Smartfon vasitəsilə çəkilmiş şəkillər

Macəra axtarışında olan fotoqrafların mobil telefon vasitəsilə çəkilmiş inanılmaz şəkilləri.
By Alison Mann

Mobil telefon kameraları hər kəsə istədiyi an şəkillər çəkməyə imkan verir. Lakin, həqiqətən də möhtəşəm şəkilləri çəkmək üçün istedad və təcrübə lazımdır (smartfon və ya rəqəmsal bir obyektivli kameranı istifadə etməyinizdən asılı olmayaraq).

“Red Bull Illume” ekşn və macəra idman fotoqrafiyası yarışı yeni mobil kateqoriyaya start verdi. Kanadada avar çəkmədən tutmuş Norveçdə buza dırmanmaya qədər bu möhtəşəm mobil şəkilləri ilə siz də tanış olun. Onların mobil telefonu vasitəsilə çəkildiyinə inanmaq çətindir. Burada, ekspertlər hər bir şəkil arxasında baş vermiş əhvalatlarla bölüşür.

Daha ətraflı: Möhtəşəm şəkilləri çəkən macəra axtarışında olan həkim

Buza dırmanma təcrübəsi

 

Arktik dairədə dırmanma © 2012 Nokia Corporation/Ray Demski

Kim: Ray Demski
Avadanlıq: Nokia Lumia 1020
Şəkil: Ray Demski “Borealis” səhər şəfəqini çəkməyi və dostu və alpinist Aleks Lugerin layihəyə qoşulmasını arzulayırdı. Cütlük Arktik dairədə yerləşən Lingenə (Norveç) yollandı. İki-həftəlik səyahət zamanı onlar -35C dərəcədə səfər şəfəqi üçün bir neçə gecə gözlədilər. Gündüz və qürub zamanı o, şəkilləri çəkmək üçün Lumia-dan istifadə edirdi. O, layihə haqqında bunları söylədi: “Mən yekun şəkillərlə məmnunam və bu macəranı reallığa çevirdiyi üçün möhtəşəm komandaya minnətdaram.”

Atmosferə piyada ekskursiya

Trolltunga, Norveçdə piyada gəzinti © Atle Rønningen

Kim: Atle Ronningen
Avadanlıq: iPhone 6 və VSCO kamerası
Şəkil: Atle deyir: “Norveçdə Trolltunga (Trolun dili kimi tərcümə olunub) mənim siyahıma daxil olmuşdur. Beş saat tələb edən 11 km və təxmini 30,000 addımdan sonra mən lap kənara yaxınlaşaraq mənzərədən zövq aldım. Şəkili ona görə bəyənirəm ki, onda yaxşı xatirələr əks olunur, özüm üçün isə bu səyim nəticəsində əldə etdiyim bir mükafatdır. Landşaft inanılmaz dərəcədə gözəldir və miqyas hissini yaradır.”

Everestə çatma

Kala Patthar zirvəsi, “Pomori Base Camp” düşərgəsi © Stephen Alvarez

Kim: Stefen Alvarez
Avadanlıq: Nokia Lumia 1520
Şəkil: “National Geographic” fotoqrafı Stefen Alvarez Dünyanın təbii möcüzələrinin mobil telefonla çəkmək üçün missiyaya başladı. Bu şəkil Kala Pattharın (Nepal) zirvəsindən çəkilib. Stefan şəkilin çəkildiyi gün haqqında danışır: “Bu arada qısa gözəl anları olan uzun, soyuq, miskin bir gün idi. Hər şey yaxşı başlamışdır. Kala Patthar-dan təmiz səma altında təxmini 06:30-da yola düşdük. Böyük insan qrupları ardımızca gəlirdi. Stefendən bir məsləhət: “Landşaftınızda insan miqyas hissini verir və seyrçiyə kiminləsə həmrəy olmağa imkan verir.

Paraplanı tapın

Telefon batareyanızı həmişə dolu saxlayın © Austin Mann Photography

Kim: Osten Man
Avadanlıq: iPhone 6S
Şəkil: Bu şəkil İsveçrədə çəkilmişdir. Osten Man şəkil haqqında deyir: “Loterbrunnen vadisində həftələrlə gəzdikdən sonra sizdə onu sanki tanıdığınız hissləri oyanır, lakin paraqlaydinq tam yeni bir perspektiv və İsveç Alplarında bu xüsusi rayonu qiymətləndirdiyin hissləri gətirir. Dünyanın aparıcı paraqlayder və basejumper-lərin evi sayılan bu yerdə ekstremal sərgüzəşt sevərlərin zəngin mədəniyyəti ilə tanış olmaq şərəf idi.” Həmçinin, Ostin səyahət zamanı video da çəkmişdir. Ostin haqqında daha ətraflı məlumat üçün buraya daxil olun.

Avarların şəkilinin çəkilməsi

White Cliff Islands, Kanadada dəniz avar sürmə © Michael Clark/Red Bull Photography

Kim: Maykl Klark
Avadanlıq: Nokia Lumia 930
Şəkil: Maykl Klark bu şəkili Vankuver adasına səyahətdə dəniz avar çəkməsi səyahəti zamanı çəkmişdir. Şəkil haqqında onun fikirləri: “Keçən il təyinat üzrə “Red Bull Photography və Nokia” üçün şəkil çəkən zaman mənim Nokia 930 mobil telefonu vasitəsilə çəkmək şansım yarandı. Bu telefon vasitəsilə 20MP xam şəkil faylı və 4K video çəkmək olar. Co Nodel və Toni Hoare-nin şəkilini çəkmək üçün onlar qürubda iki kiçik ada arasında avar çəkməli oldular. Və biz burada rənglərlə isti/soyuq effektini əldə etdik. Kameranın fokusunu seçmək ekrana toxunmaq qədər asan idi və biz onların kameradan uzaqlaşdığı və kameraya yaxınlaşdığı zaman bir neçə şəkilini çəkdik. Xam şəkil fayllarının işləmə qabiliyyətinin olması yekun şəkil üçün çox faydalı idi. Düzünü desəm, mobil telefon vasitəsilə çoxlu şəkil çəkmirəm, lakin deməliyəm ki, bu mobil telefon vasitəsilə çəkdiyim ən yaxşı şəkildir.

read more about
Next Story