7 səhrada 40 marafon qadınla tanış ol

Mina Quli yeddi həftə ərzində yeddi səhrada - isti Atakamadam Antarktidaya qədər 1688 km qət etdi.
Mina Guli running in Australia during her Thirst for Water chalenge to raise awareness of global water scarcity
Mina Guli running in Australia © www.thirstforwater.org
By Will Gray

Avstraliya idmançısı Mina Quli - planetin ən dözümlü qadınlarından biridir. 1 fevraldan 17 marta kimi o, dünyada ilk dəfə olaraq hər qitədə yeddi fərqli səhrada 40 marafon qət etmişdir.

Mina İspaniyada Tabernas səhrasını, İordaniyada Ərəbistan yarımadası səhralarını, Aavstraliyada Simpson səhrasını, CAR-da, Rixtersfeld qoruğu ərazisindəki səhranı, Çilidə Atakamanı, ABŞ-da Moxaveni və Antarktidanın qarlı düzənliklərini qət etmişdir.

Bu möhtəşəm qaçış içməli su çatışmazlığı probleminin həll edilməsi məsələsini ortaya qoyan Thirst For Water layihəsi çərçivəsində həyata keçirilmişdir. Belə çətin non-stop marafona razılaşmaq üçün Mina yarım il məşq etmişdir. İdmançı bizə demək olar ki fasiləsiz şəkildə 2 ay qaçması haqqında danışdı.

Mina Quli 7 səhranı, 7 kontinenti 7 həftə ərzində qaçdı

Mina Guli takes on her first desert in Spain during her Thirst for Water chalenge to raise awareness of global water scarcity
Mina Guli takes on her first desert in Spain © www.thirstforwater.org

Belə marafon seriyası fikri sənin ağlına necə gəlmişdir?

Mən özümü maksimum çətin şəraitdə sınamaq istədim, ona görə də qarşıma yeddi qitədə 40 marafon qət etmək məqsədi qoydum. Lakin mənim əsas məqsədim insanların diqqətini içməli su çatışmazlığına yönəltməkdir. Cəmi 40 marafon qət etdim. Bu rəqəm simvolikdir: 2030-cu ilə kimi insanların içməli suya olan ehtiyacı real əlçatan resurslarla müqayisədə 40% artacaqdır.

Sən artıq Marathon des Sables marafonunu qət etmisən (Saxara səhrasında 251 km məsafə üzrə (red.) 6 günlük marafon ). Bu iki təcrübəni müqayisə etmək olarmı?

Çətinlik nöqteyi-nəzərindən bunlar tamamilə fərqlidir. Birincisi, bu birinin əvəzinə yeddi həftəlik marafondur. İkincisi, mənim adi günüm çadırda istirahətlə bitmirdi. Mən qaçışı sonlandıranda insanlarla görüşürdüm və planetin su krizisi problemi haqqında danışırdım. Mən müxtəlif qitələrdə, müxtəlif saat qurşaqlarında qaçırdım. Bu tamamilə başqa səviyyədir.

Mina Guli braves the cold in the Antarctic desert during her Thirst for Water chalenge to raise awareness of global water scarcity
Mina Guli braves the cold in the Antarctic desert © www.thirstforwater.org

Sənin layihəndə ən çətin olan nədir?

Birinci təyinat nöqtəsi İspaniyadakı Tabernas səhrası idi. Bu ciddi sınaq idi. Lakin əsl şok effekt Antarktikada oldu. Orada mən ik dəfə olaraq tək, komandasız qaçırdım. Hər yer ağ idi, göylə yer fərqlənmirdi. Avstraliyada ekstremal istilərə uyğunlaşmaq çətin idi. Antarktida ilə müqayisədə konyolt yüksək idi.

Temperatur fərqləri necə idi?

Antarktidada -20 º-dən başlayaraq Avstraliyada +47 ºC kimi.

Mina Guli running in the Australian Outback during her Thirst for Water chalenge to raise awareness of global water scarcity
Mina Guli running in the Australian Outback © www.thirstforwater.org

Sən 40 marafondan öncə necə məşq etmisən?

Mən qaçırdım. Lap çox. Həmçinin güc və dözümlülük üzrə məşqlər edirdim. Mənim fiziki hazırlıq üzrə məşqçim deyir ki, səhra marafonuna yalnız qüvvətli bədən dözə bilər. O, mənim üçün təkcə qaçışa deyil, həm də bədənimi daha qüvvətli edən xüsusi proqram işləyib hazırladı.

Qaçış zamanı sən nədən qorxurdun?

Susuzluşmaqdan qorxurdum. Su balansını saxlamaq çox çətin idi. Həmçinin mən istilikvurmadan da qorxurdum. Bundan başqa, Cənubi Afrikada bir dağ vardı ki, oaradan yıxılıb travma almaq olardı.

Mina Guli celebrates ending 7 weeks of running during her Thirst for Water chalenge to raise awareness of global water scarcity
Mina Guli celebrates ending seven weeks of running © www.thirstforwater.org

Öz xidmətinin ən emosional anları haqqında bir qədər danış.

Antarktida üzrə komanda dəstəyi olmadan qaçış çox böyük emosional gərginlik idi. Həmçinin Çilidə ilk gün də elə asan olmamışdı. O zaman məndə hələ uzunmüddətli uçuşun yorğunluğu keçməmişdi, çox isti idi. Mən əldən düşmüşdüm.

Sən bu yeddi həftə ərzində nə ilə qidalanırdın?

Əvvəlcə mən planlaşdırırdım ki, mənim qida rasionumun əsasını müxtəlif idman əlavələri təşkil edəcək. Lakin real şəraitdə çox vaxt meyvə və tərəvəz yeyirdim. Mən vegeterianam, bu səbəbdən də yüksək kalorili qida qəbul etməli olurdum.

Mina Guli runs Chile's Atacama desertMina Guli running in the Australian Outback
Mina Guli runs Chile’s Atacama desert © www.thirstforwater.org

Bunun öhdəsindən gələ bilməyəcəyini düşünürdünmü?

Bəli, həm də bir dəfə deyil. Əksər insanlar kimi mən də tez-tez tərəddüd edirəm. Lakin sınaqdan keçirməmiş nəyi bacarıb-bacarmayacağını öyrənə bilməzsən. Diqqəti mühüm problemə cəlb etmək üçün səhralardan keçməyə ehtiyac yoxdur. 8 may 2016-cı il tarixində sən Wings for Life World Run qaçışının on minlərlə iştirakçısından biri ola bilərsən. Bunun üçün rəsmi yollardan birində qaçmaq vacib deyildir. Wings for Life World Run - Selfie Run mobil əlavəsi sayəsində sən harada olmağından asılı olmadan qaçışın iştirakçısı ola bilərsən. Belə qaçışı rəsmi məkanlardakı qaçışdan fəqləndirən tək xüsusiyyət - seçilmiş yolun və real ketser-avtomobilin olmamasıdır. Onun əvəzinə qaçış günü startdan 30 dəqiqə sonra virtual finiş sənə eynilə çatmağa çalışacaqdır.

Selfie Run  iOS və ya  Android üçün ödənişsiz yükləmək mümkündür.

read more about
Next Story