90 gün ərzində 90 marafonda iştirak etdi

Mark Vaz gündəlik işini görə-görə dünya rekordunu qırdı … və o, hələ də qaçır!
By Alison Mann

Siz marafonda iştirak etdikdən sonra işə gedə bilərdinizmi? Ola bilsin bir dəfə bunu edə bilərdiniz, lakin bunu 90 gün ərzində edə bilərsinizmi? Bu şəxs məhz bunu etdi və o, hələ də davam edir.

Mark Vaz ardıcıl olaraq ən çox marafon qaçmaqla rəsmi Ginessin Dünya Rekordunu qırdı (əvvəl bu rekord 52 olmuşdur) və hazırda o, bir il ərzində ən çox marafonda iştirak etmə üzrə rekord qırmağa ümid edir, hazırda bu rəqəm 239-dur. O, bəzi günlərdə birdən artıq marafonda iştirak edib bu rəqəmi 400-ə çatdırmağı ümid edir.

Mark, pəncərə təmizləyən işləyərək bunu etdi. Biz bu marafonçu ilə danışıb onun belə addım atmasının səbəbini öyrənməyə çalışdıq.

Maraqlıdır: Bu şəxs Kilimanjaroya kürəyində vanna ilə qalxıb

 

Marafonu başa çatdırma! © Olaf Pignataro

İlk öncə, 90-cı marafonu bitirdikdə hansı hissləri keçirtdiniz?

“MBNA Chester” marafonundan sonra mən həqiqətən çox emosional idim, xüsusilə də son iki mil, çünki artıq hər şey başa çatırdı. Məqsədim 90 gün ərzində 90 marafonda iştirak etmək idi, lakin 100 gün ərzində 100 marafonda iştirak etmək istəyirəm.

Amma, növbəti rekordu qırmaq üçün qaçmağı davam etdirməyə qərar aldız?

Mən qaçmağa davam edirəm və planım ildə 400 marafonda iştirak
etməkdir. Hazırda mən Stafforddan Londona qaçıram. Bu 3 günə 140 mil (225 km) edir. Dünən mən 70 mil (112 km) qaçmışam və bu gün 53 mil qaçacam. Bu o qədər də çox mil deyil, lakin bu yorucu işdir. 70 mili qaçmaq çətin idi, daha çox fiziki yox əqli cəhətdən. 50-ci milə yaxın əhval-ruhiyəm pisləşdi, bu həqiqətən çətin idi.

90-cı marafonu bitirmək həyəcanlı hiss idi

 

90-cı marafonu başa çatdırmaq çox həyəcanlı idi © Olaf Pignataro

Bu kifayət qədər çətindir. Siz bunu nə üçün edirsiniz və 90 rəqəmi nə üçün ilkin məqsəd idi?

İki xeyriyyə işi üçün pul toplamaq qərarına gəldim. Bunlar “Tommy's The Baby Charity” və “Katherine House Hospice” idi. 90 rəqəmi toplamaq istədiyim 90,000 futdan ağlıma gəldi. Hamiləlik də doqquz ay davam edir, belə ki, burada doqquz əlaqə var və həmçinin bədənimin nəyə qadir olduğunu bilmək istəyirdim.

Qarşıma qoyduğum məqsədimə çatacağına heç vaxt şübhə ilə yanaşmırdım, nəyisə etməyi qərar aldığımda mən bunu edirəm – mən sadəcə davam edirəm.

– Mark Vaz

Mark Vaz finiş xəttinə çata-çatda ağrı © Olaf Pignataro

Bundan əvvəl çoxlu qaçma təcrübəniz vardımı?

Mən gənc yaşlarımdan qaçıram və bir qədər əvvəl başa düşdüm ki, məsafələr mənim üçün problem deyil. Rəsmi olaraq, əvvəl marafonda iştirak etməmişdim, lakin özüm üçün müntəzəm olaraq 20 mil (32km) qaçırdım. Mənim əvvəlki marafon vaxtım 4.5 saat idi, lakin ən sürətli vaxtı 60-cı gündə əldə etdim – 2 saat 56 dəqiqə.

Marafon üçün necə məşq etdiniz?

Marafon başlamazdan əvvəl mən qaçırdım və idman zalına getməyə başladım. Əzələləri və sümükləri gücləndirmək üçün zalda ağır çəkilər qaldırırdım. Həmçinin, həddi də aşmırdım. Ola bilsin ki, mən 18 mil (28 km) qaçırdım, sonra bir gün istirahət edirdim. Burada əsas məqam davamlılıq və tarazlıqdır.

Vazdan Çesterdən “hər şey əla” işarəsi © Olaf Pignataro

Ən çətin və ən yaxşı hissə hansı idi?

Əvvəldə çox çətin idi. Üçüncü günün sonunda ayaqlarımın altı iynə kimi sancırdı, o qədər ağrı var idi ki. Lakin, sadəcə bu bədənim artırılmış məsafəyə uyğunlaşırdı. Bu daha çox asan olur.

Əhatə etdiyiniz məsafəni qət etmək üçün sizə daha çox yemək tələb edilirdi?

Mən çoxlu süd içirdim, makaron, balıq, meyvə, tərəvəzlər yerirdim
– təkcə sağlam qidaları yəni. Bir qədər qeyri-sağlam qidanı kalorilərimi artırmaqdan ötrü yeyirdim. Adi haldan fərqli olaraq daha çox yeməliydim!

Bədənim bu çətinliyə adaptasiya olur!

– Mark Vaz

Marafonun sonu emosional idi © Olaf Pignataro

Əlbəttə ki, biz bilməliyik ki nə qədər ayaqqab; dəyişmisiniz?

İndiyə qədər 14 cüt ayaqqab; dəyişmişəm, lakin bu işdə mənə “New Balance” sponsorluq edir və onlar mənə yeni cüt ayaqqab; göndərir. Bu həddindən artıq böyük köməkdir mənim üçün.

Biz sizi Ginessin Rekordlar Kitabında görəcəyik?

Ginessin rekordları haqqında həmişə bilir və tamamilə bitirdikdən sonra bütün vaxt göstəricilərimi onlara göndərəcəm.

Markın səyahətini “Facebook”da izlə və onun “fundraising” səhifəsinə daxil ol.

read more about
Next Story