Macəraçı kimi səyahət etməyiniz üçün bələdçi

Qayıqçı Rafa Ortiz yola çıxmağı, çayı sevdiyi qədər sevir. Onun ən məhşur səyahət məsləhətləri.
Ortiz yola çıxmağa hazırlaşır © Red Bull Content Pool
By Laurie Snyder

Lottereya qazanan istənilən şəxsdən uduşla bağlı nə edəcəyini soruşun və səyahət mütləq onun siyahısında olacaq. Lakin səyahət etmək yalnız yenicə million qazanmış şəxslərlə məhdudlaşmır, baxmayaraq ki, özünüzü divandan qaldırmaq çox çətin ola bilər.

Qayıqçı Rafa Ortiz

Ortiz dünyanın bir neçə ən qorxulu sularında avar çəkib, lakin yeni Red Bull veb seriyalarında Ortiz gözlənilməz şəkildə ən çox Netflix heyranı olanları belə yola çıxmağa vadar edəcək praktiki məsləhətlərlə bölüşür. Dörd hissəli Yola seriyalarının birinci seriyasında Ortiz səyahəti necə planlaşdırmalı və nələri götümək kimi sadə şeylər barədə danışır.

Daha ətraflı: Qayıqçının 40m-dən düşməsini izləyin!

 

Rafa Ortizdən səyahət məsləhətləri

Məsləhət 1: Necə səyahət edəcəyinizi seçin

İlk növbədə necə səyahət edəcəyinizi düşünməlisiniz. Səyahət edəcəyiniz yeri özünüzə sual verməklə seçin, siz plyaja, meşəyə yoxsa digər bir yerə getmək istəyirsiniz. Həmçinin siz yaxınlıqda, öz ölkənizdə yoxsa xaricdə harasa getmək istəyirsiniz?

Bundan sonra tək və ya kiminləsə səyahətə çıxmaq istəyib-istəmədiyinizə qərar verin. Bütün bunlar sizin səyahətinizi necə keçirməniz və ondan nə dərəcədə zövq alacağınıza təsir edir.

Məsləhət 2: Pul faktoru

Düşünürsünüz ki, səyahət etmək çoxlu pul xərcləmək deməkdir ? Reallıq belədir: Pul bəhanə ola bilməz. Bir qədər araşdırma aparsanız çox ucuz səyahət edə biləcəyinizdən əmin ola bilərsiniz. Bundan başqa, ucuz səyahət etməklə siz daha uzun və ya daha tez-tez səyahətlərə gedə bilərsiniz.

Məsləhət 3: Səyahət məsləhətləri alın

Ola bilər ki, bu açıq-aydın bir şeydir, lakin bəzən ən yaxşı səyahət məsləhətini sizin dostunuz, ailəniz, və hətta tanımadığınız adamlar verə bilər. Və yaxud, təhlükəsizlik üçün siz bələdçi kitabla səyahət edə bilərsiniz. Sizə yerlilər kimi səyahət etməyə imkan verəcək həddən çox sayda səyahət bələdçiləri vardır.

Məsləhət 4: Son dəqiqə biletini əldə etməkdən qorxmayın

Təyyarə biletlərini qabaqcadan almaq yaxşı fikir olsa da, onların çox öncədən alınması sizə daha artıq pula başa gələ bilər. Hava yollarının endirimlərini gözləməyə çalışın, adətən onlar həftənin əvvəlində baş verir. Və yaxud son dəqiqə biletini gözləyə bilərsiniz.

Əşyaları Ortiz kimi necə toplamaq olar

Ortiz özü ilə hansı əşyaları götürür: Çox az © Rafa Ortiz / Red Bull Content Pool

Əşyalarınızın toplanması bəzən stressli ola bilər, lakin bir neçə əsas əşyanı özünüzlə götürməyin sizə strateji faydası dəyə bilər.
Hər zaman az əşya götürün

  • Daha yüngül əşyaları aşağı, daha ağırları üstdən qoyun
  • Paltarları qatlamaq əvəzinə bükün ki, onlar az yer tutsun
  • Əsas əşyaları səyahət çantasında saxlayın
  • Əşya toplamağa gəldikdə ən yaxşı məsləhət: hər şeyi kilidli çantada saxlayın!

Son qeyd: Səyahət zamanı təhlükəsizlik ən vacib məqamlardan biridir. Neçə yaşında olmanızdan asılı olmayaraq harda olacağınız barədə kimsəyə xəbər verin. 127 Saat filmini xatırlayırsınız? Ona görə də bir qədər ehtiyatlı olun.

read more about
Next Story