Buzun altına dalmaq üçün 6 inanılmaz məkan

Zəncirvari mişarı gətirin və aysberqlər, gəmi qırıntıları və balinalar dünyasına daxil olun.
By Brooke Morton

Skubadiving kimi heç bir idman növü vaxtın bu qədər izlənilməsini tələb etmir. Buzun altına dalma isə bu məhdudiyyətin həyat və ölüm arasındakı təbiətini gücləndirmir. Bu idmanda siz potensial olaraq sizi qütb sulara tələyə salan donmuş qata görə nəinki istədiyiniz yerdə səthə qalxa, həm də bu ekstremal şəraitdə hər bir dəqiqə sinir sistemini zədələməsi və həddindən artıq soyuma ilə əlaqədar bədənə zərərin dəyməsi ehtimalını artırır. Lakin, bütün bunlara baxmayaraq qərar qəbul etsəniz siz şəffaflığın 60 metrə qədər davam edən aysberqlərin inanılmaz gözəlliyinin şahidi ola bilərsiniz.

Daha ətraflı: skuba dalma üçün altı ən yaxşı məkan

Buzun altında çimərlik paltarında

Bəli, o çimərlik paltarında buzun altına dalır! © Pekka Tuuri

Məkan: “Päijänne” gölü, Finlandiya
Səbəb: Lərzə həyəcanın axtarışında
Təhlükəsizlik səviyyəsi: 8

Doktorlar Fransa freedayver Klo Villaume-ni onun çimərlik paltarında buzun altında 2°C suda sinir sisteminin soyuq şəraitdən zədələnməyə qədər yalnız üç dəqiqə qala bildiyini xəbərdarlıq etdilər. Buzun altında üzmələrlə məşhur olan Stig Severinesen həm də onu huşunu itirə bildiyi haqqında xəbərdarlıq etdi.

“Bəli risk var idi, amma mən bu haqda düşünmədim,” deyə o, söyləyir. Onun və səthdə beş nəfərdən ibarət komanda arasında bağ var idi və fövqəladə vəziyyətdə həmin komanda 10 saniyə ərzində Klo-nu suya çıxara bilərdi. Villaume-ə gəldikdə isə üzmə onun üçün sadəcə təkrar xarakter daşıyırdı. “Bu mənə adrenalin verdi – sonra özümü həqiqətən də yaxşı hiss etməyə başladım.”

Kanadanın buzunda dəliyin açılması

Buzun altında necə daxil oldunuz? Dəlik açmaqla © Jo-Ann Wilkins

Məkan: Morrison's Quarry, Wakefield, Kvebek, Kanada
Səbəb: Buzun altına dalma bacarıqlarımın təkmilləşdirilməsi və dalğıcların qarı təmizləməklə yaratdığı dizaynlardan məftun olun
Təhlükəsizlik səviyyəsi: 4

Buzun altına dalma metodik əzələ yaddaşını formalaşdırır, lakin ilk öncə duyma qabiliyyətini də inkişaf etdirir. “Mən qorxurdum ki, suyun altında qaranlıq olacaq,” deyə sualtı fotoqraf Co-Ann Uilkins söylədi. “Bunun əvəzində, burada işıqlıdır.”
Mühitə öyrənəndən sonra siz bədəniniz və xılaskarınız və səth arasındakı bağlar sisteminə alışmalısınız.

“Səthdə olan bir nəfər bağı dartır və sizdən yaxşı olub-olmadığınızı soruşur və sizdə ona cavab olaraq bağı dartırsınız,” o, deyə söyləyir. Ulkins deyir ki, ən böyük fəlakət dalğıcın bağı geri dartmayanda olur: “Bu məqsədlə səthdə tam hazır vəziyyətdə dalğıc olur və o, suya tullanıb itkin düşmüş dalğıcı axtarmağa hazırdır.”

Buzun altında gəmiləri görmək

Yarım ildir ki bu qalıq buzun altındadır © Jerzy Kowalczuk

Məkan: Fathom Five National Marine Park, Tobermory, Ontario, Kanada
Səbəb: Gəmi qalıqlarının aşkarlanması, misal üçün, “John & Alex” balıq gəmisi
Təhlükəsizlik səviyyəsi: 8

Buz qırılanda ən böyük dəstək hava kanalı ola bilər. Buna hazır olmağın ən yaxşı yollu hava şəraitləri haqqında öyrənməkdir. “On beş mil çox uzaqdır,” deyə sualtı fotoqraf Cerzy Kovalchuk söyləyir. Güclü küləklər buzlaqları bir istiqamətdə yönləndirir. “Və sonra siz çıxışsız bir vəziyyətə düşürsünüz. Bu baş verəndə, üzməyi davam edin və qarşınıza çıxan buzu itələyin,” deyə Kovalçuk söyləyir. “Bəzən insanlar düşünür ki, buzun altında üzmə asandır, lakin bu belə deyil. Bu daha da təhlükəlidir.”

