Kanoçunun 21 metrlik şəlalalədəki mübarizəsi

Nuria Neuman bunun üçün Oreqonun 21 metr hündürlükdən tökülərək ağlı başdan çıxaran şəlaləsinə gedir
By Red Bull France

Amerikanın Oreqon ştatına səfər etmək üçün iki yol var: Portlenddə dayanmaqla klassik turist marşrutunu seçə bilərsən və bu zaman tur avtobusu Biver ştatının qədim meşələrindən keçir. Əgər sən macəra sevirsənsə bir kanoe götürə və özünün ən gərgin kanoe sürüşünü Kusa şəlaləsində sınaqdan keçirə bilərsən.

Düşünürsən ki, biz şişirdirik? Yuxarıdakı POV videonu izlə və özün nəzərdən keçir!


Bu, hərəkət etmək üçün ən çətin şəlalələrdən biridir, ona görə də ikinci səyahət növünü seçməyi heç təklif etmirik. Bura yalnız fransız Nuria Neuman kimi son dərəcə təcrübəli kanoçular üçündür. O bildirir ki; “Kusa şəlaləsində şəlalənin özü problem deyil, lakin suyun altındakı qayalar bir az yüksəkdir”. “Texniki hərəkətlər qaya parçalarının üzərindən nisbətən yüksəkdə edilməlidir ki, ən kiçik səhvin belə ağır nəticələri ola bilər: əgər sən sağ tərəfdən çox uzağa getsən, orada kifayət qədər hava çatmayacaq, ona görə də təsir həqiqətən də çox şiddətlidir. Sola tərəf getmək yaxşıdır, lakin çox uzaq getsən qayalarla toqquşacaqsınız."

Neuman yola düşməmişdən bir neçə dəqiqə əvvəl onunla olan kanoçulardan biri səhv trayektoriya ilə hərəkət etdi və zərbə nəticəsində onun kanosu əyildi. Şükürlər olsun ki, digər macəraçı nisbətən yaxşı nümunə göstərdi. “Deyn Cekson yaxşı xətti götürdü və bu mənim fikrimi dəyişdirdi. Bir qayda olaraq, qaya parçasını görən andan əgər 100 faiz əmin deyiləmsə, mən getmirəm. Bu mənim qızıl qaydalarımdan biridir. Lakin bu dəfə mən bunu hiss etdiyimə görə getdim."

Neuman etiraf edir ki, o hələ də öz suda gedişləri zamanı bir az qorxur. “Mənim xəttim demək olar ki, mükəmməl idi, lakin sürətim bir az yüksək idi, şəlalənin ortasında mən fikirləşdim ki, qayığımı yoxlamalıyam, amma mən onu qorumağı bacardım."


Nəticə: Neumanın karyerasında əsas müvəffəqiyyət və bir neçə heyranedici POV görüntü. İndi videonu izlə!

iPhone və Android üçün Red Bull Mobil proqramını Redbull.com/app səhifəsindən yüklə.

read more about
Next Story