Dünyanın 8 buzlağına səyahət etmiş şəxslə tanış ol

Şimali qütb Mayk O’Shea üçün kifayət deyil, o yer kürəsinin bütün buzlaqlarına səyahət etmək istəyir
Explorer Mike O'Shea crossing the Kilimanjaro ice cap in Africa during his quest to trek across all eight of Earth's ice caps
Kilimancaro buzlağını keçmə © The Ice Project
By Will Gray

Buz və qar sizdə titrəməyə səbəb olursa Mayk O'Şea və onun yaxın dostu Kler O'Leari haqqında düşünün, çünki onlar yolunu yer kürəsində olan bütün buz zirvəsinə salıblar. “The Ice Project” layihəsi səkkiz məkan – Cənubi və Şimali qütb, cənubi və Şimali Pataqoniya buzlaqları, Kilimancaro, Qrenlandiya, İslandiya və Baykal gölü əhatə edir. Lakin, bunun heç də asan olmadığını izah edir…

Adventurer Mike O'Shea battling the freezing cold in the Arctic during his quest to trek across all eight of the Earth's ice caps
Səyyah Mayk O'Shea © The Ice Project

Nə üçün məhz buzlaqlar seçilir?
Onlar o qədər uzaqdadılar ki, bunun üçün müstəqillik lazımdır, bu isə əsl kayfdır.


Ən böyük çətinliklərə nədir?
Oradakı hava dünyanın ən ekstremal havasıdır. Şimali Qütbdə yüz dərəcəli şkalanın – 55 dərəcə idi. Hər şeydən əlavə, evin daxilində də temperatur -18 dərəcədir. Orada sağ qalmaq çətin idi. Bundan başqa, orada sürəti 160 km/s olan Katabatik küləklər var. Onları sizi vurub salır və çadırın dirəyini saniyələrdə qırır.


Bundan əlavə, bütün əşyalarımızı özümüzlə aparmalı və ya daşımalıydıq. Çəkini azaltmaq üçün hər şeyə əl atırdıq - diş fırçamızı yarıya bölməkdən və çəkmələrin bəzi hissələrini qoparmağa qədər, lakin kirşənin çəkisi 90 kg-dan artıq idi və bu da həm fiziki, həm də əqli çox çətin idi.


Və nəhayət, nadir səyahətlər olduğundan onların hamısını ödəmək müşkül məsələyə çevrilə bilər. Misal üçün, Şimali Qütbə səyahətimiz iki nəfər üçün təxmini 250,000 avro-ya başa gəldi!

Explorer Mike O'Shea towing his pulk in Iqualuit, Canada during his The Ice Project quest to trek across all eight of the Earth's ice caps
Mayk O’Shea İkvaluitdə kirşəsini dartır © The Ice Project

Heç çıxa bilməyəcəyiniz vəziyyətə düşmüsünüzmü?
Bəli! 2014-cü ildə Şimali Qütbə səyahət zamanı biz iki buz parçası arasında hərəkət edən buz blokunun üstündə ilişib qalmışdıq və həmin blok ikiyə bölümüşdür. Kirşəmiz suya düşdü və hər tərəfdə 2 m hündürlüyü olan divarların arasında qalmışdıq və buradan çıxış yolu yox idi. Xoşbəxtlikdən, buz bir tərəfə hərəkət etdi və biz divarlar arasında yaranan boşluq arasından çıxa bildik, lakin kirşəmiz bizi az qala geriyə dartırdı. Sonumuza çox az qalmışdır.

Explorer Mike O'Shea conducting specialist arctic training before attempting to walk to the North Pole for his The Ice Project
Şimali Qütblə bağlı məşq zamanı titrətmə © The Ice Project

Ən qəribə təcrübəniz hansı idi?
Rusiyada “Baykal” gölündə açıq buzun üzərində gəzmək və sürüşmək. Seysmik xəttə yerləşdiyindən bizi hətta bir neçə dəfə əsdirdi və bütün gecə ətrafında buzları qırılması səslərini eşitməklə açıq buzun üzərində çadırda gecələmək qorxulu idi! Lakin, əslində “Baykal” təhlükəsiz bir yer idi. Yerli sakinlər buranı hətta nəhəng yük maşınları üçün yol kimi istifadə edirlər. Şimali Qütbədək buz dəfərlərcə daha nazik idi və bir neçə dəfə gecə vaxtı böyük buz parçalamaları baş verdikdə çadırımızı tərk etməli olurduq!

