Su Altındakı Ovsunlayıcı Qum Axınını İzlə

Dünyanın ən dərin mavi çökəkliyinin heyrətamiz və unikal sirri var.
By Corinna Halloran

Bahamadakı Lonq Aylandın ağ qumlu çimərliklərindən səkkiz metr aralıda dünyanın ən dərin mavi çökəkliyi olan Dinin Mavi Dəliyi (Dean’s Blue Hole) yerləşir. Bu möhtəşəm sualtı məkan sərbəst dalğıcları və təbiəti sevənləri uzun müddət özünə cəzb etmişdir, lakin böyük ehtimal ki, siz (əgər peşəkar sərbəst dalğıc deyilsinizsə) Dinin Mavi Dərinliyindəki unikal qum axınını heç vaxt görməmisiniz.

Dinin Mavi Dərinliyi aydın şəkildə 10-12 metrdən 220 metr dərinliyə kimi uzanır və onun konusvari forması qıfa oxşayır. Bu sanki başlığı olmayan bir mağaradır. Bu yer qumun aşağı axması üçün ideal bucaq altında yerləşib.

“Mən belə bir şeyi dünyanın heç bir yerində görməmişəm” sualtı kino rejissoru Daan Verhoeven deyir.

Axının genişliyi nazik axıntından bir metr genişliyə qədər dəyişir, axan qumların dənəcikləri həm böyük, həm də kiçik ölçülü ola bilir. Bahama qumları heyrətamiz dərəcədə xırda olduğu üçün, bu axın qaya kənarından axarkən dumana bənzəyir. Eynilə yer üstündə olan şəlalələrdə olduğu kimi.

Qum axını körfəzdə çoxlu adam və çimərlikdə hərəkətlilik olan zaman yaranır. Bu səbəbdən, sərbəst dalğıcların yarışı keçirilən zaman yaranmış hərəkətlilik bu ovsunlayıcı fenomenin formalaşmasına kifayət edirdi.

Verhoeven deyir ki, qum axınını gördüyü zaman o, yaranmış qeyri-adi effektlərdə sərbəst dalğıcların şəklini və videosunu çəkməyi sevir. Bu videoda Anna fon Boettiçer və Corcina Miller gözəl qum axınında çəkilirlər. Verhoeven deyir ki, “Qum dənəciklərinin çox xırda olması səbəbindən dalğıclar baş örtüyü ilə suya daxil olmalıdırlar, əks halda onlar saçlarından qumu bir neçə gün təmizləməli olacaqlar”

Sand mists down in the Dean's Blue Hole
Inside the sandfall © Daan Verhoeven
The sand mists down into Dean's Blue Hole
The sand mists down into Dean's Blue Hole © Daan Verhoeven

Verhoeven düşünür ki, bu qum axınının unikallığını artıran daha bir faktor axan qumun keçidi üçün hansısa çıxışın olması ehtimalıdır. Əks halda dərinlik zaman keçdikcə tamamilə qumla dolmalı idi. Bura həqiqətən daimi işləyən qum saatına bənzəyir.

read more about
Next Story