İnanılmaz 6 futuristik çadır

Ən gözəl dizaynı olan çadırlar-yer səthinin yuxarısindaki, günəş ilə elektrəşdirilən çadıra qədərdi
By Alison Mann

Dünyanı kəşf etdikdə çadırlar sizin dincələ biləcəyiniz əla bir yerdir. Lakin bəzən, sən bundan artığını istəyirsənmi? Bəs içkilərini sərin saxlaya bilən günəş şüaları ilə elektrləşdirilən çadır necə? Və ya təngə gətirən dirəklərdən azad olmağa kömək edən hava ilə doldurulan struktur necə?

Biz ən gözəl dizaynı olan çadırları sizlər üçün tapmışıq; bəziləri istehsal prosesindədir, digərləri isə heçhəyallarınıza belə gəlməz. Onları görmək üçün aşağıya doğru hərəkət edin.

Daha ətraflı: Onlar çadır üçün 20 ən möhtəşəm səthi tapdı

1. Ağaclarda ev

The Tentsile
“Tentsile” kəndi © Nick Lake

Nə: Tentsile Trillium
Fərqləndirici xüsusiyyət: Sən dəniz səviyyəsindən və ya meşədən yuxarı yata bilərsən
Orada neçə saat yatmaq istəyərdim: - 9

Bu qismən çadır, qismən qamakdır və üç nöqtə arasında asılıb. Üçbucaqlı struktur istənilən yerdə quraşdırıla bilər və burada üç nəfər asanlıqla yerləş bilər. Siyahıda olan bəzi modellərdən fərqli olaraq sən, faktiki olaraq, bu çadır elə bu saat ala bilərsən.

2. Kayak çadırı

The Kahuna kayak tent designed by Mario Weiss and Damian Fankhauser
Kahuna © Mario Weiss/Damian Fankhauser

Nə: Kahuna
Fərqləndirici xüsusiyyət: Bu həm kayak, həm də çadırdır
Orada neçə saat yatmaq istəyərdim? - 8

Bu çadır avadanlığı ilə təchiz edilmiş səyahət gəmisidir. Çadır autriqerlər arasında quraşdırılıb və özülü təşkil edir və hətta bərk səthlərin üzərində davamlı olmalıdır. Mario Weiss və Damian Fankhauser bu konsepsiyanı öz dissertasiyaları üçün işləyib hazırlayıblar. Kaş ki, onu ala bilsəydik!

3. Günəş işığı ilə elektriklə təmin edilən çadır

The surf shelter designed by Emma Harris
Surfshelter © Emma Harris

Nə: The Surf Shelter
Fərqləndirici xüsusiyyət: O, günəş şüaları ilə elektrikləşir
Orada neçə saat yatmaq istəyərdim? - 8

Bu xüsusilə Britaniya çimərliyi üçün nəzərdə tutulan günəş şüaları ilə elektrikləşdirilən çadırdır. Və bu bir qədər çətin ixtiradır. O, enerji saxlayan və cihazları enerji ilə təmin edən fotovoltik materialdan hazırlanıb. Çadır Britaniyalı sənaye dizayneri , Emma Harris və HJC Design Ltd tərəfindən hazırlanıb.

4. Hava ilə doldurulmuş çadır

The Cave tent designed by heimplanet
The Cave © Heimplanet

Nə: The Cave Tent
Fərqləndirici xüsusiyyət: O, hava ilə doldurulur
Orada neçə saat yatmaq istəyərdim? - 9

Bu çadır hazırda istehsaldadır, Heimplanet tərəfindən layihələşdirilib və onun adı “Cave”dir. O, hava ilə doldurulub, buna görə də, sizə sadəcə boru lazımdır və sizin çadır 60 saniyədə hazır olacaq. Həmçinin, o, suya davamlıdır və xüsusi geodezik struktur onun davamlı olduğunu göstərir.

5. Cənubi Koreya üslublu “Glamping”

Glamping with Archiworkshop worm tents
Glamping © June Young Lim

Nə: Stacking Doughnut və Modular Flow
Fərqləndirici xüsusiyyət: Yüksək səviyyədə düşərgələmə
Orada neçə saat yatmaq istəyərdim? - 8

Bu vəhşi təbiətdə düşərgələmədir, lakin bu çox əladır və satış üçün mövcuddur. Koreyalı dizaynerlər Space Tong Archi Workshop “glamping”-i Koreya mədəniyyətindən gətirib. Onlar “Stacking Doughnut” və “Modular Flow” çadırların layihəsini hazırlayıblar. Qurdu şəkilində çadırları təsəvvür edin. Bu çadırı siz kənarda istifadə edəbiləcəksiniz və daxilində tualet və iki hissəyə bölünərək çarpayıya çevrilə bilən divanı da var!

6. The camping doughnut

The Camping Doughnut by Hyunmook Lim, Han Kim
Camping Doughnut © Spark Awards/Hyunmook Lim, Han Kim

Nə: Düşərgələyənə biləcəyiniz “ponçik”
Fərqləndirici xüsusiyyət: Külək vurduğu tərəfə qoya bilərsiniz
Orada neçə saat yatmaq istəyərdim? - 7

Bu isə, digər çadır konsepsiyasıdır. Və bu konsepsiya hələ “Yong-in University” universitetində oxuduqları vaxtdan Sunğa Lim, Hyunmuk Lim və Han Kim tərəfindən daxil edilib və onlara Spark Awards mükafatını qazandırıb. “The camping doughnut” ponçik kimi ortasında tonqal ilə istənilən yerdə yerləşdirilə bilər. Küləyin istiqamətindən asılı olaraq onun həmçinin də formasını dəyişmək olar. Bu çadır kiçik konteynerə və avtomobil damına yerləşdirilə bilər.

read more about
Next Story