Rio de Janeyro üzərində dəhşətə gətirən tullanma

Rio dünyanın ən möhtəşəm şəhərlərindən biridir. Bu şəhəri onu heç vaxt görmədiyiniz tərzdə görün.
By Josh Sampiero

Rio (Braziliya) gözəl çimərlikləri ilə tanınır və bu il yay oyunlarına ev sahibliyi edəcək. Bu video-da bunların heç biri əks etdirilməyib, lakin biz tam əminik ki, siz bunları bəyənəcəksiniz.

“Skydiver” və “wingsuit” pilotu Joke Sommer skydiver yolaşı Piter Mazzetta və fotoqraf Aleks Aimard ilə birgə şəhərə gəliblər. Onların məqsədi vertolyotdan mümkün qədər çox tullanmaq idi. Bəs nəticə? Deməliyik ki, biz bu tullanmaları fenomenal hesab etməliyik.

Rio-nun dünyanın mütləq görülməli yerlərdən biri nə üçün olduğunu öyrənmək üçün aşağıdakı videonu izləyin.

Daha ətraflı: İsveçrənin üzərində sinxron şəkildə skydiving

Gözəl Rio-nu yuxarıdan görün

Bəs burada ən böyük çətinlik nə idi? Səmimi cavab: heç nə. Bu Sommer və dostları üçün arzuladığı bir səyahət idi – gözəl hava, vertolyotdan asan tullanmalar, oynamaq üçün kifayət qədər hava və bu gözəl mənzərə. Bu günəşin xeyir-duası olan, qumlu çimərliyi və duzlu dənizi olan bir gözəllikdir. Buyurun baxın və zövq alın! #Instalife baby!

Hashtag #nofilter

Helikopterə giriş və tullanmaq üçün əla şəraitlər inanılmaz şəhər üzərində uçmaq üçün uşaqlara kifayət qədər vaxt verdi. Bəs çimərliyə enmələr oldumu? Əlbəttə, oldu.

Braziliya gözəlliyi

Bəyəndiniz? Ardını gözləyirsiniz? O zaman Sommer-in inanılmaz Lauterbunnen (İsveçrə) üzərində freeflight uçuşu haqqında video-nu izləyin. Əgər bu video-ya baxdıqdan sonra siz yenə də uçmaq istəməsəniz o zaman sizdə bu hissin nə oyada biləcəyini bilmirik.

Next Story