Lamanın insan ayağı dəyməyən zirvəyə ekspedisiyası

Devid Lama və Konrad Anker Tibet-Nepal sərhədində yerləşən “Lunag Ri” zirvəsinə dırmaşdılar.
David Lama climbs the Lunag Ri (6907m) in the Himalayas of Nepal on November 13, 2015.
Devid Lama-nın “Lunag Ri”yə dırmanması © Menk Rufibach/Red Bull Content Pool
By Alison Mann

2015-ci ilin noyabr ayında Avstriyalı dırmanma üzrə idmançı Devid Lama və onun Amerikalı partnyoru Konrad Anker Nepal ilə Tibetin sərhədində yerləşən və insanın zəbt etmədiyi hündürlüyü 6,907 metr olan “Lunag Ri” zirvəsinə ekspedisiyaya başladı.

Yaxşı bir havada cütlük zirvəyə qalxmağa müvəffəq oldu və bu ekpedisiyanın videosunu çəkdi.

Onlar bunu edə bildilərmi? Bura baxın … bu çox gərgindir.

Daha ətraflı: Devid Lama və Konrad Ankerin “Latent Core”-a necə dırmandıqlarını izləyin

Devid Lama ilə Konrad Ankerin “Lunag Ri”yə qalxma cəhdi ilə burada tanış ol

Alpinistlər zirvəyə qalxmaq imkanı yaranandan sonra şaxta və güclü küləklərə mübarizə aparmalı oldular.

Lama izah edir: “Bizim bir mükəmməl havalı günümüz var idi və onu istifadə etmək istədik. Bundan sonra külək əsdi. Biz sadəcə hər şeyi bir gündə etmək istədik. Bütün gücümüzü sərf edib, arxada ikinci dərəcəli təchizatı qoymaq və zirvəyə yüngül əşyalarla qalxacağıq.”

 

Bizim əla havamız var idi və biz bu fürsəti istifadə etmək istədik.


Devid Lama
 

 

 

Conrad Anker climbs Lunag Ri (6907m) in the Himalayas of Nepal on November 24, 2015
Konrad Anker “Lunag Ri”yə dırmanır © Servus TV/Mammut/Red Bull Content Pool

Onlar üçün bu dırmanma həyəcanla dolu idi və bəzən hətta təhlükəsizliyini qorumurdular. Lama söyləyir: “dağın zirvəsində bəzi yerlərdə qar şəraiti dəhşət pis idi və hətta buz da yox idi. Biz hələ də 100 metr qət etməli idik. Birinci şəxs kəndirin uzunluğu boyda dırmanır, ikinci şəxs isə birincinin arxası ilə dırmanır. Belə yolla hər ikisi eyni vaxtda dırmanır və bir alpinist karnizin sağ tərəfindən, digəri isə sol tərəfində olmalıdır. Kiminsə yıxıldığı halda hər iki şəxs fərqli tərəflərdə olmalıdır ki, qayadan qorunma vasitəsi kimi istifadə etmək mümkün olsun."

Lakin, biz zirvəyə qalxa bilmədik və cütlük zirvəyə çata bilməyəcəyini və sonra vaxtında çadırlara qayıda bilməyəcəyini başa düşəndə günü bitirməyi qərara aldılar.


Ekspedisiya haqqında video ilə burada tanış ol

Zirvəyə qalxma böyük bir nailiyyəti idi, lakin səyahətin özü də Lama üçün əziyyətli idi. O, buraya həm də atasının doğulduğu yer olduğu üçün səfər etdi. Həmçinin burada həmişə valeh olduğu dağ yerləşir.

 

Onun həddindən böyük ambisiyaları var idi, biz bacardığımızdan da artığını etdik.


Konrad Anker


Veteran alpinist - Anker təcrübəsindən ağzı dolu danışırdı: “Biz insanın ayağı dəymədiyi, Tibet ilə Nepalın su ayrıcısı olan qayaya getdik və bu da valehedici bir yerdir.

“Biz düşərgəni gərək yuxarı köçürməli idik, lakin biz bunu etmədik və bu da bizim səhvimiz oldu. Belə ki, ambisiyamız həddindən artıq böyük idi və bacarığımızdna artığını etdik.”

David Lama and Conrad Anker on their expedition to the unclimbed Lunag Ri (6907m) in the Himalayas of Nepal on October 31, 2015.
Dırmanmaya yaxınlaşma © Martin Hanslmayr/Red Bull Content Pool

Onlar qayıdacaqlar? Onlar belə düşünürlər.

Devid Lama ilə Konrad Anker tərəfindən “Lunag Ri” dağına ilk dırmanma haqqında tam sənədi filmi 2016-cı ilin payızında Servus TV-də izləyə bilərsən.

Həmçinin, sənədli film “European Outdoor Film Tour 2016/17”-nin bir parçası kimi də göstəriləcək.

Next Story