Dünyanın 6 ən sürətli qadını

Dünyanın havada, suda və quruda ən sürətli qadınları ilə tanış olun
By Will Gray

Quruda, dənizdə və havada ən sürətli olmaq naminə yarış bəşəriyyəti və texnologiyanı bir əsr qabağa itələdi. Bu ürəyi zəif olanlar üçün deyil - burada əsas inqrediyentlər çoxlu adrenalin və ağılsızlıqdır – və bu sahələrdə əsasən kişilər təşkil etməsinə baxmayaraq – aşağıda özlərini kişilərlə bir səviyyədə qoyan planetin ən sürətli qadınlarını nəzərinizə çatdırırıq.

Daha ətraflı: Tullanıb üzmək üçün 8 təbii məkan

Ən sürətli uçan qadın

Ellen Brennan © Damien Deschamps

Adı: Ellen Brennan
Sürət: 190 k/saat

Brennan dünyanın ən peşəkar “qanadlı kostyum” ilə uçan qadındır. O, bir rekordun ardınca növbətini qırır və son iki ildə qadınlar arası hər bir BASE yarışında qalib gəlir (bu ildən fərqli olaraq, bu il o, iştirak etmir). Həmçinin, o, təyyarədən tullanmaqla 230k/saat sürətinə nail olmuşdur.

“Düzünü desəm, yarışlarda bu qədər mükəmməl çıxış etdiyimə özüm təəccüblənirəm və ilk tullanmadan sonra bütün vaxtımı elə tullanmaya həsr edirəm”, deyə o, söylədi. “Hər yaxşı havada mən tullanmışam, videonu və GPS məlumatlarını analiz edib təkrar etmişəm.”

Ən sürətli elektrik nəqliyyatın qadın pilotu

Eva Hakansson © Martin Schoeller/Johnnie Walker

Ad: Eva Hakansson
Sürət: 434.9k/saat

Hakansson KillaJoule üzrə rekordçudur. Bu dünyanın ən sürətli elektrik velosipedidir. Fəlsəfə doktoru 2014-cü ildə ən yüksək sürətinə çatmışdı və prosesdə orta hesabla 387.328 k/saat uçan millə uçmuşdur.

“Son illər bu mənim bütün boş vaxtımı və pullarımı aldı,” deyə Hakansson söylədi. Hazırda, o şansından istifadə edib Coni Uolkerin “Joy Will Take You Further” kampaniyasında iştirak edir. “Rekord sürətini aşan kimi mən kəşf olunmayan əraziyə daxil oluram… beləliklə, bu çox əsəb tələb edir.”

Ən sürətli qadın vindserferi
 

Zara Devis © Pete Davis

Adı: Zara Davis
Sürət: 84.87k/saat

Osteopadda işləyən Devis rekordunu qırmaq üçün Namibiya səhrasında xüsusi tikilmiş kanala səyahət etmişdi. Həmin vaxtlarda, yalnız iki qadın 40 dəniz mili (74 km/saat) getmişdir və o, əvvəlki ən yaxşı rekordu keçmişdi.

“Biz 45+mil küləkdə üzürdük və kanal qeyri-sakit və dar idi,” deyə o, söylədi. “Demək olar ki, prosesin özü sakit keçdi”. Lakin, təchizatla mübarizə aparılmayan zaman onlar ən sürətli birisidir.”

Yeddi qat motosikl üzrə rekordçu

Valeri Tompson © Auto Mutt Productions

Adı: Valeri Tompson
Sürət: 350.53k/saat

Dünyanın ən sürətli qadın motorbike rayderlərindən biri Tompson “Bonneville 200 MPH Club” klubunun nadir qadın üzvlərindəndir. Keçən il o, “CTEK BMW S 1000 RR” rekord qırdı və bu ay o, hətta sürətini artırmağı planlaşdırır.

“Mən bu sənətə başlayanda özümü qız kimi aparmırdım,” deyə HNGN söylədi. “İndi isə, özümü qız kimi hiss edirəm, mən dəbilqəmə və yarış motosikletimə dağ bülluru və Svarovski kristallarını yerləşdirə bilmişəm. Lakin, motosikletim hansı cinsə aid olduğunu bilmir.”

Dörd təkərdə ən sürətli qadın

Cessi Kombs © www.landspeed.com

Adı: Cessi Kombs
Sürət: 632.39k/saat

F-104 Lockheed Starfighter-in qalıqlarından yığılmış maşında televiziya aparıcısı Kombs Oreqonda gölün qurumuş dibində 693.49k/saat sürəti ilə hərəkət edib. Onun iki istiqamətli rekordu əvvəlki 135 km/saat rekordunu arxada qoydu.

Kitti ONil hələ də quruda qadınlar arasında rekordçudur və 1976-cı ildə 823.98k/saat sürətinə çatmışdır, lakin onun hər SMI Motivator nəqliyyatının yalnız üç təkəri var idi.

İki təkərdə ən sürətli qadın

Bekki Ellis © Phil Evans

Adı: Bekki Ellis
Sürət: 425k/saat

Ellisin həyat yoldaşı 3 il onun 1300cc Hayabusa-mühərrikli motosikleti üçün turbo sürət sisteminin üzərində işləyib. 2014-cü ildə bütün səylər özünü doğrultdu və bu il böyük toqquşmaya baxmayaraq o, bu sürəti də aşmağı fikirləşir.

“Bu təkcə rekordu qırmaq deyildi, bütün bunların hamısı qoyduğumuz səylər nəticəsində oldu,” deyə o, söylədi. “İndi biz motosikletimin daha da təkmilləşdirilməsi üzrə çalışırıq və onu davamlı edib 250 m/s+ sürətdə mümkün edəcəyik.

read more about
Next Story