Qarın üzərində səyahət üçün 9 ən möhtəşəm maşın

Nəqliyyat vasitələrindən tutmuş buz üçün nəzərdə tutulmuş idman avtomobillərinə qədər.
By Will Gray

Sınanılmış və etibarlığı qazanmış qar mobil qarın üzərində səyahətin ən yaxşı yoludur. Və ya bu həqiqətən mi belədir? Bütün dünyada bacarıqlı ixtiraçılar əyləncə üçün qar avtomobillərindən tutmuş vint-ötürücülü bədheybətlərə qədər ağ qarın üzərində hərəkət etmək üçün inanılmaz qəribə aparatlar yaratmışdır.

Aşağıda ən unikal, məzəli və funksional qar maşınlarının toplusu nəzərinizə çatdırılır…

Daha ətraflı: Dünyada 7 ən möhtəşəm buz mağarası

Skibob

Skibob © Helmut Plohberger

İstehsalçı: Stalmah/Brenter
Növ: Özüyeriyən velosiped
Güc: Bir nəfərlik
Dəyər: 1,200 Avro-dan başlayaraq (1,300 ABŞ dolları)
Möhtəşəmlik dərəcəsi: 7

Adətən, bu təkərlərin əvəzində xizəkləri olan velosipeddir və artıq o qədər məşhurlaşıb ki, rayderlər üçün dünya çempionatı belə keçirilir.

Konsepsiya 1949-cü ildə yaradılıb, dünyada isə 10 ildən sonra məşhurlaşıb. Rayder aparatı enişdən hərəkətə gətirmək üçün ayaqlarına əlavə bərkidilmiş iki xizəkdən istifadə edir.

www.skibob.org

Ripsaw EV2

 

Ripsaw EV2 © Howe & Howe

İstehsalçı: Howe & Howe Technologies
Növ: İki tırtıllı tank
Güc: 600 at gücü
Dəyər: 270,000 Avrodan başlayaraq (300,000 ABŞ dolları)
Möhtəşəmlik dərəcəsi: 10

İlkin olaraq hərbi məqsədlər üçün tikilmiş bu yüksək sürətli super tank yüksək səviyyəli özəl müştərilər üçün satış məhsuluna çevrilmişdir.

3.5 tonlu maşın 6.6 litr dizel mühərrikini istifadə edir, onun sıfır dərəcəli dönüş dairəsi var və o, 75 dərəcəli meylə dırmaşa bilər. Onun sürəti 104 km/s-dır və onun rezin tırtılları istənilən səthdə tez sürətlənir.

www.howeandhowe.com

TH!NK Frost

 

TH!NK Frost

Dizayner: Anders Qlosli
Növ: İdman avtomobili konsepsiyasını ehtiva edir
Güc: naməlumdur
Dəyər: naməlumdur
Möhtəşəmlik dərəcəsi: 10

Layihəsi bir tələbə tərəfindən Norveç elektrik maşın şirkəti tərəfindən hazırlanmış bu maşın nə vaxtsa hazırlandığı halda sırf idman avtomobili olardı.

Onun asimetrik gövdəsi işıqlandırma sistemlərini gizlətmək üçün “çatları” istifadə etməklə buz formasiyalarını təqlid edir, təkərləri radikal üçbucaq şəkilli tırtıllarla əvəz edilir və “məlumat şlanqı” sürücüyə hava haqqında məlumat verir.

www.diseno-art.com

Mountain Horse

 

Mountain Horse © Timbersled.com

İstehsalçı: Timbersled
Növ: Kross motosikleti
Güc: Kross motosikletindən asılıdır
Dəyər: 4,850 Avrodan başlayaraq (5,300 ABŞ dolları) üstəgəl kross motosiklet
Möhtəşəmlik dərəcəsi: 8

Bu komplekt adi kross motosikletini qar motosikletinə çevirmişdir və motokross rayderlərinə 104 km/s sürətlə yamacı kəsərək dırmanmağa imkan verir.

