Bu 7 ən soyuq məkanda keçirilmiş qaçış yarışıdır

Cənubi qütb, şimali qütb – yer kürəsində bura kimi başqa bu dərəcədə soyuq məkan yoxdur.
By Alison Mann

Marafon və ya bundan artıq yarışlarda iştirak sizi özünüzdən çıxara bilməz. Amma bunları -40C etsəniz? Burada ən ekstremal şəraitdir.

Biz ən sümüklərə qədər soyuq qaçış yarışlarını tapdıq və onlar kifayət qədər dondurucudur.

Buna görə də ən isti paltarlarınızı götürün və bu buzlu, ekstremal yarışlara nəzər salın.

Əgər qaçış sizi də həvəsləndirirsə o zaman hər il may ayında dünyanın hər yerində baş verən “Wings For Life World Run” yarışı ilə tanış olun.

Daha ətraflı: Dünyanın yeddi ən mürəkkəb qış yarışı

1. Dünyanın ən yuxarı nöqtəsində qaçış

“North Pole Marathon” marafonuna girişmək © North Pole Marathon

Yarış: North Pole Marathone (Şimal Qütb Marafonu)
Məkan: Adından hər şey bəllidir, Şimal Qütb
Temperatur: -25C - -40C arasındadır, lakin külək olanda -60C-a çata bilər
Bunu nə zaman edə bilərəm? 2017-ci il aprel ayı üçün qeydiyyat elə indicə açıldı
Şaxta vurma amili: 9

”Şimal qütbdə qaçmazdan əvvəl bir çox şeylər nəzərə alınmalıdır – ağ ayının hücumu, çox şiddətli külək və orada faktiki olaraq heç bir torpağın olmaması faktı. Təşkilatçı və Şimal Qütb Marafonunda ilk qaçan şəxs Riçard Donovan söyləyir: “İştirakçılar üçün ən böyük çətinlik ayaqları altındakı şərait və şiddətli soyuqdur. Təşkilatçı olaraq mən həmçinin ağ ayının hücumunu da nəzərə almalıyam və belə hadisə baş verdiyi halda orada silahlanmış mühafizə var, yəni onlar ayıları qorxudacaqlar. Bundan başqa, Şimal Qütbdə torpaq yoxdur, iştirakçılar okean səthini örtmüş buzun üstündə qaçırlar və mən əmin olmalıyam ki, iştirakçılar ocean suyuna yol açan buzda olan dəlikləri yan qaçırlar.

2. Dünyanın aşağı nöqtəsində qaçış

 

“Antarctic Ice Marathon” ən cənubda keçirilir © Antarctic Ice Marathon

Yarış: “Antarctic Ice Marathon” marafonu
Məkan: 80 dərəcə cənub, Şimal qütbündən cəmi bir neçə yüz mil məsafədə
Temperatur: -20C və güclü katabatik küləklərin olma ehtimalı
Bunu nə zaman edə bilərəm? 2017-ci il, noyabr ayı üçün qeydiyyat açıqdır
Şaxta vurma amili: 8

Cənubi qütbdə qaçış bir neçə formada ola bilər – noyabr ayında marafon və yarım marafon. Bu Arktikada keçirilən yeganə marafondur. O zaman hər bir kontinentdə marafonda iştirak etmək hər bir kəs öz qış eynəklərini götürərək Çilidən “Union” buzlağına (Antarktika) uçan özəl təyyarəyə minsin.

3. Artikada “Ultra” qaçış

6633-də həddindən artıq çətin iş © 6633 Ultra Marathon

Yarış: 6633 Ultra
Məkan: Eagle Plains, Yukon, Kanada-dan Tuktoyatuk-da Arktik okean
Temperatur: Səciyyəvi olaraq -30 və -40 dərəcələri, lakin ən soyuq temperatur -52 olub, 2008-ci ildə yarış zamanı soyuq külək səbəbindən temperatur -78C-ə düşmüşdür
Bunu nə zaman edə bilərəm? 2016-ci ilin mart ayı
Şaxta vurma amili: 8

Bu yer kürəsində ən soyuq, ən küləkli və ən ekstremal ultramarafonlardan biridir. Bu Arktika dairəsinin xəttini keçməklə 120 və ya 350 mil məsafədə olan fasiləsiz, hər bir şeylə təmin edilən yarışdır. Burada tək qaçmaq kifayət etməz, iştirakçılar həm də yeməkləri, bişirmək üçün alətləri və paltarları ilə yüklənmiş kirşələrini daşımalıdırlar. Yarış təşkilatçıların sözlərinə görə yarışı keçirildiyi yeddi il ərzində qeydə alınmış ən soyuq temperatur İnuvikdə -52C və “Wright Pass”da külək səbəbindən -78C olmuşdur.

