Bu it İnstanqram-da sərgüzəştlərin super ulduzudur

“Loki” ləqəbli canavar-it açıq məkanlarda möhtəşəm şəkilləri ilə internetdə səs-küyə səbəb oldu.
Bu gözəl görünüşü olan bir itdir © Kelly Lund
By Alison Mann

Üç yaşlı canavar-it “Loki” sosial mediada populyarlıq qazanıb və əksər insanlardan daha çox sərgüzəştləri var. Onun 400,000-dən artıq Instagram davamçıları var və baş rolda çəkildiyi ən son YouTube videosu bir milyondan artıq baxılıb və baxanların sayı getdikcə artır. Koloradoda qamakda yerləşdirilmiş itin şəkillərindən biri İnstagramda 50,000 “like” toplayıb. Sizcə onu belə məşhur edən nədir?

Daha ətraflı: Daha möhtəşəm selfi şəkillər üçün “selfie” çubuğunuzu götürün

Sahibi Kelly “Loki”ni bütün açıq havada sərgüzəştlərinə götürürmü

Düz orda sevgi © Kelly Lund

Sahibin özü ilə əlaqə yaratmaq çətin idi, belə ki, onun sahibi Kelly Lund “Loki”nin bu qədər azarkeşləri nə üçün olduğunu söylədi.

“İnsanlar itləri sevir”

Loki üçün gözəl həyat © Kelly Lund

“Bilirsiz, düşünürəm ki, o, insanları cəlb edir və insanlar itləri sevir,” deyə Kelly söyləyir. “O, çox xüsusidir; onun qanında canavar qanı var, belə ki, atası da canavar it idi və onun unikal şəxsiyyəti var.”

Loki hər bir şəkil üçün minlərlə “like”lar qazanır

Qardaşlıq sevgisi? © Kelly Lund

“Düşünürəm, hər kəs açıq havadan və bizim sərgüzəştlərdən ləzzət alır,” deyə Kelli söyləyir. “Bizim ən son YouTube videomuza baxın. Fikrimcə, Loki ilə mənim münasibətlərini insanlara görmək maraqlı olar”.

“Düşünürəm, insanlar Loki ilə mənim münasibətlərimi görməkdən zövq alacaq”

Loki qamakda istirahət edir © kelly Lund

Loki-nin İnstagram hesabı 2013-cü ilin noyabr ayında başlanıb və o vaxtdan etibarən böyüyür. Lakin, onun qamakdakı şəkili insanları həqiqətən cəlb etdi.

Kelly-nin dostları ona Lokinin şəxsi İnstagram səhifəsini açmağa tövsiyə etdilər

Kelly və Loki © Kelly Lund

Birinci Kelly öz səhifəsini Lokinin şəkilləri ilə doldurdu, sonra dostları ona Lokinin öz səhifəsini açmasını tövsiyə etdilər.

Cütlük “Rocky Mountains” dağlarında kempinqə gedir

Loki odun yanında istirahət edir © Kelly Lund

Kelly izah etdi: “İnsanlarin Loki üçün bir səhifə açmağımı istəmələri işimi çətinləşdirdi. Mən Vyominqdə idim və bir neçə əla şəkillər çəkəndən sonra düşündüm ki, “indi” elə bunu etmək vaxtıdır!”

Loki Koloradonun ətrafındakı səyahətdən zövq alır

Sərgüzəştlərdən birinə Lokinin dostu ona qoşuldu © Kelly Lund

Cütlük Kolorado səyahətində və “Rocky Mountains” dağlarında kempinq etməklə çoxlu vaxt keçirdilər. Lakin, cütlük həm də Amerikanın Şimali Qərbini, Nevada və Texasa səfər etdilər.

Kelly sərgüzəştlərinə “Loki”ni də götürür

Loki və Kelly istirahət edirlər © Kelly Lund

Kelly deyir ki, İnstagram səhifəsində məşhurluq şəkil çəkmə bacarıqları üzrə işləməyə səbəb oldu. O, deyir ki: “ Mən heç cür peşəkar fotoqrafçı deyiləm – mən sadəcə insanların görmək istədiyi itin sahibiyəm!”

"Mən sadəcə insanların görmək istədiyi itin sahibiyəm!"

Loki çayı keçdiyi yerdə © Kelly Lund

Məşğurluq Lokinin ağlınıbaşından almadığını eşitməyə şad olarsınız. Kelly söyləyir: “O, ictimaiyyətin mərkəzində deyil. Biz çox da ictimaiyyətdə deyilik! O, sadəcə mənimlə öz həyatını yaşayır və mənim etdiklərimi edir.”

read more about
Next Story