Qar mobilinə dəyişikliklər etmək ideyasını Allen Maqnum vermişdir. Qar mobildən fərqli olaraq motosiklet manevr etmək üçün daha asan və yüngüldür. Satışa buraxıldıqdan beş il sonra bu aparat yeni idman növünün yaranmasına və minlərlə azarkeşlərin peyda olmasınaş səbəb oldu.

www.timbersled.com

Snowbird 6

 

Snowbird 6 © icechallenger.com

İstehsalçı: Stiv Bruks və Qraam Stratford
Növ: Arximedin vint nəqliyyatıdır
Güc: məlum deyil
Dəyər: məlum deyil
Möhtəşəmlik dərəcəsi: 6

Bu nadir vintlə hərəkətə salınan maşınlar ilk dəfə 1960-cı illərdə Rusiyanın kosmik agentliyi tərəfindən “Star City” kosmonavtlarını donmuş Sibirdən sağaltmaq üçün yaradılmışdır.

Bu versiya 2002-ci ildə Berinq Dənizini keçmək üçün istifadə edilmişdir. Səyahət zamanı aparat suyun üzərində üzürdü, aysberqlərə dırmanırdı, bərk buzun və parçalanmış buzun üzərindən keçirdi. Və bu -40ºC temperaturdan aşağı baş verirdi.

Arctic airboat

 

Arctic airboat © Henrik Paersch

İstehsalçı: Airboats
Növ: Yüngül qayıq
Güc: 70 at gücü
Dəyər: 38,600 Avro (42,000 ABŞ dolları)
Möhtəşəmlik dərəcəsi: 7

İnqilab edilmiş bu qayıq “Everglades” əyləncə gəmisinin SAS versiyası kimidir və buzun üzərində 100 km/s sürətə çata bilər.

Unikal yeni tikinti texnikasını istifadə etməklə polietilendən hazırlanmış bu aparatın uzunluğu 4 metrdir, çəkisi cəmi 250 kq olmaqla 3 ülgücü olan karbon lifli ventilyatorlarla işə salınır. Bu maşın Finlandiyalı yanğın briqadaları və özəl müştərilər tərəfindən istifadə edilir.

www.airboats.fi/

Snow Crawler

 

Snow crawler © Michal Bonikowski

İstehsalçı: Mihal Bonikovski, Mindsailors
Növ: Qar mobil konsepsiyası
Güc: naməlumdur
Dəyər: naməlumdur
Möhtəşəmlik dərəcəsi: 8

Bu qar mobilin gələcəyidir? Kabinada əyləşin, elektrik mühərriki və üçbucaq şəkilli tırtılları işə salın və özünüzü sanki Ceyms Bondun yeni aparatında hiss edəcəksiniz.

Mütləq reallığa çevrilməli təmiz bir konsepsiyadır.

mindsailors.design

Snow Glider

 

Snow glider © Roman Subar

İstehsalçı: Vaklav Zahradka
Növ: Ventilyatorla işə salınan xizəkli nəqliyyat
Güc: Ventilyatorun ölçüsündən asılıdır
Dəyər: 8,000 Avro-dan başlayaraq (8,700 ABŞ dolları)
Möhtəşəmlik dərəcəsi: 8

Çexiya Respublikasından ata və oğuldan ibarət komanda tərəfindən yaradılmış bu yüngül nəqliyyat vasitəsi 120 km/s sürətlə qarın üzərində sürüşə bilir.

Cütlük konsepsiyalarının ətrafında idman abı-havasını yaratmağa çalışır və aparatlarını artıq xizəkçilərin qaldırılmasında və yüksək sürətli yarışlarda sınayıblar. Yaxınızdakı yamaca yaxınlaşır? Bu fəzaya nəzər salın.

www.snowglider.vyrobce.cz/

Antarctic Snow Cruiser

Antarctic snow cruiser © Leslie Jones, Creative Commons License

İstehsalçı: Armour Institute of Technology, Çikaqo
Növ: Qalın təkərli komanda transportyoru
Güc: kifayət deyil
Dəyər: 150,000 ABŞ dolları (1939-cu il)
Möhtəşəmlik dərəcəsi: 4

Bu 37 tonluq 16.7 metr uzunluğu olan bədheybət maşın hazırda Antarktikada itkin düşüb – potensial olaraq buzun altında və ya okeanın dibindədir.

1939-cu ildə onu cənuba doğru götürdülər, lakin bu maşının çatlaqları keçmək üçün nəzərdə tutulan dörd 3m hündürlüyü olan hamar təkərləri, ilişməsinin olmaması və dizel-elektrik mühərriki kifayət deyildi. Buna görə də maşın sonra statik komanda stansiyasına çevrilmişdir.

Next Story