Okeana dalmaq hissini oyadacaq 13 sualtı mənzərə

Bu sehrli, əsrarəngiz və şübhəsiz cəlbedici şəkillər dənizin dərinliklərində çəkilib.
By Alison Mann

Su, planetin əksər hissəsini əhatə edir. Buna görə də, təəccüblü deyil ki, dünya okeanlarının səthi altında inanılmaz görüntülər var. Burada dənizin möhtəşəm fonunda hər şeyi bilməyə can atan suitilər, nəhəng balinalar və nəhəng meduza var.

Biz tünd göy rəngini, onun bütün gözəlliyində, göstərməklə bəzi sualtı şəkilləri sizlər üçün seçmişik və siz gözlərinizi onlardan çəkə bilməyəcəksən.

Daha ətraflı: Okeanın ən böyük yırtıcıları ilə birgə freediving

 1. Onun sancması nəyə bənzəyir?

 

A diver takes a photo while diving with a Giant jelly, Pelagia noctiluca off the coast of Sula Sgeir, Scotland
Nəhənglə üzbəüz © Matt Doggett

Bu nəhəng meduzanın şəkili uzaqda yerləşən və əhalisi olmayan Şotlandiyanın “Sula Sgeir” adası ətrafında sularda çəkilib.

2. Hər şeyə maraq göstərən suiti

An inquisitive seal gets up close to a diver's camera in the North Sea off the coast of Northumberland, UK
Şimal Dənizində hər şeyi bilmək istəyən suiti © Adam Hanlon

Şimal Dənizdə, İngiltərənin sahilinə yaxın, üzən boz suitinin poz vermək vaxtı gəlib çatmışdır.

3. Dərin qaranlıq mağara

A diver explores the underwater Weebubbie Cave in the Nullarbor Karst Plain, Australia
Dərin mavi dənizdə © Liz Rogers/Red Bull Illume

Bu şəkildə mağaranın içini görmək üçün bura kifayət qədər işıqlıdır, lakin bu fotoqrafın bacarıqları sayəsində mümkün oldu. Şəkil Avstraliyada, “Weebubbie” mağaranın qap-qaranlığında çəkilmişdir və şəkil 2013-cü ildə Red Bull Illume-nin bir hissəsi olmuşdur. Ekşn və sərgüzəşt idmanlarına həsr olunmuş beynəlxalq şəkil müsabiqəsi yenidən 2016-cı ildə keçiriləcək və artıq ərizələrin qəbulu başladı.

4. Okeanın möcüzələri

Small Lion's mane jellyfish, Cyanea capillata, with a diver in the background swimming along an iceberg in crystal clear water, Tasiilaq Fjord, East-Greenland,
Qrenlandiyada üzən sianeyə © Tobias Friedrich www.BELOW-SURFACE.com

Dalğıc “Tasillaq Fyord”da, Şərqi Qrenladniyada aysberqin yaxınlığında kiçik sianeya ilə üzür.

5. Dənizin nəhəngləri

A freediver swimming with a pair of giant, majestic sperm whales in the Indian Ocean
Sualtı nəhənglər © Alex Voyer/Fisheye

Freedriver-lər Aleks Voyer və Aleks Roubaud Hindistan okeanında vaxt keçirtdilər və kaşalotların inanılmaz şəkillərini çəkiblər. Onların səyahəti haqqında daha ətraflı burada öyrənə bilərsən.

6. Yeməyin üstündə savaş

A flock of Gannets dive into the ocean hunting for food off the coast of Scotland, UK
Qarabatdaqlar vəhşiyə dönür © Matt Doggett

Bu şəkil təbiəti onun ən gözəl təzahüründə göstərir, çünki bir qrup şimali qarabatdaqlar Şotlandiyada balıq üstündə savaşır.

7. Böyük balıq, balaca dalğıc

An underwater photographer has a close encounters with the unusual sunfish in the Indian Ocean off the coast of Bali
Günəş balığı © Stefan Follows

Bu şəkil Balidə çox əla bir küncdən çəkilib, çünki burada həm dalğıc, həm də günəş balığı əks olunub.

8. Sualtı qarşılıqlı əlaqə

A freediver and curious dolphin check out a tiny jellyfish together off the coast of Ireland
Delfinlərlə freediving © George Karbus/Red Bull Illume

Bu şəkildə İrlandiyada freedriving zamanı dalğıc və delfin meduzaya baxır. Bu şəkil həmçinin Red Bull Illume-nin bir hissəsi idi.

9. Balina ilə rəqs

A freedive playing underwater with a giant sperm whale in the Indian Ocea
Kaşalot ilə rəqs © Alex Voyer/Fisheye

Bu yenə də Hindistan Okeanında çəkilən şəkildə fridayver kaşalotla rəqs edir.

10. Mahnı oxuyan köpək balığı

Whale sharks feed by filtering thousands of liters of water through their gills and extracting the plankton that is contained in it. This shark has found a part
Lap geniş © Adam Hanlon

Bu ağ köpək balığı Meksikanın sularında ağ ciyərlərini məşq etdirir.

11. Suiti ilə fridayvinq

A diver and seal have fun interacting underwater in the Indian Ocean
Dalğıc ilə dəniz həyatı üz-üzə gələndə © Alex Voyer/Fisheye

Suitinin arxasında incə şəkildə freedriver-i hiss edən anı sən də gör.

12. Valehedici tısbağa

An up close and personal photo of a turtle underwater in the ocean off the coast of Turkey
Nəyə baxırsan? © Csaba Tokolyi

Bu yaşıl tısbağanın şəkili Qırmızı Dənizdə (Misir) “Marsa Shouna” dalma yerində üzdüyü zaman çəkilmişdir.

13. Ehtiyatlı ol, dəstə

A huge shall of fish captured by an underwater photographer in the ocean in Asia
Çox yaxına getməyin! © Stefan Follows

Dalğıc Tailandda, Koh Pha Nganın sularında nəhəng balıq dəstəsinin necə qaynaşdığını izləyir.

read more about
Next Story