Suyun altında kəşf edə biləcəyin 7 inanılmaz fakt

Kəllələrlə dolu mağaralar və qaranlıq suda şölə sualtı təcrübəni daha da cəlb edici edir.
By Brooke Morton

Bəziləri üçün sadəcə suyun altına girmə “döyüş və ya qaç” reaksiyasına səbəb olmağa kifayətdir. Lakin çətinliklərin və naməlum mühitdə fövqəltəbii həyəcan axtarışında olanlar üçün bu qeyri-adi sualtı obyektlərlə rastlaşmaqdan başqa sinirləri heçnə qıcıqlandıra bilməz.

Daha ətraflı: Peşəkar dalğıcların birlikdə üzməyi sevən 6 balina

1. İnsan kəllələri ilə dolu mağaralar

Human skulls can be seen when diving in the ancient ceynote sinkhole at Punta Laguna in Mexico's Yucatan region
Punta Laguna-da (Meksika) dalma © Paul Nicklen/National Geographic

Məkan: Yukatan yarımadası, Mexiko

Səbəb: Mağaraya dalma arxeologiya ilə rastlaşır

Təhlükə amili: 4

125 nəfərin kəllə və sümükləri “Las Calaveras” gölündə yerləşir və heç kəs bunun səbəbini bilmir. Qədimi Mayans sakinləri inanırdılar ki, bu sualtı dünya bizi ruhlarla əlaqələndirir, belə ki, bu su ilə dolu mağaralar adətlər və allahları məmnun etmək üçün qurbanların verilməsi məkanına çevrilmişdir. Hazırda, bu yerə getmək üçün ən böyük əngəl bir metrlik kvadrat yarığı keçmək və bu cür mühitdə mümkün klaustrofobiya ilə mübarizə aparmaqdır.


2. Qara suya dalma

Black water diving at night on the edge of the abyss off the coast of Hawaii
Qaranlıq sulara dalma © Jeff Rotman/Getty Images

Məkan: Kona, Havai

Səbəb: Dünyanıln ən möcüzəli heyvanlardan saçan işıq şousu

Təhlükə amili: 9

Bunu qara sulara dalma adlandırırlar. Kona sahilində tur operatoru Cek Diving Loker qaranlıq düşən kimi qonaqları dənizin dibinə apardı. Qayığa bağlanan dalğıclar 15 metrlik qaranlığa daldılar. Orada, 1,500 metr dərinlikdə onlar minlərlə heyvanla rastlaşdılar. Bu heyvanların hər biri çəhrayi dırnaqdan deyildi və daxildən şölə saçırdı.

Biolüminessensiya adlanan bu fenomen bu kiçicik heyvanları daxildən işıqlandırır və narkotikləri daxil etməyən ən qeyri-real sualtı təcrübənin yaşamasına imkan verir. Əgər kiminsə sizə baxdığını hiss edirsinizsə o zaman sudan çıxın. Bu ağ rif balinaların olduğu bir ərazidir və toran vaxtı onların qıda axtardığı bir vaxtdır.


3. Aktiv vulkan

Diving alongside the active Banua Wuhu underwater volcano off the coast of Indonesia
Aktiv vulkanın olduğu yerə dalma © Sander van Hulsenbeek

Məkan: Mahangetanadası, Indoneziya

Səbəb: Heyran edici lava və kükürd köpüklərinin yaranması

Təhlükə amili: 5

Burada dərinizi lava deyil, “Selebes” denizinin səthindən 5 m uzaqlıqda yerləşən “Banua Vuhu” vulkanından yaranın yuxarı qalxan kükürd köpükləridir. Lakin, köpüklər bu 400 metr hündürlüyü olan vulkandan qalxan zaman iy sadəcə adamı öldürür.


4. Dəhşətli qorxulu sualtı qəbiristanlıq

Diving at the flooded Mt. Carmel Cemetery underwater cemetery in Lake Joacassee, South Carolina, USa
Sualtı qəbiristanlığa qorxulu dalma © Alex Kirkbride

Məkan: “Jocassee” gölü, Cənubi Kaliforniya, ABŞ

Səbəb: Qorxulu filmləri sevənlərin yüksək qiymətləndirdiyi həyəcan

Təhlükə amili: 0

Qəbiristanlığa dalıb Mülki Müharibədən qarabasmalarla rastlaşmaq istəyirsinizsə o zaman “Jocassee” gölünə yollanın. 1973-cü ildə “Duke Power” elektrik şirkəti bu ərazidə hidroelektrik bəndi tikmək istədiyi üçün qəbiristanlığı 36 metr dərinliyində yerləşdirdi. Burada olan qəbir daşları, suyun altına yerləşdirilməzdən əvvəl, “Deliverancve” filmində göstərilmişdir.


5. “Titan” raketinin bunkeri

A diver exploring an old submerged Cold War-era Titan Missile Silo in Royal City, Washington USA
“Titan” raket bunkerinin kəşfi © Mark Theune/Maritime Documentation Society

Məkan: Royal City, Vaşinqton, ABŞ

Səbəb: Uzun və unudulmuş eraya daxil olma

Təhlükə amili: 6

Yosunlar girişə yaxın “Təhlükə: Yüksək gərginlik” yazısını ərplə örtüb. Bu 33 metr dərinliyində yerləşən “Soyuq Müharibə” qalıqlarının buraxıcı boruları və qəza lyukları bir vaxtlar raketlər, nəzarət mərkəzləri və bu stansiyanı idarə edənlər üçün yaşayış yeri yerləşən bir ərazi idi. Qurğularda dolaşmaya səbəb ola biləcək korroziya olunmuş şəfəqlər və sallanan məftillər var, lakin ən böyük təhlükə burada günəş şüasının düşməməsidir. Belə ki, bunkerə girməzdən əvvəl hər bir dalğıc ən azından iki işıq fənərini özü ilə daşımalıdır.


6. Kütləvi qırğın silahı

Divers can dive alongside the 1962 NASA Minuteman missile in Madison Aquatic Park, Alabama
Raket ilə dalma © Alex Kirkbride

Məkan: Madison Aquatic Park, Alabama, ABŞ
Səbəb: Cənab “Strangelove”un foto sessiyası
Təhlükə amili: 2

Ərazinin daş karyerinin ortasında bir göldür və naməlum bir yerdir. Bu görüntü 16 metr hündürlüyü olan və birbaşa sudan çıxan “1962 NASA Minuteman” raketinin burnunu görənə qədər davam edir. Raketi tam görmək üçün suyun altına dalıb bu “Soyuq Müharibə” suvenirini dibindən görün və sizi titrəmə götürəcək.

 

7. Dəniz tısbağası məzarı

A diver photographs Skeletal Remains of Turtles in Turtle Tomb, Sipadan, Borneo, Malaysia
Tısbağa məzarına dalma © Borut Furlan/Getty Images

Məkan: “Sipadan” adası, Malayziya

Səbəb: Bu təbii qəbiristanlıqdır

Təhlükə amili: 6

Dəniz tısbağasının qalıqları dəniz tısbağa icmasında iyerarxik reytinqlərin və ya qurbanların sübutu deyil. Əksinə, bu qalıqlar tısbağaların və bir neçə delfinin bu mağaraya gəlib çıxmasını və yolunu azmasını göstərir. Təxmini 20 metr dərinliyində siz giriş tapacaqsınız. Sadəcə üzgəclərinizi lildən qoruyun, əks halda sizin də qalıqlarınız olan qalağa əlavə ediləcək.

read more about
Next Story