Bu paraplan şimal şəfəqində necə uçdu

Şimal şəfəqlə bu sərbəst uçuş sizin indiyə qədər gördüyün ən sehrli hadisələrdən biridir.
By Josh Sampiero

“Minlərlə il bundan əvvəl insanlar göyə baxıb şimal şəfəqi görürdülər və düşünürdülər ki, bu bir möcüzədir,” deyə Horacio Llorens söyləyir. “Adama elə gəlir ki, buludlar sizin qarşınızdadır, 500 metr uzaqda, lakin reallıqda onlar sizdən yuxarı 15,000 m uzaqlıqdadır.”

Adətən şimal şəfəq kimi tanınan “qütb şəfəqi” görmək nadir və unikal bir təcrübədir. Lakin. Llorens-ın təcrübəsi daha da nadirdir, çünki o, şəfəqi göydə öz paragliding qanadının altından görüb. Bu sadəcə inanılmazdır.

Lloren-in dünyada ilk dəfə uçuşu haqqında gözəl video-nu aşağıda izləyə bilərsən

Norveçdə, Tromso-ya yaxın -15 dərəcə ilə mübarizə aparan ispaniyalı acro pilot üzərinə “yaş” növlü hidrokostyum və batareya ilə qızdırılan əlcəkləri geyinərək, paramühərrikini enerji ilə təmin edərək və düz səthdən göyə qalxaraq şəfəqin zərif yaşıl dalğaları altında möhtəşəm uçuş səyahətinə çıxdı.

Bütün layihənin bir missiya olduğunu düşünürsüzsəhaklısınız. Gecə vaxtı, soyuq temperaturda uçuş kifayət qədər çətindir. Bunu şəfəq olduğu zaman təşkil etmək hətta daha da çətindir.

Horacio Llorens göydə fırlanır © Frode Sandbech/Red Bull Content Pool

Hökumətdən icazə ilə və paramotor şirkəti “Kangook” və motorcycle mühərrik istehsalçısı “Polini” tərəfindən paramühərriklə təmin edilən “Thor 200 paramotor” ilə Llorens göyə qalxdı.

"Çox güclü paramotorumun olduğunu əmin olmaq istəyirdim,” deyə Llorensə söyləyir. “The 200cc maşını mənə istədiyim vaxtı yuxarı qalxmağa imkan verirdi və ya problem yaranan zaman bu vəziyyətdən çıxmağa kömək etdi.”

Bəshidrokostyum? Llokrens-in əksər uçuşları suyun üzərində həyata keçirilib və nə sə səhv getsə idi və o, suya düşsə idi, oradan çıxmaq və ya xilasedicilərin onu xilas etmək üçün 20 dəqiqə vaxtı olardı. Kostyumsuz onun cəmi iki və ya üç dəqiqəsi olardı.

Qızdırılan əlcəklər barmaqlarını kifayət qədər qızdırdı ki, o, nizamlayıcı qurğu vasitəsilə əla nəzarəti yerinə yetirsin və uçuşun son elementi isə gecə zamanı göydə ləvazimatlarının işıqlandırılması üçün batareya ilə işləyən projektorlar idi.

Bəs nəticə? Yuxarıda özünüz gördünüz artıq. Bu Llorens-in sərgüzəştlərlə dolu həyatının ən inanılmaz təcrübələrindən biridir.

Soyuq, təmiz əyrilər © Frode Sandbech/Red Bull Content Pool

Sizin gördükləriniz texnologiyanın sayəsində mümkün oldu. Yeni, ultra-həssas kamera texnologiyası Llorensin uçuşunu işıqlar altında vaxt müddətində deyil, real-vaxt rejimində çəkməyə imkan verdi.

"Llorens üçün bu layihə xüsusi əhəmiyyət kəsb edir, çünki o, bu uçuşu faktiki olaraq qardaşı hesab etdiyi Alejandro Rodriguez-ə ithaf etmişdir. Beş il bundan əvvəl Rodriguez paragliding hadisəsində vəfat etmişdir. “Gecə vaxtı ulduzların arasında uçma mənə onu xatırlatdı,” deyə Lorens söyləyir. “Hər dəfə göydə olanda onun bizimlə olduğunu düşünürəm.”

Llorens-in uçuşu rahat və sakit görünsədə belə, əslində bu tam əksinədir. 60 km/s sürət və paramotordan başınızın üstündə külək, soyuq və küləkli hava ilə birlikdə, uçuşu sərin və coşqun etdi və, əlbəttə ki, uçuşlar hər yerdə axşam vaxtlarından səhər saat 4-ə kimi həyata keçirilir.

Layihənin ən çətin məqamları hansılar idi? Gözləmə. Şimali şəfəqin nə vaxt baş verəcəyini öyrənməyin dəqiq elmi yoxdur. “O, utancaqdır,” deyə Llorens şimali şəfəq haqqında söyləyir. “Bir neçə dəfə ondan rəqs etməyi xahiş etdim və onun özünü göstrəmək üçün bir qədər vaxt lazım oldu, lakin o, bunu etdikdə bu əsl gözəllik idi!”

read more about
Next Story