Bu şəxsin ürək döyüntüsü dəqiqədə 37 zərbəyə düşür

Bilirdinmi ki, “freediver”-lər ürək döyüntüsünü qəsdlə zəiflədirlər?Özün bunun şahidi ol.
By Josh Sampiero

Hamımız razıyıq ki, “freediving” mövcud olan idman növlərindən ən ağılsız (riskli) idmanlardan biridir.

Okean səthindən 100 metr aşağı düşən bu sakit, təmkinli idmançılar bizim heç vaxt yaşaya bilməyəcəyimiz hissləri yaşayırlar, o cümlədən onların ürək döyüntüsü dəqiqədə 37 zərbəyə qədər düşür.

Bəs, insanların ürək döyüntüsü adi halda nə qədər olur? Adətən, bu göstərici dəqiqədə 65 zərbəyə yaxındır. Ürəyin nə dərəcədə aşağı düşməsini görmək üçün yuxarıdakı videonu izlə.

Ürək döyüntüsünü yoxla

Stig Pryds at the bottom of deep pool Nemo
Dibdə vaxtın hesablanması © Daan Veerhoeven

Burada baş verənlər dalma refleksi adlanır, yəni bədən avtomatik rejimə keçir. Bu suyun altında olanda şüur altı bir reaksiyadır. Bəs daha nələr baş verir? Qan əl və ayaqlarından ürəyiniz tərəfə gedir, beyinin funksiyası zəifləyir və, sən hələ buna qulaq as, ağ ciyərlərin portağal ölçüsünə qədər büzüşür! Freedrive-ın anatomiyası haqqında burada daha ətraflı öyrənə bilərsən.

Sakit dayanma

Stig Pryds at the bottom of deep pool Nemo
Diqqətin sakit durmaya yönləndirilməsi © Daan Veerhoeven

Bəs videoda nələr baş verir? Bu Belçikanın Brüssel şəhərində Nemo kimi tanınan dünyanın ən dərin hövzələrdən birində nəzarət altında keçirilən, ehtiyatlı bir dalmadır. Burada, dalğıclar 2.5 milyon litr hovuzda suyun altına 34.5m dərinliyə qədər enə bilər.

Videonun əvvəlində dalğıc Stiq Praydsın ürək döyüntüsü yuxarı qalxır, çünki o, dalmaya tab gətirmək üçün oksigeni udur. Sonra, o, hovuzun dibinə doğru hərəkət etdikcə onun ürək döyüntüsü yavaş-yavaş aşağı düşür və ən sonda ürəyi dəqiqədə 37 zərbə vurur. Maraqlıdır ki, o, yuxarıya doğru hərəkət etdikcə onun ürək döyüntüsü yenidən yavaş-yavaş sürətlənir və artıq səthə qalxıb ilk nəfəsini alanda ürək zərbələri birdən birə çox sürətlənir.

Bu ona görə baş verir ki, dalma refleksi oksigenin udulması ilə bağlıdır və, əlbəttə ki, bu suyun altında olan zaman sağ qalmaq üçün çox yaxşı bir refleksdir. Ən maraqlısı isə odur ki, refleks şüur altı olduğu halda onu ram etmək olur. Stiq kimi peşəkar freeriderlər təsirləri gücləndirə və suyun altında qalma vaxtını artıra bilər.

Bu cür şeylərdən xoşun gəlir? O zaman daha çox inanılmaz sərgüzəştlər haqqında öyrənmək üçün “Double Space Net in Moab”-u bəyən!

read more about
Next Story