4,000 BASE tullanmanı kim yerinə yetirib? Bu şəxs

Maylz Daişer dünyada ən çox “BASE”tullanmalarını yerinə yetirib. Artıq bu rəqəm 4,000-ə çatıb.
By Kevin McAvoy

Maylz Daişer Red Bull Air Force komandasının veteranıdır və onun 20 il skaydayvinq təcrübəsi var. Bu yaxınlarda o, 4000-ci BASE tullanmasını yerinə yetirib və aşağıda bu təsir doğuran bu dönüş nöqtəsi haqqında bir qədər bizimlə paylaşır.

Daişerin 4,000-ci “BASE” tullanması ilə bu subyektiv kamera ilə çəkilmiş video-da tanış olun:

© Christian Pondella/Red Bull Content Pool

İlk “BASE” tullanmanızı nə zaman etmisiniz?
27 iyul 1997-ci il mənim ilk dəfə idi və qarmaq, xətt və sinkerdən ibarət idi. Düşündüm ki, “Bu edə biləcəyiniz ən möhtəşəm bir işdir və bunu mütləq davam etdirmək lazımdır. “Pilot uçuş saatlarını necə qeyd edirdisə tullanmalarımı o cür qeyd edirdim ki, etdiklərimdən öyrənə bilim. Buna görə də tullanmalarımındəqqi sayını bilirəm və 4000-ci tullanmanı Moab-da həyata keçirtdim. 4000-ci tullanmanı məhz burada etmək yaxşı idi, çünki bir çox tullanmamı İdahoda “Perrine” körpündən etmişəm. Düşünürəm ki, elə təkcə körpüdən 3,000 tullanmanı yerinə yetirmişəm. Buna görə də, 4000-ci tullanmamı buradan etmək istəmədim. Bu çox gözəl bir yer idi və Moabda “BASE” tullanmalarına qanunu olaraq icazə verilir.

Siz bəs digər tullananlarla özünüzü müqayisə etmisinizmi?
Dünyada, mən başqa bir nəfər də 4,000 tullanmanı həyata keçirib. İkinci yerdə Mauritzio De Palma dayanır və o, 3,600 tullanma həyata keçirib. Ondan sonra 3,400 tullanma ilə Kristofer MakDuqal gəlir.

Tercümeyi-halınızda bu qədər tullanmaların olmasına “Perrine” körpüsünə borclusunuz?
Bəli, tullanmalarımın sayının çox olmasına bu körpüyə borcluyam. Oradan “BASE” tullanmanı yerinə yetirmək qanunidir. Orada hər gün və bütün gün tullanmağa icazə verilir. Mən ora körpü, həyat yoldaşım və ailəmə görə köçmüşəm. Xanımım orada böyüyüb başa çatıb. Hər kəs xoşbəxtdir və mən körpüyə çıxıb, üzümə təbəssümü taxıb həyatdan maksimal dərəcədə zövq alıram.

Uçmaq üçün dünyaya gəlmiş Maylz Dayşer © Alfredo Martinez/Red Bull Content Pool

Tullanmanı necə planlaşdırırsınız?
Bu işdə hündürlüyü və paraşütün istifadə qaydasını bilməkdən başqa siz həmçinin də gözəl, təhlükəsiz zonaya enməyi də bacarmalısınız. Düşünürəm, “BASE” tullanmada enmə haqqında kifayət qədər danışılmır, çünki mənim üçün bu tullanmanın böyük bir hissəsidir. İnsanların havadan etdikləri fəndlər əladır, lakin siz dəqiq enib ayağa qalxmasınız və yolunuza davam edə bilməsəniz o zaman siz növbəti mərhələyə necə keçəcəksiniz? Buna görə də tullanmadan sonra mən tullanma nöqtəsini və enməni analiz edirəm. İlk öncə bütün trayektoriyanı layihələşdirirəm.

Daişer-dən mehmanxananın daxilindən növbəti “BASE” tullanmanı izləyin:

4,000 tullanmadan əsas məqamlar hansılardır? Mən tullanmaları200-dən artıq müxtəlif layihə ərzində həyata keçirmişəm. Mənim Şeyn MakKoni ilə birgə Norveçin Troll Wall binasından tullanma imkanım olub. Bu tullandığım ən həvəsləndirici yer idi. Ən möhtəşəm tullanmalardan biri Vaşinqton-dan kənar “Gaylord Hotel” mehmanxananın içindən “BASE” tullanma idi. Tullanma üçün 170 fut və enmə ərazisi isə 120 fut idi və enmə ərazisinə daxil olmaq üçün bu şüşə atriumun altında dönmək lazım idi. Tullanmaya hazırlaşmaq üçün “Perrine” körpüsündən 86 “BASE” tullanmanı həyata keçirtdim. Mən bütün qış və yazı yağış və qarda məşq etdim və sonra aprel ayında artıq tullanmanı yerinə yetirdim. Bununla biz “National Red Bull Flugtag” gününü qeyd etməyə başladıq. Havada 19 saniyəlik beş və ya altı ay məşqləri.

Tullanmaq üçün ən çox bəyəndiyim binalardır, çünki mənim bəzi ən möhtəşəm binalardan tullanmaq imkanlarım olub. Keçən il biz Dubay-da “Princess Tower” binadan tullandıq. Bu bina “Empire State Building” binasından daha hündürdür və orada iki nöqtəni bağlayan kəndir də var.

Daişerin dostları ilə birgə “Princess Tower”dəntullanmasını siz də izləyin:

İnsanlar risk haqqında soruşanda nə deyirsiniz?
Hər kəs ölür düzdür? Bəs hər kəs yaşayırmı? Həyatda istədiyiniz kimi təhlükəsizlikdə və ya təhlükədə ola bilərsiniz. Mən ağılsız, düşünülməmiş nələrisə etmək istəmirəm, lakin həyatımda bir az təhlükə hiss etmək istəyirəm. Mən həmişə deyirəm, “Qorxunu hiss edin.” Onu bilin, çünki qorxu sağ qalmağa kömək edir. Qorxu olmadığı halda siz qeyri-ciddi ola bilərsiniz və qorxmaz olursunuz. Siz nədən qorxduğunuzubilməlisiniz. Məqsədim 80 yaşıma çatmaq, eyvanda yırğalanan kürsüdə oturmaq və heç kəsin inanmadığı əhvalatlar danışmaq və bu əhvalatları sübut edən DVD-lər göstərməkdir. Diqqət yetirsəniz və ev tapşırığınızı yerinə yetirmiş olsanız hər hansı təhlükəli iş təhlükəsiz yerinə yetirə bilərsiniz. Küncləri kəsməyin. Həmişə özünüzə çıxış yeri saxlayın.

20 illik skaydayvinq təcrübəsindən sonra öyrənmək üçün nələrsə hələ qalıbmı?
Əlbəttə. Hətta körpüdə dəfələrcə eyni tramplindən tullananda insanlar məndən soruşur, “Sizə bu darıxdırıcı gəlmirmi?” Xeyir. Hələ də edə biləcəyiniz o qədər şeylər var ki, ağlımıza hələ heçgəlməyən şeylər. Lakin, nələrisə etməzdən əvvəl nə edəcəyinizi öyrənib başa düşməlisiniz. Hər şeyi bir araya gətirib daim məşq etməlisiniz. Mən hələ də öyrənirəm və bu da çox gözəldir.
 

read more about
Next Story