Bu şəxs kiçik qirokopterdə dünyanı səyahət etdi

Bu səyahətçini nə yanğınlar, nə də Tailandda təyyarənin qəzaya uğraması dayandıra bilmədi.
Norman Qrenlandiyanın buzlaqları üzərində uçur © Norman Surplus
By Will Gray

Yanan meşələr üzərində uçduqdan, nəhəng leysan yağışlarından canını qurtarandan, bir neçə damcı yanacaq ilə yerə endikdən və Tai gölündə az qala batdıqdan sonra Norman Surplus qirokopterlə Atlantik Okeanı keçən ilk şəxsə çevrildi. Lakin...

Xərçəng xəstəliyinə tutulması şokundan özünə gələn zaman baxdığı TV proqram onu bu addımı atmağa həvəsləndirdi. Belə ki, qlobal səyahət “Bowel Cancer UK” üçün pulu toplamaq məqsədilə təşkil edilmişdir. Bu səyahət uzun məsafəyə uçuş ilə yekunlaşdı, lakin Qrenlandiyanın barsız sahilində dövr etdikdən sonra o, Faro adasına yaxın bir yerdə burulğan dumanda az qala ilişib qalmışdır.

Daha ətraflı: 90 günə 90 marafon qaçan şəxslə tanış olun

Norman ‘Giroksun’ idarəsində

 

Norman Surplus Filippində uçur © Norman Surplus

Səyahət etməyə sizi nə həvəsləndirdi?
40 yaşımda məndə kolorektal xərçəng aşkar edilmişdir. Xoşbəxtlikdən mən sağaldım. Xəstəxanada olduğum müddətdə mən köhnə qirokopterin bərpası haqqına verilişinə baxdım və bu aparatda uçmağı qərara aldım təlimim zamanı öyrəndim ki, indiyə kimi Autogiro təyyarəsində dünya səyahətini etməyib. Belə, mən bunu “Bowel Cancer UK” proqramını dəstəkləmək üçün etməyə qərara aldım.

Ən xoşunuza gələn məqamlar hansılar idi?
Qrenlandiya və İslandiyada onlarla balinanı gördüyümüz kimi Sakit Okeanın sahilində sürətli qartalı və dağ silsiləsi möhtəşəm idi. Həmçinin, Yelloustoun Parkında püskürən qeyzerin üzərində uçmaqda əla idi.

Təxmini 40,000 km Surplus-un evi

Glen şəlalələri üzərindən uçma (Nyu York, ABŞ) © Krista Valla, Adirondack Images

Və ən qorxulu anlar haqqında necə?
Qrenlandiya sahilinin ətrafında uçma dəhşət qorxulu idi. Bu sadəcə normal bir şey deyildi! Landşaftı o qədər kobud və unudulmaz idi ki! Və sonra Şimali Atlantik Okeanını keçəndə Faroe adalarının yaxınlığında dənizin üzərində 300 fut (100 m) hündürlüyündə burulğan dumanda istiqamətimi itirmişdim. Bundan başqa, bundan əvvəl Myanmarda bütün əlaqələrimi itirdim, lakin xoşbəxtlikdən yanımdan keçən sərnişin təyyarəsi bütün mesajlarımı göndərdi!

Lakin, yəgin ki, ən pis məqam mənim Tailandda qəzaya uğrayıb suyun altında başı üstə tələyə düşməyim idi. Qalxdıqdan bir az sonra dayaz gölə enməli oldum, çünki hava şəraiti çox pis idi və təcili aşağıda yerləşən gərginlik xətlərindən qaçmaq ehtiyacı yarandı. Gölün dərinliyi bir metrdən aşağı idi, lakin təhlükəsizlik kəmərini açıb çıxarana qədər mən suyun altına getdim. Həmin vaxt mən qorxmadım, lakin sonradan şok keçirtdim.

O zaman səyahətiniz başa çatdı deyə düşündünüzmü?
Bəli, lakin Autoqiros möhkəmdir. Təyyarə çox pis zədələnmişdir, lakin yerli sakinlərin möhtəşəm köməyi ilə biz mühərriki yenidən işə saldıq. Təmirə görə mən doqquz həftə gözləməli oldum, lakin sonra üç həftə ərzində biz aparatı yenidən quraşdırdıq.

Bu adi aviasiya deyildi…

Sizin Avtoqironuz çox adidir, açıq kabini və məhdudlaşdırılmış alətləri var. Bu aparatda uçmaq nə deməkdir?
Bu gün ərzində istənilən hava şəraitində dörd-altı saat motosiklin üstündə uçmaq kimidir! Belə ki, isti havalarda uçmaq ləzzətlidir, soyuq havada isə deyil. Günəşdən eynəklərimin sağ qulpunun rəngi solmuşdur, çünki mən həmişə şərqə uçmuşam! Avtopilot funksiyası və həmkar pilotun olmadığı üçün uçmaq çətindir. Yəni, aparatı bütün vaxt fiziki olaraq özüm idarə etməli olurdum.

Ən böyük çətinlik nədən ibarət idi?
Şimali Atlantik okeanı keçmə. Bu Autoqiro təyyarəsinin ilk belə uçuşudur. Bütün bu dövr-aləm səyahəti “intensiv təlim” kimi səyahətə hazırlıq idi. Bu indiyə kimi texniki və əqli olaraq ən çətin hissə idi.

Kabinədə çox soyuq idi və işimi sona kimi çatdırmam üçün mənim 100 faiz inamım və əminliyimin olmalı idi. Hər hansı şübhə və ya həyəcana yer yox idi. Bu hisslər mənə gəlməyənə qədər onların əhəmiyyətini heç anlamırdım da! Kanadada Şimali Kvebekin nəhəng boşluğu ilə Böyük Britaniyaya qədər uçduğum nəhəng boşluq məni sanki hər kəsdən təcrid etmişdir.

Nəhayət doğma İrlandiyada enmə

Yaxşı növbədə nələri gözləyək?
“2015 FAI World Air Games” dünya hava oyunlarında TV ekspert olacağam və bütün uçuş üzrə hesabat kitab yazıram.

Və prezident Putin və ya Rusiya Federasiyasının FİB-i bu məqaləni oxuyub uçuş üçün lazımi icazəni verərsə mən yenə də dünya rekordunu qırmaq üçün dövr-aləm səyahətini etməyə hazıram…

FAKTLAR VƏ STATİSTİKA
Məsafə: 21,300 NM (39,450km)
Vaxt: 309 uçuş saatı
Güc: 115bhp
Hədd: Üç saatlıq standart; əlavə doldurulmuş yanacaqla yeddi yarım saat
Yanacaq: Müntəzəm qaydada 92–95 oktan qazolin və ya AVGAS 100 oktan
Maksimal sürət: 100 m/s (160 k/s)
Kreyser sürəti: 80mph (128kph)

MARŞRUT
Şimali İrlandiya – İngiltərə – Fransa – İtaliya – Yunanıstan – Misir –Səudiyyə Ərəbistan – Qatar – BƏƏ – Oman – Pakistan – Hindistan – Banqladeş – Myanmar – Tailand – Malayziya – Filippin – Yaponiya – (Rusiya icazəni verməyə imtina etdiyindən ABŞ-a gəmi ilə getdi) – ABŞ – Kanada – Qrenlandiya – İslandiya – Faroe adaları – Şotlandiya – Şimali İrlandiya.

read more about
Next Story