Amazon qayıqlarının kənarından 8 mənzərə

Tarran və Olie Amazonda avar çəkərək dəniz quldurlarından, silahlardan və günəşdən yaxa qutardı.
Olie və Amazon qürub zamanı © Olie Hunter Smart
By Will Gray

Nəhən 6,500 km-lik səyahət zamanı, Tarran Kent-Hume və Olie Hunter Smart dünyanın ən uzun çayı olan Amazonu mənbədən dənizə qədər təqib etdi.

Cütlük səyahətə piyada başladı, lakin çox da tanınmayan Qırmızı Ərazisindən- narkotik alverçiləri ilə sözləşərək – dəniz quldurlarından yaxa qutararaq, səyahəti başa vurmaq uçun qayıqla hərəkət etdi. Onlar qayığın kənarlarında çəkdikləri şəkillərlə bizə öz əhvalatlarını danışırlar.

Daha ətraflı: Marafonu geriyə doğru qaçan qız

Amazonun yolları həmişə aydın deyil

Olie xəritə ilə © Olie Hunter Smart

Tarran: Biz kanalları təqib etmək üçün xəritələrdən istifadə edirdik, lakin hər şey göründüyü qədər də sadə deyildi. Kanallar hər il yağışlı mövsümdə dəyişir və biz quraq mövsümün sonunda avar çəkdiyimizə görə, onlardan bəzilərinin tamamilə quruduğunu aşkar etdik. Bu da bizim səyahətimizə 20km əlavə etdi.

Olie: Bizə yardımçı olmaq üçün bələdçimiz də var idi, lakin bir məqam, düz dəniz quldurlarının ərazisində, o, tamamilə yoxa çıxdı! Biz günlərlə onu axtardıq, lakin o, başqa bir yolla getmişdi və sonra qərara gəldik ki, Pukallpaya qədər qayıq götürək, ora qədər bir həftə avar çəkmək lazımdır! Bu ən çətin məqam idi.

Ölüm Dərəsində ölümlə oynamaq

Komanda Ölüm Dərəsində © Olie Hunter Smart

Tarran: Qırmızı Ərazidə iki gün keçirəndən sonra Şeytan Dərəsinə çatdıq. Ərazinin çətinliyini nəzərə alaqraq burda dayana bilməzdik və günəş çox tez qürub edirdi. Xoşbəxtlikdən, biz çadırlarımızı qurmaq üçün qumlu ərazi tapdıq və yerli Ronderodan qoruna bildik.

Yerlilərlə dostluq

Tarran və yerli uşaqlar © Tarran Kent-Hume

Tarran: Peruda Dəniz Donanmasının yanında avar çəkərkən, uşaqlar mənim qayığıma tullandı. Onlar sahildən üzərək, qayıqdan yapışdılar və mənimlə birgə çaya düşdülər. Laki bir neçə dəqiqə sonra Donanma qayığı mənə tərəf üzərək, məni xilas etdi və donanmaza doğru yol aldı!

Fırtınaya doğru

Olie yaxınlaşan fırtınaya doğru avar çəkir © Olie Hunter Smart

Tarran: Dəhşətli bir elektrik fırtınası başlamaq üzrə idi. Rio Solimõesdə onlar çox baş verirdi. Biz bu fırtınaya bir saata qədər hazırlıq getdiyini gördük. Ondan əvvəl, su möcüzəli şəkildə sakit idi və birdən bu baş verdi. Külək qalxdı və çox böyük qum fırtınası qopdu. Su çox qəzəbləndi və işıqlanma da çox qorxunc idi. Heç zaman unudulmayacaq mənzərə idi!

Sakit sular – lakin həmişə deyil

Olie şüşəyəbənzər suyun üzərində avar çəkir © Olie Hunter Smart

Tarran: Bəzən çətin sulardan keçməli olurduq, lakin, məsələn Rio Ucayallidə olduğu kimi, çay demək olar ki, geriyə doğru axırdı. Çox gözəl mənzərə yaradırdı, lakin bu bizim qqyıqlarımızda avar çəkməyi kifayət qədər çətinləşdirirdi.

Ollie: Bu ərazidə mən heç də həmişə sakit deyildim. Bura dəniz quldurları ilə dolu idi- hətta Peru hərbisi onlardan qaçır. Bir məqam, onların qayıqlarından biri düz bizə tərəf yan aldı və atəş açdı. Çoxlu qışqırıq səsləri gəlirdi, lakin xoşbəxtlikdən onlar ötüb keçdilər. Düşünürəm ki, sadəcə bizə ilişmək istəyirdilər.

Kəndlilərdən ləzzətli yemək

Tarran izolyasiyada olan kəndə doğru avar çəkir © Tarran Kent-Hume

 

Tarran: Səyahətin sonuna bir həftə qalmışdı. Biz kiçik kəndlərə rast gəldik, onlar demək olar ki, suyun üzərində üzürdü. Burda yaşayan insanlar təzə krevetlər yetişdirirdilər. Onları duzlayır və qurudurdular və onlar çox dadlı idi!

Olie: Biz tez tez dayanırdıq və yerli insanlar bizə yemək, su və bəzən yatmağa yer verirdi. Biz çoxlu qutu yeməkləri və protein şeykləri yeyirdik, ona görə də bizə yemək verəndə çox yeyirdik.

Tarran: Lakin yemək heç də həmişə yaxşı deyildi. Dayandığımız yerlərdən birində, Asháninka qəbiləsi Masato adlanan içki təklif etdi. Bu içkinin qəbilənin qadınlarının Yukka bitkisini çeynəyərək sonra onu qaba tüpürərək, tüpürcəyin bu qabda buraxdığı fermentdən düzəldildiyini bildiyimdə bu içkidən artıq səkkiz stəkan içmişdim.

Manqra ağacında gecələmək

 

Olie manqra ağaclarının arasında © Olie Hunter Smart

Tarran: Atlantik okeanda sona yaxınlaşırdıq, lakin nəhən su axını bizi manqra ağacında gecələməyə məcbur etdi. Yenidən yola davam etmək üçün altı saat ağacda gözləməli olduq.

Olie: Nəhayət okeana yetişdiyimizdə finiş xətti yox idi- sadəcə dənizdən çıxdıq və kifayət qədər uzağa getdiyimizdən əmin olmaq üçün GPS-lərimizi yoxladıq! Biz yüngül şəkildə əllərimizlə bir birimizi təbrik etdik, lakin 15ft-luq dalğaların üzərində idik, ona görə də kifayət qədər qorxulu sonluq idi.

 

read more about
Next Story