4. Ən soyuq şəhərlərindən birində qaçış

“Hypothermic Half”da donmuş qaşlar © Kelly Morton Photography

Yarış: “The Hypothermic Half Marathon” marafonu
Məkan: Kanada-da boyunca, lakin ən soyuq məkan Vinnipeq, Manitoba-dır
Temperatur: Keçən il soyuq külək səbəbindən -47C
Bunu nə zaman edə bilərəm? Manitoba, 7 fevral 2016-cı il, lakin yarış yanvar ilə mart arasında keçirilir
Şaxta vurma amili: 8

Keçən il temperatur -47C idi, lakin buna baxmayaraq dondurucu yarım marafonda 500 nəfər iştirak etmişdir. Yarış Vinnipeq, Manitoba-da keçirilir. Bu yer isə soyuqluğu ilə məşhurdur! Hətta NASA Mars-ın bir hissəsini soyuq şəhərin adını verib. Bu qırmızı planetdə temperatur şəhərdə olan temperaturla eyni olandan sonra baş Verdi.

5. Antarktikada 100km qaçış

Kristian Şiester “Antarctic Ultra” yarışında © Jürgen Skarwan

Yarış: “The Antarctic Ice Ultra” yarış
Məkan: Şimali qütb
Temperatur: -20C
Bunu nə zaman edə bilərəm? 2017-ci ilin yanvar ayında 100 km üçün qeydiyyat açıqdır
Şaxta vurma amili: 10

Bu cənub qütbdə yeganə 100 km-dır və bu ən dözümlü idmançılar üçün yarışdır. Kristian Şister (şəkildə) 2007-ci ildə 19 saat 58 dəqiqə 14 saat nəticə ilə yarışda qalib gəlmişdir. Bu çox uzun yerişdir, Antarktikanın böyüklüyünü götürsək 100 km sonsuz görünür və burada günəş heç vaxt batmır.

6. Sibirdə qaçış

İştirakçılar “Siberian Ice Marathon”da yarışırlar © Semenkova Uyla/Siberian Ice Marathon

Yarış: “Siberian Ice Marathon” yarışı
Məkan: Sibir
Temperatur: Qeydə alınmış ən soyuq temperatur -32C olmuşdur
Bunu nə zaman edə bilərəm? 2016-cı ilin yarım marafon 7 yanvarda keçirilmişir, lakin növbəti tarixləri öyrənmək üçün internet səhifəyə daxil olun
Şaxta vurma amili: 8

Yarış direktoru İnna Çernoblavskaya yarış (yarım marafon və marafondan ibarət) haqqında söyləyir: “ Bizim bütün dünyadan iştirak edən 800-900 qaçanlarımız var. Yarışımıza hazırlaşmaq üçün hər bir iştirakçının öz üslubu var. Lakin, ən maraqlısı fabrikanın soyuducularında məşq etmək idi. Bizim bu yolla hazırlaşan İsveçrədən bir qrup idmançımız var idi!

7. Maneələr və dondurucu temperatur

Özünə əminsən? O zaman soyuq su, buza hazır ol... © Chris Royle / Colorsport

Yarış: “Tough Guy”
Məkan: Böyük Britaniya
Temperatur: Mənfi dərəcələr, lakin siz həm də islanırsınız
Bunu nə zaman edə bilərəm? 31 Yanvar, 2016-cı il
Şaxta vurma amili: 9

Bu dondurucu temperaturda maneələrlə olan bir qaçışdır. Bu yarışa bu ad “Tough Guy” səbəbsiz qoyulmamışdır. İştirakçılar 200 maneəni keçməlidir, o cümlədən soyuq suda üzməlidirlər. Bu yarış sizin ruhunuzu və həddindən artıq soyumanın qarşısını alma bacarığınızı yoxlayır. Bir yarışdan sonra artıq 600 nəfər iştirak etmək arzusunda idi!

read more about
Next Story