Beluqa balınası ilə rastlaşma

Bu beluqa balinasıdır © Franco Banfi

Məkan: Ağ Dəniz, Rusiya
Səbəb: Üz-üzə beluqa balinası ilə gəlmə
Təhlükəsizlik səviyyəsi: 5

Ağ Dənizin Rusiyaya aid hissəsində buzun qalınlığı bəzi yerlərdə beş futa çata bilər, lakin Kandalakşa şəhərinin yaxınlığındaki su ərazisi heç vaxt donmur: Nəfər almaq üçün çoxlu beluqa balinaları davamlı olaraq səthə qalxır və beləliklə də suyun donmasının qarşısını alır. Burada, risk suyun özündə deyil, artıq bu balıqlardadır. Ən böyük təhlükə isə bir kilometr məsafəyə snoumobayl ilə səyahətdir.

“Bura rahat deyil, çünki buzun parçalanmağa başlayanda siz artıq kirşə ilə tullana-tullana gəlməlisiniz,” deyə sualtı fotoqraf FrankoBanfi söyləyir. “Daha böyük problem isə qarın buzda kəsikləri örtməsidir,” deyə o, söyləyir. Buna görə də o, sahəyə yalnız təcrübəli yerli dalğıcları ilə səyahət edir. Banfi-nin sözlərinə görə: “ Bu yerə tək getsəniz siz həmin kəsiklərin üstündən keçəcəksiniz və beləliklə də suya düşə bilərsiniz.”

Qrenlandiyada aysberqlərin altında

Suyun altında nəhəng, nəhəng aysberqlər © Tobias Friedrich

Məkan: “Tasiilaq” fyordu, Qrenlandiya
Səbəb: Aysberq incəsənəti haqqında qalereya
Təhlükəsizlik səviyyəsi: 9

“Burada hələ heç kəs dalmayıb. Buna görə də, bu yerin dalma xəritələri mövcud deyil,” deyə Qrenlandiyanı sualtı fotoqraf Tobias Fridrih söyləyir. Qrenlandiya dünyanın ən böyük və ən təhlükəli aysberqlərin evidir.

Ən böyük təhlükə dağılan aysberqdir. “Biz yalnız kiçik aysberqlərin yanında üzürük. Böyük aysberqlər təhlükəlidir,” deyə o, söyləyir. Hər birinə yaxınlaşanda Fridrih vizual olaraq çıxıntıları, körpüləri və çatları yoxlayır.

Lakin, bu yaranan parçaların daimi olaraq çatlaması və parçalanması onlara gözəllik verir. “Siz bir aysberqin yayında üzə bilərsiniz və siz həmçinin növbəti gün onu yenə də görməyə gələ bilərsiniz, lakin onun əvəzində tamamilə yeni bir parçanı görə bilərsiniz. Bu möcüzədir.”

Sualtı buz kanalını keçmə

İsveçrədə buz tunelləri © Franco Banfi

Məkan: “Sassolo” gölü, İsveçrə
Səbəb: Sualtı tunellərinin kəşfi
Təhlükəsizlik səviyyəsi: 8

“Bu kimi aysberq istənilən vaxt dağıla bilər, “ deyə sualtı fotoqraf Franko Banfievinə yaxın yerləşən şirin sudan yaranmış aysberqlər haqqında söyləyir. Əridilmiş və oyulmuş toxunulmaz qardan hazırlanmış, lakin həm də qırılmasına səbəb olan tunellər dalğıcları tələsdirirdi.

Buna görə də. Banfi-nin modeli sürətli şəkildə pozaya durmalı oldu. Çünki 30 saniyə ərzində tunel dağıla və dalğıc qar və buz qatışığından olan uçqun dalğıcı altında qala bilər.
“Adətən, siz çatın əmələ gəlməsi anı eşidə bilərsiniz, lakin bu həmişə belə olmur” deyə Banfi söyləyir. “Və siz bunu eşidərsinizsə artıq bu çox gec olduğu deməkdir.”

read more about
Next Story