Gənc Yaponiyanın ən hündür dağı üzərindən uçdu

Pal Takats Fuci Dağı üzərində öz motoparaplanı ilə uçarkən fantastik hündürlüklərə yüksəlir
By Corinna Halloran

Hər şey kiçik bir ideyadan başladı. Görəsən Pal Takats öz motoparaplanı ilə Yaponiyanın ən möhtəşəm simvolu olan Fuci dağı üzərində uça bilərmi? Bunu etmək mümkündürmü? Görəsən onun bəxti gətirəcəkmi və o bu qeyri-adi ideyanı həyata keçirə biləcəkmi?

Kommersial hava yollarının bir çoxunda motoparaplan yükünü borta keçirmək qadağandır, lakin Çibada (Yaponiya) keçirilən Red Bull Air Race üçün gətirilmiş motoparaplanı ilə Takats başqa vaxt həyata keçirilməsi qeyri-mümkün kimi görünən imkanı əldə etdi.

“Mən Çibada keçirilən Red Bull Air Race iştirakımı təsdiq edən kimi bu ideya haqqında düşünməyə başladım. Mənim ilkin fikrim dağla yuxarı qalxıb sonra aşağı uçmaq idi, lakin sonradan hava şəraitinin buna uyğun olmadığını anladım,” deyə o bildirir.

Pal Takats used his engine and natural thermals to climb to the top of Mt Fuji
Pál Takáts heads towards the top of Mount Fuji © Pál Takáts

Takats Quql xəritəsini və yerli hava şəraitini öyrənməklə maksimum dərəcədə hazırlıq keçirirdi, lakin yenə də o çox həyəcanlı idi. Onun motoparaplanı tam olaraq ona gəlib çatacaqmı, hava şəraitini əlverişli olacaqmı, o Fuci sahillərinə gəldikdə ona yerində kömək edən birisi olacaqmı? Cavab isə sadədir, bəli, olacaq.

Mən Münhen aeroportunda dayanıb havanı izləyirdim, Yaponiyaya çatdıqda isə ən əlverişli hava şəraitini gördükdə sevinclə dedim: “Hə, getdik!”

 

O, Fuci sahilində olarkən onun bütün avadanlıqları hazır olduqda (dostu Yuşiki Kuremoto vasitəsilə), havaya qalxdı və aktiv vulkana doğru istiqamət götürdü. Bu zaman o gördü ki, onun qeyri-adi ideyası həyata keçməkdədir.

Pal Takats points at Mt Fuji from his paramotor
Pál Takáts points at Mount Fuji from the sky © Pál Takáts
Pal Takats flies to the summit of Mt Fuji on his paramotor
Pál Takáts paramotors over Mount Fuji © Pál Takáts

Lakin Takats havaya qalxdıqdan sonra aydın oldu ki, onun Google xəritəsində eniş ərazisi kimi işarələdiyi yerlər əslində çəltik gölməçələri və sıx meşələrdir. Özünün motoparaplan mühərrikindən əlavə o həmçinin termal bulaqların buxarından istifadə edərək dağa yüksəldi.

“Mən hələ heç vaxt bu qədər yüksəkliyə qalxmamışdım. Kaliforniyada olarkən 3.700 metr hündürlüyə qalxmışdım, Fuci Dağının hündürlüyü isə 3.770 metrdir” o deyir.

Takats dağın zirvəsinə yüksələn kimi onun bütün qorxuları yox oldular. Burada o artıq Yaponiyanın ən məşhur dağının vulkanik kraterini izləyirdi.

“Səyahətimin ən sehrli anları dağın kraterinə yaxınlaşmağım və ora baxmağım idi. Mən hələ heç vaxt vulkana bu qədər yaxın olmamışdım.”

Hava seyrək və soyuq idi, lakin buna baxmayaraq Takats kraterin üzərində onu izləyərkən 4.210 metr hündürlüyə qədər qalxmışdı.

Pal Takats with the top of Mt Fuji
Over the top of Mount Fuji © Pál Takáts
Pal Takats on his way back from Mt. Fuji
On his way back down to earth © Pál Takáts

Sakit Okeana və Fuci sahilinə doğru qayıdarkən Takats sevinc içində çəltik gölməçələri və təbii meşələr üzərində uçurdu. Bir saat 45 dəqiqə davam edən uçuşdan sonra o sahilə çatdı və bu zaman Fuci dağının çoxlu şəkillərini çəkə bildi. Lakin dağın üzərində sıx buludlar formalaşmışdı və yağış yağmağa başladı. Əlverişli hava şəraiti başa çatdı, lakin o öz arzusunu rəsmi olaraq artıq gerçəkləşdirmişdi.

read more about
Next Story