	 Explorer Mike O'Shea walking on the frozen ice of Lake Baikal in Russia during his Ice Project quest to trek across all eight of Earth's ice caps
Mayk donmuş “Baykal” gölünü keçir © The Ice Project

Bu cür sərgüzəşti necə olanlaşdırırsınız?
İdeyanın yaranmasından təyyarəyə minməyimiz üçün iki il vaxt tələb edildi. Bunun üçün icazələrin əldə edilməsi, uçuşlar, itlərlə kirşələr, gəmi səyahətləri, xəritələrin öyrənilməsi, yeməyin planlaşdırılması, avadanlığın sınaqdan keçirilməsi tələb edildi. Lakin, bu hazırlıq prosesinin özündən səyahət qədər zövq aldım!


Nə qədər insan ekspedisiyaya gedir?

Adətən, səyahətləri özümüz təşkil etməyə və kinoloqlar komandası kimi təcrübəmiz olmayan sahədən insanları cəlb etməyə çalışırıq. Cənubi Corciyada biz altı nəfər üstəgəl iki gəmi komanda idik.

The Ice Project team trekking over the Greenland ice cap during their quest to cross all eight of the planet's ice caps around the world
Greenlandiya buzlağında səyyah komandası © The Ice Project

Sizin Şimali Qütbə səyahətiniz alınmadı – nə üçün və özünüzü bununla bağlı necə hiss edirsiniz?
Bu nəhəng buz blokunun aşağı hissəsində idik ki, birdən o, hərəkət etməyə başladı. Bizim 90 kg-lıq kirşəmiz üstümüzə düşdü və bizim o qədər sıx cədvəlimiz var idi ki, bizim istirahət edib bərpa etməyimizə vaxtımız yox idi. Buna görə də, biz dayanmalı olduq. Oraya səyahət çox çətindir. İndiyə qədər Şimali Qütbə 152 nəfər səyahətini bitirə bilib, 500 isə yarı yoldun dönməli olub.
 

Bütün avadanlığımız hələ də “Resolute”-dədir və növbəti cəhdimizi gözləyir, lakin komandalar üçün qütbə uçuşu təşkil edən şirkət ekspedisiyalara dəstəyini dayandırıb.

The Ice Project team of trekkers approaching the Greenland ice cap during their attempt to cross all eight of the earth's ice caps on foot
Greenlandiya buzlağına yaxınlaşma © The Ice Project

İslandiyadakı buzlaqda tufanları təsvir edin – onlar nə dərəcədə qorxulu idi?
Səkkiz gün dalbadal tufan bizi baltalayırdı və o qədər qar gətirirdi ki, biz uçmasının qarşısını almaq üçün hər iki saatdan bir çadırımızı yenidən qazmalı olurduq. Bu amansız idi!


Siz Qrenlandiyaya səyahətinizi 2015-ci ildə başa çatdırdınız, ən böyük çətinlik nədən ibarət idi?

İtlərlə işləmək! Bir daha 25-dən artıq gün yenidən it ifrazatlarının üstündə xizək sürmərəm.

Explorer Clare O'Leary trekking on a frozen Lake Baikal in Russia as part of The Ice Project's quest to cross all eight of the Earth's ice caps on foot
“Baykal” gölündə Kler O’Leary © The Ice Project

Bu cür səyahətlərə sizi kim və ya nə həvəsləndirib?
Tom Krin və Ernest Şekletonnun möhkməliyi və mərdliyi və həmçinin Borc Ousland və Co Simpson kimi müasir sərgi axtaranlar.


Orta səyyah üçün ən əlçatan buzlaq sizcə hansıdır?
İslandiya buzlağı, çünki minimal təcrübəsi olan səyyahlar üçün oraya səyahətə təşkil edən bir sıra şirkətlər var.

Explorer Mike O'Shea's camp midway across the North Patagonian ice cap
Şimali Pataqoniya buzlağına yarım yolda © The Ice Project
Explorer Mike O'Shea crosses ice on Lake Baikal in Russia
Mayk O’Shea “Baykal” gölündə buzun üstü ilə gedir © The Ice Project

Bir vaxtlar “Star Wars” əsas iş yeriniz olub, bəs indi nə ilə məşğul olursunuz?
Mən peşəkar yüksəkliklərdə xilasetmə ilə bağlı məsləhətlər verirəm. İrlandiyada “Red Bull Cliff Diving” tədbirlərində, Belfastda “Crashed Ice”-da və çəkiliş “Skelling” adalarında gedən zaman “Star Wars”-da işləyirdim. Bəzi möhtəşəm aktyorlarla tanış olmaq və onlarla bir yerdə süfrə bölmək əla idi!

Explorer Mike O'Shea camps at an old American radar base on Greenland during his crossing of the country's ice cap
Grenlanidya buzlağında köhnə Amerikan radar bazası © The Ice Project
read more about
Next Story