təcrübə bəxş edəcək.”

“Trans Canada Trail” yolunu keçmək cəhdi zamanı

“Trans Canada Trail” yolundan mənzərələr © James Clark

Adı: Trans Canada Trail
Hara: Kanada boyunca yayılıb
Məsafə: Hazırda 18,000km (başa çatdırıldıqdan sonra 24,000 km olacaq)
Lovğalanmaq üçün səbəb: Yolu başa çatdırdıqda deyə bilərsiniz ki, bu dünyada ən uzun yol idi.

“Trans Canada Trail” yolu hazırda 80 faiz başa çatdırılıb, lakin çatdırılmadığı vəziyyətdə belə bu yol həddindən artıq uzundur. Yolların şəbəkəsi hazırda 18,000 km boyunca yayılıb və başa çatdırıldıqda səyahətçi 24,000 km məsafəni qət edə bilər. Təşkilatçılar ümid edirlər ki, bu yol 2017-ci ildə başa çatacaq.

İtaliya yolu

“Grand Italian Trail” yolu İtaliya Alpları ilə keç © zocchi2/Getty Images

Adı: Grand Italian Trail (Sentiero Italia)
Hara: İtaliya Alplarını və ölkəni keçib getmə
Məsafə: 6166 km
Lovğalanmaq üçün səbəb: Alp dağları ilə səyahət möhtəşəmdir

Həqiqətdə İtaliya nə dərəcədə böyükdür? Bu yol haqda düşünəndə ağıla gələn ilk sual elə bu olur. Marşrut çəkmə şəkilli ölkə boyunca, heyranedici Alplarla ucuna qədər və oradan Sisiliya və Sardiniyadan keçir. Əmin olun ki, qarşınıza müxtəlif cür mənzərələr çıxacaq və şübhəsiz ki, davam etməniz üçün karbohidratla dolu yemək lazım olacaq.

Yaponiya adası ilə səyahət etmə

“Hokkaido Nature Trail” vulkanlı ərazilərdən keçir © Imre Cikajlo/Getty Images

Adı: Hokkaido Nature Trail
Hara: Hokkaido adası
Məsafə: 4585km
Lovğalanmaq üçün səbəb: Bu yerdə aktiv vulkanlar var

Müxtəlif səyahət yolları Hokkaido adasında 4,585 km uzunluğu olan trası qət etməyə can atanları gözləyir. Bu yol ölkənin milli parklarını və mədəniyyət yerlərini birləşdirir. Yol boyunca aktiv vulkanlar, möhkəm cığırlar, eləcə də meşə və gölləri görmək olar.

İki Afrika ölkəsi ilə səyahət etmə

Bu yol təkcə landşaftan ibarət deyil © Julian Monroe Fisher/thebakertrail.com

Adı: Baker Historical Trail
Hara: Uqandadan Cənubi Sudana qədər
Məsafə: 805km
Lovğalanmaq üçün səbəb: Vətəndaş müharibəsi səbəbindən bir neçə insan onu başa çatdırmağa nail olmuşdur

Düzdür bu ən uzun yol olmasa da belə, bu yol 100 faiz inanılmazdır və Afrika kontinentində ən uzundur. Bu yol 2013-cü ildən vətəndaş müharibəsi başlayan Cənubi Sudandan keçir. Julian Monroe Fisher 2014-cü ilin yanvar ayında marşrutun ilk yolunu qət edən komandanın bir üzvü idi. O deyir: “Müharibəyə baxmayaraq 2014-cü ilin yanvar ayından fevral ayına qədər biz işləri davam etdirdik. Baker Trail yolunun bütün nişanlayıcıları Cənubi Sudanda olan Jubadan, Uqandada şimala doğru Murchison Falls-un zirvəsindən Albert gölündən Konqoya mənzərəni açan “Baker’s View”a qədər bütün yerləri nişanladılar.” 2015-ci ilin avqust ayında sülh razılaşması imzalandı və təşkilatçılar mümkün qədər tez Jubaya qayıtmaq istəyirlər!

Himalaya adalarına qalxma

“Dho Tarap” vadisi, Nepal © Robin Boustead

Adı: Great Himalayan Trail
Hara: Himalay dağları
Məsafə: Nepal tərəfi, təxmini 1700 km (yol bitirildikdən sonra 4,585km olacaq)
Lovğalanmaq üçün səbəb: 6200 m hündürlüyü var

Bu yol səyahətçilərə Himalay dağları silsiləsi ilə yuxarı qalxmaq və dünyada ən möhtəşəm mənzərəyə baxmağa imkan verir. İndiyə qədər yol Nepal, Butan, Hindistan və Pakistan ilə çəkilmişdir və hazırda işlər Hindistan və Tibet hissələrində davam edir. Bu işi Robin Boustead başlamışdır və onun sözlərinə görə bu işi görməyə dəyər: “Ora gedin və bunu edin!” Sahədə ciddi təcrübə əldə edin. Əgər alınmasa o, zaman ora bunu etməyi bacaran ilə gedin. Bunun nə qədər çətin olacağını düşünməyə dəyməz, çünki əks halda bu daha da çətin olacaq! Lakin, bu möhtəşəm, həyatı dəyişən bir təcrübədir – şübhəsiz ki, siz geri qayıdanda fərqli insan olacaqsınız. Əlbəttə ki, mənzərələr də möhtəşəm olacaq!”

Yeni Zelandiyada şimaldan cənubə doğru

 

Te Araroa Yeni Zelandiyanın izinə düşür © Ben Curran

Adı: Te Araroa
Hara: Yeni Zilandiyanın şimalında Reinga burunundan cənubda Bluff-a qədər
Məsafə: 3000km
Lovğalanmaq üçün səbəb: Ada ilə düzgün səyahət

Qət edilməsi 50 və 80 gün arası çəkən Te Araroa iki Yeni Zelandiya adası ilə keçir. Bu dağlar, göllər və meşələrdən ibarət möhtəşəm mənzərədir və ilk dəfə 1998-ci ildə Geoff Çapple tərəfindən başa çatdırılmışdır. O vaxtlarda istənilən məlumatı birbaşa almaq mümkün deyildi!

read more about
Next Story